Icma.az
close
up
RU
Elçin Babayevin 26,3 milyonluq tender əməliyyatı BDU tenderləri niyə şübhəli şirkətlərə verir?

Elçin Babayevin 26,3 milyonluq tender əməliyyatı BDU tenderləri niyə şübhəli şirkətlərə verir?

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edildiyi vaxtdan bu yana BDU 71 satınalma müsabiqəsi keçirib.
Demokrat.az Reportyor.info-ya istinadən xəbər verir ki, bu müsabiqələr üzrə satınalma müqavilələrinin maliyyə dəyəri 26 322 311,58 manat edir.
Müsabiqələr əsasən aşağıdakı satınalma predmetləri üzrə elan edilib:
– Forumlar və beynəlxalq konfranslar üçün mallar və xidmətlər;
– Tədris və inzibati binaların mühafizəsi və yanğından qorunma;
– Liftlərə texniki xidmət və ehtiyat hissələr;
– Təmir işləri (tədris, yataqxana, qazanxana və inzibati binalar);
– Avadanlıq, inventar, texniki ləvazimat və poliqrafiya materialları;
– İKT avadanlıqları, aksesuarlar və proqram təminatı;
– Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi üçün avadanlıq və materiallar;
– Mal-materiallar, mebel və ehtiyat hissələri;
– Mətbəə və dəftərxana xərcləri;
– Qaz, helium və maye qaz alınması;
– Beynəlxalq seminar, dəyirmi masa və tədbir təşkili;
– Layihə-smeta sənədlərinin hazırlanması;
– Tədbir və yubiley mərasimləri üçün mallar və xidmətlər;
– “Yüksək Texnologiyalar Mərkəzi” texnoloji layihələndirməsi;
– Nəqliyyat vasitələrinin alınması və texniki xidmət
– “Elektron Sənəd Dövriyyəsi” və İnsan Resursları idarəetmə sistemi.
BDU-nun keçirdiyi müsabiqələrdə isə aşağıdakı şirkətlər qalib elan edilib:
– “Admedia.Az” MMC
-“Harmony Industrial Construction and Engineering Group” MMC
– “Koneks Construction” MMC
– “Brendmark” MMC
– “Makro 2000 Eğitim Teknolojileri İnşaat Taahhüt Anonim Şirkəti”
– “İdeal Motors” MMC
– “Ecomed” QSC
– “Halal-P” MMC
– “Everest-2022” MMC
– “A.E.S.-Trading” MMC
– “Bright Solutions” MMC
– “VS Enerji Servis” MMC
– “Fire Alarm” MMC
– “Əmlak Layihə Smeta Bürosu” MMC
– “SA Services” MMC
– “Strong Group” MMC
– “Viktori Tur” MMC
– “The Mas Global Group” MMC
– “AE Union” MMC
– “Cihan Reklam AZ” MMC
– “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC
– “Promor” MMC
– “TFM-Smart Project” MMC
– “Azecolab” MMC
– “Brand Engineers” MMC
– “Aysberq KMT” MMC
– “Real-Qaz” MMC
– “Infinitech” MMC
– “Vest-LTD” QSC
– “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” QSC
– “Techsolutions” MMC
– “AAB Layihə-Tikinti” MMC
– “İdeal Office” MMC
– “Star Konstruktion-12” QSC
– “Viskond” MMC
– “Piramida-F.R.” MMC
– “A4 Plaza” MMC
– “Stone Construction” QSC
– “Subaru Azərbaycan” MMC
BDU-nun keçirdiyi tenderlərin qalibi seçilən bu şirkətlərin əhəmiyyətlinin hissəsinin adına heç bir yerdə rast gəlinmir. Yəni, BDU-dan iri məbləğli sifarişlər alan şirkətlərin çoxu tanınan biznes strukturlar deyil. Halbuki satınalma müsabiqələrində adətən kifayət qədər tanınan, maddi-texniki bazası layihələri icra etmək gücündə olan şirkətlər iştirak edir və qalib seçilib.
Konkret misallara keçək.
BDU-nun tenderlərində qalib gələn “Vest-LTD” QSC tender karlı kimi tanınır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, sözügedən şirkət 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, mənzil 46-da yerləşir. “Vest-LTD” QSC-nin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur.
Şirkət 2018-ci ilədək MMC kimi fəaliyyət göstərib. Həmin ildə isə “Vest-LTD” şirkətinin təşkilati-hüquqi forması dəyişdirilib.
Bu şirkət haqqında mediada yer alan məlumatlardan aydın olur ki, “Vest-LTD” QSC tender oyunlarında istifadə edilmək üçün yaradılıb. BDU-nun belə bir şübhəli şirkətə sifariş verməsi müəyyən qaramlıq məqamlardan xəbər verir.
BDU-nun tenderlərində qalib olan başqa bir şübhəli şirkət isə “Koneks Construction” MMC-dir.
Bu şirkət 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.
“Koneks Construction” MMC də  tender kralı kimi tanınır. “Koneks Construction” MMC ilə bağlı maraqlı məqamlardan biri də budur ki, şirkət gah geyim, gah dəftərxana ləvazimatları, gah da odun tədarükçüsü kimi çıxış edir. Bu azmış kimi şirkət təmit-tikinti sifarişləri alır.
Amma bu qədər müxtəlif profili olan şirkət haqqında heç bir məlumata rast gəlinmir.
Hələlik bu qədər. Növbəti yazımızda BDU-nun tender verdiyi digər qaranlıq şirkətlərdən bəhs edəcəyik.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri