Icma.az
close
up
RU
Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

4 iyun hadisələrinin 32 ili tamam oldu. Hər il olduğu kimi, bu il də Gəncədə baş verən qiyam müxtəlif aspektlərdən dəyərləndirilib. Surət Hüseynovun 4 iyun hadisələrindən öncə hakimiyyətlə toqquşması mövcud müzakirələrdə xatırlanır.

Bildirilir ki, 9 fevral 1993-cü il tarixində o vaxtkı AXC İcraiyyə Komitəsi S.Hüseynov haqda sərt bəyanat verərək, onu bir çox məsələdə günahlandırıb. Sonradan isə hakimiyyət onunla bağlı yumşaq mövqe seçdi. Bu bəyanat bir növ öz təsirini itirmiş oldu.

Globalinfo.az dünən bu mövzuya toxunub. Məsələnin mahiyyətini daha dərindən araşdırmaq üçün AXC İcraiyyə Komitənin sabiq sədri, keçmiş deputat Fərəc Quliyevlə əlaqə saxlayıb.

O, bəyanatın geri oxunmadığını bildirib:

“Azər Ayxanın da dediyi kimi, bəyanatda çağırış var idi. Amma bəyanata əməl olunmaq əvəzinə, Surət Hüseynova başqa vəzifə verildi. Əslində, çevriliş Surət Hüseynova güzəşt edilməklə baş tutdu. Bəyanat doğru verilmişdi. 32 il keçməsinə baxmayaraq hələ də aktuallığını saxlayır”.


Fərəc Quliyev

F.Quliyev zamanında sərt addımlar atılmalı olduğunu vurğulayıb:

“Çünki bu, Rusiyanın işi idi. Zaman da göstərdi ki, əgər bu, həqiqətən də vəzifə davası olsaydı, Surət Heydər Əliyev tərəfindən baş nazir təyin olunmazdı. 1994-cü ildə yenə çevrilişə cəhd oldu. Deməli, doğrudan da bu, kreslo davası deyildi. Bütün hallarda sərt addımlar atılmalı idi. Çünki sərt tədbir görülmüş olsaydı, qiyamın qarşısını almaq mümkün idi”.

Sabiq millət vəkili sonda onu da qeyd edib ki, çevrilişin nəticəsi olaraq Azərbaycan 6 rayonunu itirdi:

“Azərbaycan Ordusu Xankəndinin 7 kilometrliyində dayanmışdı. Biz o rayonları hansı halda qaytardıq? Bütövlükdə yerində olan rayonlar itirildi, amma daşı daş üstündə olmayan rayonlar qaytarıldı. Ona görə də ölkədə belə halların təkrarlanmaması üçün xalqın birliyinə ciddi şəkildə ehtiyac var”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 İyun 2025 06:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see211

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see186

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see148

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri