Icma.az
close
up
RU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur” Elçin Mirzəbəyli

“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur” Elçin Mirzəbəyli

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlər təkcə konkret bir hadisəyə verilən siyasi reaksiya deyil, həm də dövlətin təhlükəsizlik doktrinasının mahiyyətini ortaya qoyan ciddi strateji mesajdır”. 


Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.


O bildirib ki, bu çıxışın məğzi bir neçə mühüm istiqamətdə təhlil olunmalıdır:

"Bu çıxışın məğzi ilk növbədə dövlətin suveren iradəsi, diplomatik məsuliyyət, regional davranış qaydaları və milli təhlükəsizliyin təminatı kontekstində təhlil edilməlidir. Dövlətin humanizmi və qarşı tərəfin siyasi məsuliyyətsizliyi Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri Azərbaycan dövlətinin humanist və məsuliyyətli davranış modelidir. Hadisələrin gərgin olduğu bir dövrdə İran tərəfinin müraciəti əsasında Livanda qalan diplomatik əməkdaşların təxliyəsi üçün Azərbaycanın dərhal kömək göstərməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezidentin "dar gündə kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik?” ifadəsi də məhz Azərbaycan dövlətinin hansı yüksək dəyərlərə malik olduğunu nümayiş etdirir. Lakin bu humanitar jestin fonunda Naxçıvana yönəlmiş zərbə faktı dövlət başçısı tərəfindən "çirkincə, namərdcə və nakişi davranış” kimi qiymətləndirildi. Bu ifadələr təkcə emosional reaksiyanı deyil, həm də beynəlxalq münasibətlərdə etimadın pozulmasının siyasi nəticələrini əks etdirir”.

Politoloq qeyd edib ki, dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad vacibdir:

"Dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad və elementar diplomatik etikaya riayət olunması vacib prinsiplərdən biridir. Bu prinsipin pozulması isə regionda yeni təhlükəsizlik riskləri yaradır. Prezident çıxışında aydın şəkildə vurğuladı ki, Azərbaycan ilk növbədə diplomatik vasitələrdən istifadə etməklə hadisəyə reaksiya verəcək. İranın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və etiraz notasının təqdim olunması bu istiqamətdə atılan ilk addımlardır. Diplomatiyanın prioritet seçilməsi Azərbaycanın beynəlxalq hüquqa və dövlətlərarası münasibətlərin normalarına sadiqliyinin göstəricisidir. Bununla yanaşı, Prezidentin mesajı olduqca açıqdır və diplomatik addımlar hərbi hazırlıqla paralel həyata keçirilir”.

Parlamentari vurğulayıb ki, Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri "Dəmir yumruq” ifadəsidir:

"Azərbaycanın Silahlı Qüvvələrinin, o cümlədən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və xüsusi təyinatlı bölmələrin bir nömrəli səfərbərlik vəziyyətinə gətirilməsi dövlətin təhlükəsizlik mexanizmlərinin operativ reaksiyasını göstərir. Bu, həm də regiondakı bütün aktorlar üçün açıq xəbərdarlıqdır ki, Azərbaycan suverenliyinə qarşı istənilən təhdidə adekvat və qəti cavab vermək imkanına malikdir. Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri "Dəmir yumruq” ifadəsidir. Bu termin artıq Azərbaycan dövlətinin hərbi-siyasi konsepsiyasının rəmzinə çevrilib və ilk növbədə İkinci Qarabağ müharibəsi zamanı formalaşmış strateji iradəni ifadə edir. "Dəmir yumruq” anlayışı yalnız hərbi gücü deyil, dövlətin siyasi iradəsini, milli birliyini və strateji qərar qəbul etmə qabiliyyətini simvolizə edir. Prezidentin "bizim gücümüzü sınamasınlar” mesajı da məhz bu konsepsiyanın davamı kimi səslənir. Bu mesajın əsas məzmunu sadədir, Azərbaycan müharibə istəmir, lakin suverenliyinə qarşı yönələn istənilən təhdidə qarşı qətiyyətli və sərt cavab verməyə hazırdır”.

Deputat qeyd edib ki, dövlət suverenliyi və milli təhlükəsizlik məsələsində kompromis yoxdur:

"Təhlükəsizlik Şurasının iclasında səslənən fikirlər Azərbaycan dövlətinin son illərdə formalaşdırdığı milli təhlükəsizlik strategiyasının davamlı xarakter daşıdığını göstərir. Bu strategiya üç əsas sütuna - diplomatik aktivlik və beynəlxalq hüquqa əsaslanmaya, güclü və modernləşdirilmiş orduya, milli həmrəylik və siyasi iradəyə əsaslanır. Bu elementlərin vəhdəti Azərbaycanın regional təhlükəsizlik sistemində mühüm aktor kimi mövqeyini möhkəmləndirir. Prezident çıxışının sonunda Azərbaycan xalqına müraciət edərək əminlik ifadə etdi ki, ölkəyə qarşı yönələn hər hansı bəd niyyətli qüvvə mütləq şəkildə dövlətin qətiyyətli cavabı ilə qarşılaşacaq. Bu mesaj həm daxili auditoriyaya, həm də xarici aktorlara ünvanlanmış siyasi siqnaldır. Daxili müstəvidə bu, cəmiyyətin təhlükəsizlik məsələlərində dövlət ətrafında konsolidasiyasını gücləndirir. Xarici müstəvidə isə Azərbaycan dövlətinin qərar qəbul etməkdə tərəddüd etməyən güclü, qətiyyətli dövlət olduğunu göstərir.

Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasında səsləndirdiyi fikirlər Azərbaycanın təhlükəsizlik siyasətinin əsas prinsipini bir daha təsdiq edir. Humanizm və diplomatiya ölkəmiz üçün prioritetdir, lakin dövlət suverenliyi və milli təhlükəsizlik məsələsində kompromis yoxdur”.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 05 Mart 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri