Icma.az
close
up
RU
Elçin Mirzəbəyli ilə bağlı qərar Milli Məclisdə bu rəqəmi dəyişdi Pul da azalacaq

Elçin Mirzəbəyli ilə bağlı qərar Milli Məclisdə bu rəqəmi dəyişdi Pul da azalacaq

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Deputat Elçin Mirzəbəylinin üzv olduğu Ədalət, Hüquq və Demokratiya Partiyasından xaric edilməsindən sonra, Milli Məclisdə bitərəf millət vəkillərinin sayı artıb.

“Yeni Sabah”ın xəbərinə görə, 2024-cü ilin sentyabr ayının 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, parlamentə seçilən 125 deputatın 44-ü bitərəflər olub.

E.Mirzəbəylinin ƏHD Partiyasından kənarlaşdırılması ilə qanunverici orqanın bitərəf üzvlərinin sayı 45-ə yüksəlib. Hazırda Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyası 67, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ədalət, Hüquq və Demokratiya Partiyası 1, Ana Vətən Partiyası 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası 1, Böyük Quruluş Partiyası 1, Demokratik İslahat Partiyası 1, Milli İstiqlal Partiyası 1, Böyük Azərbaycan Partiyası 1, Milli Cəbhə Partiyası 1 və Respublikaçı Alternativ Partiyası 1 deputatla təmsil olunur. pizza hut

Bunda başqa, E.Mirzəbəylinin ƏHD Partiyasından çıxarılması siyasi təşkilatın dövlət büdcəsindən aldığı vəsaitin də azalmasına səbəb olacaq. Çünki həmin vəsait partiyalara deputatların sayına görə ayrılır.

Xatırladaq ki, şair-publisist Elçin Mirzəbəyli 2000-ci ilin əvvəllərindən müxalif Vətəndaş Həmrəyliyi Partiyasından istefa verib o zaman iki hissəyə bölünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi qanadına keçib. Partiya daha sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, daha sonra isə Ədalət, Hüquq və Demokratiya Partiyası adlanıb.

E.Mirzəbəyli təşkilatda siyasi məsələlər üzrə sədr müavini postunu tuturdu. Eyni zamanda, bir müddət “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru olub. O, 2024-cü ildə partiya üzvü kimi 90 saylı Ağsu seçki dairəsindən Milli Məclisə deputat seçilib.  

E.Mirzəbəyli oktyabrın 13-də ƏHD Partiyasından çıxarılıb.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri