Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universitetində Süni İntellekt Mərkəzi yaradılacaq

Naxçıvan Dövlət Universitetində Süni İntellekt Mərkəzi yaradılacaq

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 1 may, AZƏRTAC

Naxçıvan Dövlət Universiteti ilə Pekin Kimya Texnologiyaları Universiteti arasında əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi məqsədilə görüş keçirilib və tərəflər arasında mühüm əməkdaşlıq müqaviləsi imzalanıb.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə Pekin Kimya Texnologiyaları Universitetini vitse-prezident Van Fen, Beynəlxalq Mübadilə və Əməkdaşlıq şöbəsinin direktoru Can Bin, Beynəlxalq Təhsil Fakültəsinin dekanı Yan Honq, Humanitar elmlər və hüquq institutunun rəhbəri Çjen Süyin təmsil ediblər.

Müzakirələr zamanı ali təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın perspektiv istiqamətləri nəzərdən keçirilib. Xüsusilə, universitetlər arasında birgə Süni İntellekt Mərkəzinin yaradılması əsas prioritetlərdən biri kimi ön plana çıxıb. Bununla yanaşı, tələbələrin Pekin Kimya Texnologiyaları Universitetində istehsalat və təcrübə proqramlarında iştirakının təmin olunması, eləcə də həmin universitetin professor-müəllim heyətinin Naxçıvan Dövlət Universitetinə dəvət edilərək, tədris prosesində iştirakı məsələləri diqqət mərkəzində olub.

Görüşün yekununda vurğulanıb ki, imzalanan əməkdaşlıq müqaviləsi hər iki ali təhsil müəssisəsi arasında elmi, akademik və innovativ fəaliyyətlərin inkişafına, beynəlxalq təcrübə mübadiləsinin genişlənməsinə və yüksək ixtisaslı kadr hazırlığının keyfiyyətinin artırılmasına mühüm töhfə verəcək.

Müxbir- Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri