“Atəşgah” Sığorta 80 346 manat “Kasko” ödənişi etdi
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan sığorta bazarının aparıcı iştirakçılarından biri olan “Atəşgah” Sığorta Şirkəti ASC 30 illik fəaliyyəti ərzində müştərilərinə həm könüllü, həm də icbari sığorta xidmətləri təqdim etməkdədir. Şirkət müştəri məmnuniyyətini daim prioritet olaraq qəbul edir və sığorta ödənişlərini vaxtında, şəffaf və obyektiv şəkildə həyata keçirir.
Bakı şəhəri, Nardaran qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı şirkət peşəkarlığını bir daha göstərərək 80 min 346 manatlıq “Kasko” sığorta ödənişini həyata keçirib.
Bu, şirkətin müştərilərinə göstərdiyi diqqət və qayğının növbəti nümunəsidir. Belə ki, hadisə zamanı “Atəşgah” Sığorta Şirkəti tərəfindən sığortalanmış “Mercedes-Benz GLE 450” markalı avtomobil ilə “Nissan Altima” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə, sığortalanmış avtomobilə dəymiş maddi zərər şirkətin Texniki Ekspertiza şöbəsi tərəfindən qiymətləndirilib və mayın 5-də 80 min 346 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Bu hadisə bir daha təsdiq edir ki, “Atəşgah” Sığorta Şirkəti yalnız etibarlı sığorta təminatçısı deyil, eyni zamanda hər bir sığorta hadisəsinə fərdi yanaşan, müştərilərinə operativ həllər təqdim edən etibarlı tərəfdaşdır. Şirkətin uzun illərə əsaslanan peşəkar fəaliyyəti və müştəriyönümlü yanaşması onun sığorta bazarında nüfuzlu mövqeyini daha da möhkəmləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 14 May 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















