Icma.az
close
up
RU
Elçin Mirzəbəyli anadilli məktəblərimizi aşağılayır Sabir Rüstəmxanlı

Elçin Mirzəbəyli anadilli məktəblərimizi aşağılayır Sabir Rüstəmxanlı

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir neçə gün əvvəl Milli Məclisin deputatı, tanınmış jurnalist Elçin Mirzəbəyli fikirləri müzakirələrə səbəb olan kinorejissor Ayaz Salayevi müdafiə edən məqalə dərc edib.

Modern.az-ın məlumatına görə, Elçin Mirzəbəyli sosial şəbəkə istifadəçiləri tərəfindən “top atəşinə tutulan” Ayaz Salayevin "insan öz taleyini yaşadığı ölkənin taleyindən ayırmamalıdır" sözlərini sitat gətirib.

"Bir müddət öncə qohum dil və ləhcələrin, xüsusilə də daha çox daşıyıcısı olan dillərin bir-birinə təsir göstərdiyi barədə nəzəriyyələri əsas gətirərək, fikirlərini özünəməxsus, uğurlu hesab etmədiyim bir şəkildə, daxili senzuradan keçirmədən ifadə edən Ayaz Salayevə gəldikdə isə, fikirlərimi mövzuya uyğun və çox qısa ifadə edəcəyəm. Populist ritorika ədalətli və real yanaşmanın qənimidir. Ayaz Salayevlərin sayı azaldıqca Balaəlilərin sayı artacaq. Son 10 il ərzində toplumsal intellektual və mədəni səviyyəmizin haradan haraya endiyini nəzərə alsaq, bizi bir müddət sonra mənəvi deqradasiyanın dibinə enmək kimi bir təhlükə gözləyir", - o qeyd edib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı Elçin Mirzəbəylinin məqaləsinə münasibət bildirib.

O qeyd edib ki, Elçin Mirzəbəyli “populist ritorika ədalətli və real yanaşmanın qənimidir” cümləsi ilə öz seçimini edir, ona görə ana dili tərəfdarları “populist ritorika” ilə məşğuldurlar, Ayaz Salayev isə ədalətli və real yanaşmanın təmsilçisidir və bizlər onun qənimiyik.

"Bu yerdə hörmətli millət vəkilindən soruşuram: sən anadilli məktəblərin müdafiəsini hansı haqla, hansı məntiqlə, hansı vətəndaş yanaşması ilə “populist ritorika” hesab edirsən? “Ayaz Salayevlərin sayı azaldıqca Baləlilərin sayı artacaq”. Bu da Elçin bəyin sözüdür. Bu cümlədə hörmətli millət vəkili anadilli məktəblərimizi aşağıladığının fərqində deyil.

Ayaz Salayev istedadlı adamdır, dostumuzdur və ona olan kobud hücumları mən də pislədim. O cür düşünmək və danışmaq onun haqqıdır. Lakin bu mövqeyi “ölkənin taleyinə bağlılıq” və uşaqlarımızın seçə biləcəyi yol kimi təbliğ etmək yanlışdır", - Sabir Rüstəmxanlı deyib.

O qeyd edib ki, milli dəyərlərə qarşı olan heç bir söz ədalətli ola bilməz:

"Öz Konstitutsiya hüquqlarını, ana dilini qorumaq mövqeyini “populist ritorika” saymağın özü də azərbaycançı olmaq istəyi ilə daban-dabana ziddir. Mənim anadilli məktəbləri inkişaf etdirmək, qorumaq, uşaqlarımızı ana dilində oxutmaq haqqında dediklərimə bəziləri millətçilik damğası vurur. Bir daha təkrarlayıram, mən uşaqlarımızın xarici dilləri öyrənməsini alqışlayıram, lakin ana dilinin hesabına yox! Xalqların ana dili qorunmalıdır, düzdür. Lakin yüzillərlə ana dilinə ərəb, fars, rus, Avropa sözləri axanda susan xalqın qardaş xalqların dilindən gələn 10-15 kəlməyə qarşı cəbhə açması anormallıqdır və türk dövlətlərinin inteqrasiyasını istəməyənlərin yad təbliğatı altında formalaşmış türk düşmənçiliyi siyasətidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Mart 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri