Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

İran rejimi legitimliyini itirir ŞƏRH

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Elçin Mirzəbəyli: 20 Yanvar millətimizin qəhrəmanlıq rəmzidir

Elçin Mirzəbəyli: 20 Yanvar millətimizin qəhrəmanlıq rəmzidir

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir çox həmyaşıdlarım kimi, mən də 1990-cı il yanvarın 20-də sovet ordusunun hərbi birləşmələri tərəfindən mərkəzi hakimiyyətin xalqımıza qarşı ədalətsiz münasibətinə dinc etirazını bildirən həmvətənlərimizə necə divan tutulduğunun şahidiyəm. SSRİ mərkəzi hakimiyyətinin xüsusi hazırlıq keçmiş, xalqımıza qarşı nifrət üzərində köklənmiş hərbi cinayətkar dəstələri dinc insanlara, uşaqlara, qadınlara, yaşlılara qarşı xüsusi amansızlıq nümayiş etdirirdilər. Gözümüzün önündə binalar, evlər yaylım atəşinə tutulur, yalın əlindən, yumruğundan başqa silahı olmayan insanlar xəbərdarlıq edilmədən qətlə yetirilirdilər.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli belə deyib.
Millət vəkilinin sözlərinə görə, bütün bu davranışlar sübuta yetirirdi ki, sovet ordusunun hərbi birləşmələri Azərbaycana, o cümlədən paytaxt Bakıya, cani Mixail Qorbaçov başda olmaqla bir sıra SSRİ rəsmilərinin iddia etdiyi kimi “etirazları yatırmaq” üçün deyil, xalqımıza qarşı qırğın törətmək, onu cəzalandırmaq üçün yeridiliblər. Məqsəd isə Qarabağın Azərbaycandan qoparılmasına qarşı ayağa qalxan azərbaycanlıların iradəsini qırmaqdan, bizi təslimçiliyə sövq etməkdən, Azərbaycan xalqının timsalında azadlığına qovuşmaq üçün dinc mübarizə aparan digər xalqların da gözünü qorxutmaq idi.
O qeyd edib ki, Mixail Qorbaçov öz uğursuz “yenidənqurma siyasəti”nə tabe etdirməyə çalışdığı xalqlara, SSRİ-nin subyekti olan respublikalara Bakıda, Azərbaycan xalqını qırğına verməklə “dərs keçmək” istəyirdi. Amma son nəticədə bunun əksinə nail oldu. 20 Yanvar qətliamı SSRİ-yə olan inamı kökündən sarsıtdı və “xalqlar həbsxanası”nın süqutunu daha da tezləşdirdi.
20 Yanvar faciəsini xatırlayarkən, heç şübhəsiz, həmin dövrdə tamamilə informasiya blokadasında olan, təklənmiş, küncə sıxışdırılmış xalqımızın müqavimətinin davam etdiyini və bu prosesdə ümummilli lider Heydər Əliyevin tarixi xidmətini xüsusi vurğulamaq lazımdır. Çünki məhz Ulu Öndərin Azərbaycan xalqına divan tutulması barədə əmrin verildiyi şəhərdə - Moskvada yerləşən daimi nümayəndəliyimizdə keçirdiyi mətbuat konfransı xalqımızın mübarizə əzminin qırılmamasında, müstəqillik uğrunda mübarizəsinin davam etdirilməsində müstəsna rol oynadı.
"Ümummilli lider Heydər Əliyev öz xalqının fədakar oğlu və cəsarətli lideri kimi SSRİ-nin mərkəzi hakimiyyətinin bütün təzyiq və təhdidlərinə baxmayaraq, azərbaycanlıların öz hüquqları uğrunda dinc etiraza qalxdıqlarını bütün dünyaya çatdırmağı bacardı, Mixail Qorbaçovun və ətrafının 1990-cı il yanvarın 20-də baş verənlərlə bağlı dünyaya uydurduqları yalanları darmadağın etdi. Heydər Əliyevin qətiyyətli və cəsarətli mövqeyi nəticəsində Moskvanın xalqımıza vurmağa çalışdığı “ekstremist”, “terrorçu” damğası dinc insanlara divan tutan cinayətkar ordunun və qətliamın siyasi sifarişini verənlərin alnına basıldı”, - deyə Elçin Mirzəbəyli qeyd edib.
Millət vəkili vurğulayıb ki, 20 Yanvar Azərbaycan xalqının nümayiş etdirdiyi müqavimət əzmi millətimizin azadlıq və istiqlal mübarizəsini simvolizə edən, tariximizdə, yaddaşımızda dərin izlər buraxan qəhrəmanlıq rəmzidir. Bu hadisədən 32 il vaxt keçməsinə baxmayaraq, xalqımız və dövlətimiz 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur, öz azadlığı naminə həyatını qurban verməyə hazır qəhrəmanların varisləri olduğumuzu, müstəqilliyimizin ana südü qədər bizə halal olduğunu bütün dünyaya nümayiş etdirir.
Elçin Mirzəbəylinin fikrincə, 20 Yanvardan ötən dövr ərzində ölkəmiz çox böyük çətinliklərdən keçib, torpaqlarımız işğal altına düşüb, lakin ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin strateji düşüncələri bizi bir millət və dövlət olaraq yenidən dirçəltdi, məğlub toplumdan qalib xalqa çevirdi. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Onlar Azərbaycan xalqının yaddaşında bütöv Azərbaycanın qəhrəmanları kimi əbədiyyətə qədər yaşayacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Yanvar 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see315

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see194

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see192

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see179

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see168

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see155

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri