Böyük Dəbilqə : Balabəy Ağayev finala vəsiqə qazanıb
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.
"Cebheinfo.az" xəbər verir ki, idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə qalib gəlib.
O, qızıl medal uğrunda görüşdə yaponiyalı Ryuju Naqayama ilə qarşılaşacaq.
Əhməd Yusifov (60 kq) isə üçüncü yer uğrunda İ.Aşpizlə üz-üzə gələcək. Yarımfinalda uduzan Nizami İmranov (66 kq) bürünc medal uğrunda yerli cüdoçu Yolk Kazırbyeklə münasibətlərə aydınlıq gətirəcək.
Ruslan Paşayev (66 kq), Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) mükafat qazanmaq şanslarını itiriblər.
Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 19 İyun 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















