Eldor Şomurodov Türkiyə Superliqa klubuna icarəyə verildi
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyanın "Roma" komandasının özbək hücumçusu Eldor Şomurodov Türkiyənin "İstanbul Başakşəhər" klubuna icarəyə verilib.
QOL.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira X sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunur ki, müqavilədə futbolçunun transfer hüququnun alınması imkanı da yer alıb. Bu, müəyyən şərtlər yerinə yetirildiyi halda məcburi olacaq və ümumi məbləği bonuslar da daxil olmaqla 7 milyon avro təşkil edəcək.
2024/2025 mövsümündə İtaliya A Seriyasında 30 yaşlı Eldor Şomurodov 27 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə verib. Hücumçunun Avropa Liqasında isə 8 oyunda 2 qolu və 1 assisti var.

Eldor Şomurodov məni əsəbləşdirir Ranyeri
31 Yanvar 2025 21:16
Petkoviç Superliqa klubuna keçdi
17 İyun 2025 17:25
Türkiyə Superliqa klubunun prezidenti istefa verib
25 Dekabr 2024 20:20
Superliqa nəhəngləri ulduz ovunda: Türkiyə klubları transfer pəncərəsində hansı həmlələri edəcək?
13 Yanvar 2025 01:37
Superliqa klubunda yeni təyinat
13 Noyabr 2024 22:56

