Elcan Hacıyev beşlik də, Balabəy Ağayev onluq da
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı ərəfəsində azərbaycanlı cüdoçuların bəzisi öz reytinqini yaxşılaşdırıb.
İdman.biz xəbər verir ki, Elcan Hacıyev (90 kq) bir pillə irəliləyərək 5-ci yerə yüksəlib.
Zelim Tçkayev (81 kq) isə 6-cı pilləyə qalxıb. Balabəy Ağayev (60 kq) yenidən ilk "onluğ"a qayıdıb, Uşanqi Kokauri (+100 kq) isə 11-ci pillə ilə "Top-10"un astanasındadır.
Bununla yanaşı, Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) reytinq cədvəlində inamla liderliklərini davam etdirirlər.
Qeyd edək ki, iyunun 13-də start götürəcək dünya çempionatı üçün Azərbaycan komandasının heyəti hələ açıqlanmayıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:Balabəy Ağayev qızıl medal qazandı
29 Oktyabr 2026 19:07
Böyük Dəbilqə : Balabəy Ağayev finala vəsiqə qazanıb
19 İyun 2026 11:24
Balabəy Ağayev Böyük Dəbilqə nin reytinq favoriti olacaq
12 İyul 2025 17:22
Riçard Trautman Balabəy Ağayev və Hidayət Heydərovdan danışıb
12 Oktyabr 2026 17:04
Balabəy Ağayev “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb
29 Oktyabr 2026 15:20
Baxış sayı:166
Bu xəbər 20 May 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















