Icma.az
close
up
RU
Elçin Mirzəbəyli: İƏT in yekun bəyyanaməsində diplomatik üslub sərt ritorikanı üstələyəcək

Elçin Mirzəbəyli: İƏT in yekun bəyyanaməsində diplomatik üslub sərt ritorikanı üstələyəcək

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası keçirilir.

Bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir. 

İstanbulda keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası, İslam dünyasının ortaq problemlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə bölgədəki geosiyasi dəyişikliklər, Fələstin məsələsi, İslamofobiya və humanitar böhranlar kimi aktual mövzular fonunda bu cür görüşlər həmrəyliyin və ortaq mövqelərin formalaşdırılması üçün vacib platformadır. Azərbaycanın belə bir toplantıda xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə təmsil olunması ölkəmizin İslam dünyasındakı fəal rolunu və bu təşkilat çərçivəsində əlaqələrə verdiyi önəmi bir daha göstərir.


Milli Məclisin deputatı Elçin Mirzəbəyli Sherg.az-a bildirib ki,  İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci toplantısı İsrail-İran hərbi qarşıdurmasının davam etdiyi zaman kəsiyinə təsadüf etdiyi üçün də diqqət mərkəzindədir:


"“Dəyişən dünyada İslam Əməkdaşlıq Təşkilatı” mövzusunda keçirilən toplantı iştirakçı sayının çoxluğuna görə, daha öncəki toplantılardan fərqlənir. Diqqət çəkən digər məqam isə, İranın tələbiylə İƏT Xarici İşlər Nazirləri Şurasının xüsusi iclasının çağırılmasıdır. Çox güman ki, İran təkcə xüsusi iclasın deyil, bütövlükdə Şuranın 51-ci iclasının  ritorikasının İsrailə qarşı sərt bəyanatlarla müşaiyət olunmasına çalışacaq. İƏT-in bütün təsisatlarında qərarların konsensus yolu ilə qəbul olunduğunu nəzərə alsaq, yekun bəyanatda diplomatik üslubun sərt ritorikanı üstələyəcəyi daha şox gözlənilir. Çox güman ki, diqqət daha çox Qəzza ilə bağlı vəziyyətə yönləndiriləcək. Məlum olduğu kimi İƏT-ə üzv olan ölkələrin əksəriyyəti ilə İran arasında ərazi mübahisələrindən başlamış, əsasən Tehranın təfriqəçi mövqeyindən qaynaqlanan çoxsaylı problemlər var. Məhz bu səbəbdən, yekun bəyannamədə ağırlığın daha çox ümumi məsələlər-islamafobiya və digər bu kimi amillərlə bağlı olacağı ehtimalı yüksəkdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 İyun 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see151

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri