Icma.az
close
up
RU
“Əldə bir qədəh şərab...”

“Əldə bir qədəh şərab...”

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 Hazırda ölkədə şərabçılığın yeni inkişaf mərhələsinə keçirilməsi qarşıda duran əsas məsələlərdən biridir.

Azərbaycanın qədim üzümçülük və şərabçılıq ənənələri olsa da, bu sahənin inkişafında bir sıra maneələr mövcuddur.

Qeyd edək ki, prezident İlham Əliyev 7 il əvvəl “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nı imzalayıb. Bu proqram  şərabçılığın innovativ texnologiya əsasında inkişafını nəzərdə tuturdu.

Dövlət Proqramının məqsədi şərab məhsullarına tələbatın yerli ehtiyac və ixracat imkanları nəzərə alınmaqla ödənilməsi, şərab zavodlarının müasir texnologiyalar əsasında qurulması, ixracın artırılması və üzümçülüyün inkişafını stimullaşdırmaqdan ibarət idi.

Bu məqsədə nail olmaq müvafiq qurumlar qarşısında bir sıra vəzifələr qoyulmuşdu. Bura şərab məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac bazarlarının diversifikasiyası, şərabçılıq subyektlərinə iqtisadi dəstəyin formalaşdırılması daxil idi.

7 illik Dövlət Proqramının icrasından gözlənilən nəticələri belə olmalı idi: Azərbaycanda şərabçılıq ənənələri bərpa olunacaq, ölkədə şərab ixracı 2025-ci ilədək 5 dəfə artırılacaq, şərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyəti yüksəldiləcək.

Bu il dövlət proqramı yekunlaşır.

Bəs ortada hansı nəticələr var?

Adıçəkilən Fərmandan əvvəl Prezident İlham Əliyev 15 dekabr 2011-ci ildə “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişaf etdirilməsinə dair” Dövlət Proqramını imzalayıb. Həmin proqrama uyğun olaraq Azərbaycanda  üzümlüklərin 50 min hektara, üzüm istehsalının 500 min tona, şərab istehsalının 30 milyon dekalitrə çatdırılması nəzərdə tutulmuşdu.

Amma statistika bu proqramın effektinin nəzərdə tutulduğundan xeyli az olduğunu göstərir. 2020-ci ildə ölkə ərazisində 15 978 hektar sahədə üzüm bağları olub ki, həmin sahədən də 63 582 ton üzüm yığılıb.

“Bir şərab ver…”

Statsitika Komitəsinin 2025-ci ilin yanvar-iyun ayları üçün açıladığı hesabata görə,üzüm şərabı istehsalı kəskin geriləyib. Ötən ilin ilk yarısında 528 min dekalitr olan həcm cari ildə 292,6 min dekalitrə düşüb. Bu, illik müqayisədə 44,6% azalmadır.

Şərabın həcmindəki azalma ixracda da müşahidə edilir. 2025-ci ilin ilk altı ayında ölkədən xaricə 74.25 min dekalitr həcmində üzüm şərabı satılıb ( $2.23 mln.). Bu öncəki ildə 75.17 min dkl ($2,34 mln.) idi. Viski və brendi istehsalı isə illik müqayisədə 12,5% azalma ilə 311,4 min dekalitrdən 272,5 min dekalitrə enib.

2023-cü ildə üzüm şərabı istehsalı 1.27 milyon dekalitr səviyyəsində olub. Hazırda üzüm bağlarının ümumi sahəsi 17,000 hektar, texniki üzüm sahələri isə 5,000 hektardan çoxdur.

2023-cü ildə şərab ixracının dəyəri təxminən 8 milyon dollar ətrafında olub. Bu dövrdə Rusiya ixracın əsas istiqaməti kimi çıxış edib və 5 milyon dollar həcmində ticarət həyata keçirilib.

İxracı artırmaq üçün kəskin rəqabətə də hazır olmaq vacibdir. Hazırda dünya üzrə şərab və şərabçılıq məhsullarının ixracı təqribən 1 milyard dekalitr təşkil edir. Ən çox məhsul ixrac edən ölkələr isə İspaniya, İtaliya, Fransa, Çili, Avstraliya, CAR, ABŞ, Almaniya, Portuqaliya, Argentina, Yeni Zelandiya və Moldova hesab edilir. Azərbaycan rəqabətqabiliyyətli şərab istehsal etməklə ixracda bu ölkələrlə mübarizə apara bilər.

Sahənin əsas problemləri hansılardır?

Üzümçülükdə texniki sortlar azdır. Bağ sahələri hələ bərpa prosesindədir, potensial artıma baxmayaraq yetərsizdir. İstehsal həcmi artmaqdadır, lakin istehsal potensialı hələ də tam istifadə edilmir. Statistik rəqəmlər göstərir ki, Azərbaycan şərabçılıq sahəsində həm istehsal, həm də satış və ixracda artımlar var. Lakin bu potensial tam reallaşdırılmayıb.

İxrac hələ çox yönlü deyil. Əsas bazar Rusiya ilə məhdudlaşır. Beynəlxalq tanıtım zəifdir. Daxili bazarda satış artsa da sosial faktorlar tələbatı məhdudlaşdırır. Məsələn, 2024 satışda azalma müşahidə olunub.

Dövlət proqramı böyük hədəflər qoysa da, obyektiv və subyektiv səbəblər icranı ləngidib.

Müasir şərabçılığın əsas tələbi keyfiyyətli texnologiya və dünya standartlarına uyğun istehsaldır. Azərbaycanda bəzi yeni müəssisələr yaradılsa da, hələ də köhnə avadanlıqla işləyən zavodlar çoxdur. Bu da məhsulun çeşidini və beynəlxalq bazarda rəqabət qabiliyyətini azaldır.

Dünya bazarında Azərbaycan şərabının adı hələ güclü brendə çevrilməyib. Gürcüstan və Ermənistanın məhsulları tanıdılır, Avropanın böyük şərab ölkələri isə artıq oturuşmuş imicə malikdir. Azərbaycan istehsalçıları əsasən Rusiya bazarına üz tutur, amma Avropa və Yaxın Şərqdə tanıdılma səviyyəsi çox aşağıdır. Bu isə ixrac imkanlarını xeyli daraldır.

Bu sahənin gələcək inkişafı üçün nələr lazımdır?

Texniki üzüm bağlarının sayını artırmaq və keyfiyyətli sortların əkilməsini təşviq etmək, istehsal müəssisələrinin müasir texnologiya ilə təchizatını gücləndirmək, “Made in Azerbaijan” şərab brendini beynəlxalq bazarda tanıtmaq üçün strategiyalar hazırlamaq lazımdır.

Bundan başqa daxili bazarı dəstəkləyəcək kommunikasiya və marketinq tədbirləri keçirilmlidir.  Dövlət proqramlarının icrası ilə bağlı konkret göstəricilər monitorinq olunmalıdır.

Bundan başaqa şərab zavodlarının sayını artırmaq lazımdır. Üzümün satış qiymətinə diqqət yetirilməli, qiymət üzümün şəkərliyinə görə təyin edilməlidir. Şəkərliyi yüksək olan məhsul yüksək qiymətləndirilməlidir. Belə olsa, fermerlərin də marağı da artacaq.

Dövlət hazırda üzümçülüyün inkişafı üçün dəstək göstərir. Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlərə yeni üzüm bağının salınması üçün 8 min manat birdəfəlik subsidiya verilir. Bundan başqa 4 il müddətində hər il təsərrüfat işlərinin davam etdirilməsi üçün 650 manat yardım ayrılır.

Ekspertlərin fikrincə, fermerlərə yardım effektiv vasitə deyil. Ən yaxışısı satış qiymətini maya dəyərinə və məhsulun keyfiyyətinə uyğun tənzimlənməsidir. Bundan başqa saxlama anbarlarının sayı artırılmalıdır.

Şərab istehsalı ilə məşğul olan sahibkarlar vergi yükündən və lisenziyalaşma prosedurlarının çətinliyindən şikayət edirlər. Bundan başqa, məhsulun ixracı zamanı gömrük və logistik problemlər də əlavə xərclər yaradır.

Üzümçülük iqtisadi baxımdan gəlirli sahədir. Azərbaycanın coğrafi ərazisi, təbii torpaq-iqlim qurşaqları isə üzüm plantasiyaları sahəsini 150 min hektara, istehsalını 1-1,2 milyon tona çatdırmağa imkan verir. Üstəlik, Azərbaycanın işğaldan azad olunmuş cənub rayonlarında üzümçülüyün genişləndirilməsi imkanları da var.

Azərbaycanın şərabçılıq ənənəsi çox zəngindir və ölkəmizin bu sahədə böyük potensialı var. Lakin bu potensialın reallaşması üçün üzümçülük bazasının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, “Made in Azerbaijan” şərab brendinin gücləndirilməsi və yeni bazarlara çıxışın təmin edilməsi vacibdir.

AzPost

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 Sentyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri