Icma.az
close
up
RU
Elbrus İsayev: Gələcəkdə Naxçıvan Dövlət Universitetində süni intellektlə bağlı yeni ixtisaslar açılacaq

Elbrus İsayev: Gələcəkdə Naxçıvan Dövlət Universitetində süni intellektlə bağlı yeni ixtisaslar açılacaq

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan, 15 may, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində süni intellekt strategiyası və yeni təhsil imkanlarına dair elmi konfrans keçirilib.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfransdan öncə universitetin Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin innovativ və texnoloji layihələrdən ibarət sərgisinə baxış olub. Sərgidə “ağıllı günəş paneli”, avtopark, təhlükəsiz piyada keçidi, “ağıllı şəhər”, hava çirklənmə kamerası, avtomobilin avtomatik işıq sistemi, sıfır tullantılı ekoloji şəhər, dağ yollarında təhlükəsizlik sistemi, zavod emissiyalarının azaldılması kimi 30-dan çox layihə nümayiş etdirilib.

Beynəlxalq elmi tədbir Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Milli Süni İntellekt Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Mühəndislik Universiteti, İstanbul Universiteti, İstanbul Texniki Universiteti, Qaradəniz Texniki Universiteti, İstanbul Universiteti – Cərrahpaşa, Cənub Universiteti, Gümüşhane Universiteti və Ağrı İbrahim Çeçen Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, süni intellektlə bağlı maarifləndirmə işində ali təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr dayanır.

Rektor Prezident İlham Əliyev tərəfindən 2025-ci il 19 mart tarixli Sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”ndan irəli gələn vəzifələrdən bəhs edərək bildirib ki, bu istiqamətdə gənclərin fundamental bilik bazasının formalaşdırılması, layihə əsaslı tədris modelinin tətbiqi və fənlərarası inteqrasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Elbrus İsayev universitetdə gələcəkdə süni intellektlə bağlı yeni ixtisasların açılmasının nəzərdə tutulduğunu, bu sahədə fəaliyyət göstərəcək ofis və innovasiya məkanlarının yaradılması istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb. Həmçinin bildirilib ki, ilin sonunadək İBM Mərkəzinin yeni ofisinin istifadəyə verilməsi planlaşdırılır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinin Azərbaycan təhsil sisteminin öndə gedən ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb. Akademik çıxışında qeyd edib ki, ilkin alqoritmlər, proqramlaşdırma modelləri və süni intellekt anlayışları ilə müxtəlif yaş qrupları mərhələli şəkildə tanış olmalıdır. Onun sözlərinə görə, 6–10 yaş, 11–17 yaş və 17 yaşdan sonrakı universitet dövrü üzrə fərqli yanaşmalar müəyyənləşdirilməli, hər yaş dövründə gənclərin hansı süni intellekt bilik və bacarıqlarına yiyələnməli olduqları aydın şəkildə izah olunmalıdır.

Konfransda Milli Süni İntellekt Mərkəzinin təhsil eksperti Şəhriyar Məmmədli süni intellektin təhsil sistemində tətbiqi, rəqəmsal bacarıqların inkişafı və innovativ yanaşmaların əhəmiyyətindən danışıb. Ekspert qeyd edib ki, müasir dövrdə süni intellekt texnologiyalarının düzgün və məqsədyönlü istifadəsi gənclərin analitik düşüncə qabiliyyətinin formalaşmasında, yaradıcılıq potensialının artırılmasında, əmək bazarının tələblərinə uyğun kadr hazırlığında mühüm rol oynayır.

AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev, Bakı Mühəndislik Universitetinin professoru Vaqif Qasımov, Türkiyənin İstanbul Universiteti – Cərrahpaşa Tibb fakültəsinin professoru Mehmet Üzel, Rusiyanın Cənub Universitetinin rektoru, professor İmran Əkbərov, İstanbul Texniki Universitetinin professoru Dərya Özər Güleç və digərləri məruzə ilə çıxış ediblər.

İştirakçılara plaket və təşəkkürnamələr təqdim olunub.

Konfrans işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclasları Azərbaycanın və dünyanın müxtəlif ölkələrindən elm və təhsil müəssisələrinin tədqiqatçılarının üz-üzə və onlayn (hibrid) iştirakı ilə ümumilikdə 4 salonda, 12 istiqamət üzrə baş tutub. 21 bölmə üzrə keçirilən panellərdə respublikamızdan və xaricdən qatılan 34 elm-təhsil müəssisəsindən 264 əməkdaşın 148 məruzəsi təqdim olunub. Eyni zamanda, tələbə bölməsində 82 tələbənin 38 məruzəsi dinlənilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Müxbir- Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri