Eldar Əzizov Keşlədə su basmış ərazidə VİDEO
Icma.az, Mia.az saytına istinadən bildirir.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasında problem yaradan ikimərtəbəli evin söküldüyü yerə baxış keçiriblər.
Mia.az xəbər verir ki, ərazidə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və problemin həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirilib.
Xatırladaq ki, Xətai rayonu Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş və Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasında problem yaradan ikimərtəbəli evin sökülməsi qərara alınıb.
Aidiyyəti qurumların mütəxəssislərinin rəyinə görə, gələcəkdə oxşar halların digər ərazilərdə təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülməsi və xəttin bərpası zəruri hesab olunmuşdu.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 06 Aprel 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















