Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Elə baxma, göz dəyər: nəzər var?

Elə baxma, göz dəyər: nəzər var?

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əksəriyyətimizin içində nəzərə, pis gözə tuş gəlmək kimi bir qorxu olur. Kimisi bunu adi hal hesab edir, kimisində isə bu bir növ fobiya olur. Nəzərə inanan da var, inanmayan da. Elm və din bu barədə ortaq məxrəcə gələ biliblər, dinlərdə haqqında söz açılan nəzər anlayışı elmə görə də öz təsdiqini tapıb, indi insanın mənfi və ya müsbət enerjilər yayması ilə bağlı maraqlı tədqiqatlar da var.

Gözdəymə nədir?

Bu gün texnoloji inkişaf bizə olduqca çox şey verir. Əsrin möcüzəsi olaraq qəbul edilən bioenergetika elmi sayəsində nəzər-gözdəymə də sübut edildi. İndi bilirik ki, insanların gözləri çox şeyə qadirdir, onlar çox təsirli şüalar- həm müsbət, həm də mənfi şüalar yaya bilir. Gözdəymə də bədənə yönlənən mənfi enerjidir. Bu enerji insan orqanizminin nizamı olaraq qəbul edilən bioritmi, yəni insanın təbii tarazlığını pozur. Nəticədə insanlarda əldən düşmək, halsızlıq, xəstəlik müşahidə edilir. Hətta, orqanizmi zəif olan insanlarda ölüm belə qaçılmazdır.

Çox maraqlıdır ki, Rusiyada aparılan bir araşdırmada bununla bağlı maraqlı nəticələr əldə edilib. Sübut edildi ki, bu şüaların doza və nisbəti insanların acıqlı, əsəbi, həyəcanlı və qısqanc anlarında daha da artır. Bu güc, rəngli gözlü insanlarda digər göz rənglərinə sahib insanlara nisbətən daha artmaqda və təhlükəli olmaqdadır.

Yəqin ki, oxucularımız öz gündəlik həyatlarında müşahidə ediblər, birisi hansısa bir əşyamıza həsədlə, qısqanclıqla baxanda o əşyamızın başına bir iş gəlir. Bu insanlar üzərində də olur. Xüsusilə uşaqlara nəzərin tez dəyməsi ilə bğlı iancımız da var. Uşaqlarımızın üzərində adətən dağdağan ağaçı, göz muncuğu, qaraçörək otunun toxumunu gəzdiririk ki, bəd nəzərdən, pis gözdən uzaq olsun.

Bəzi insanların çox bəyəndikləri insanlara, yaxud əşyaya, baxışları və ya sözləri ilə zərər verdikləri də rastlanan vəziyyətdir. Bəzən də olur ki, özünüzü çox sağlam və gümrah hiss etdiyiniz bir zamanda birdən-birə halsızlaşıb, səbəbsiz bir yerə xəstələnirik. Həkim gəlsə də, dərdimizə çarə edə bilmir, çünki problem müasir tibbin gücü çatan bir şey deyil, ortada bədənin nədən xəstələndiyini göstərəcək bir sübut da yoxdur, çünki bu enerji məsələsidir.

El arasında nəzərə bir çox ad verilir: “göz dəymə”, “göz yandırma”, “göz çəkmə”, “göz istəyi” və “göz işıldaması” kimi də deyilir. Müasir lobaratoriyalarda mənfi enerjini Alfa (sarsıdıcı nəzər), Betta (incidici, dağdıcı nəzər), Qamma (yandırıcı) olaraq üç kateqoriyaya ayırırlar. İnsanlar arasında daha çox Alfa gözdəyməsinə rastlanır, əksəriyyət də buna inanır. “Alfa” nəzəri dəyən insanda elmi olaraq beynin orta qisimində sinirlər hərəkətə gələrək göz kürəsini böyüdür və əsnəmə başlayır. Bu, birinci əlamət hesab edilir. Çünki, insana mənfi enerji yükləndiyini elmi olaraq fizioloji baxımdan əsnəmə və göz kürəsinin böyüməsindən anlaşılır.

Nəzəri olan adamın nəzərə gələcək adama neqativ enerji göndərməsi şüursuz olaraq reallaşır. Nəzər şüurlu olaraq da gerçəkləşdirilə bilər, amma bu olduqca az rastlanan vəziyyətdir. Nəzəri şüurlu olaraq reallaşdıran insanlar çox azdır. Bu artıq parapsixologiya mövzusuna daxildir. Nəzəri şüurlu olaraq vuran insanların gözlərindən “Qamma”, yəni yandırıcı şüalar axır. Bu cür şüalar rentgen çəkilişi zamanı baş verən şüalanma səviyyəsində dəyərləndirilir. Bu növ insanların sayı az olmaqla yanaşı həm də çox təhlükəlidirlər.

Rusiyada illər əvvəl 1000 nəfər üzərində labaratoriyada aparılmış analizlərdən sonra məlum oldu ki, ən çox nəzərə gələnlər qəhvəyi və yaşıl rəngli gözlərin sahibləridir. Bu insanlar digər rəngli gözlərə nisbətən daha çox nəzərə və ya mənfi enerjiyə məruz qalırlar. Bu elmi araşdırmaya görə, ən təsirli nəzər şüalarını meydana gətirən göz rəngləri isə mavi və ala göz rənglərinə sahib olan insanlardır.

8 növ- ala, mavi, qara, yaşıl, bənövşəyi (dünyada bu rəngli gözü olanlar çox azdır), boz, bulanıq və qəhvəyi göz rənglərinə sahib insanların bir-birinə enerji ötürməsi məsələsi də maraqlıdır.

Məsələn, mavi gözlülərin ən çox qəhvəyi, ala, boz, bənövşəyi, yaşıl, bulanıq və qara gözlülərə nəzəri dəyə bilir. Bulanıq gözlü insanların daha çox mavi, qara, yaşıl, qəhvəyi, bənövşəyi, tünd və ala gözlülərə, yaşıl gözlülərin boz, ala, qara, qəhvəyi, bənövşəyi, bulanıq və mavi gözlülərə mənfi enerji ötürməsi mümkündür. Qara gözlülərin ən çox mavi, ala, yaşıl, qəhvəyi, tünd, bənövşəyi və bulanıq göz rəngi olanlara gözü dəyir, ala gözlülərin ən çox yaşıl, bulanıq, mavi, qara, qəhvəyi, bənövşəyi və boz gözlülərə nəzəri keçə bilir. Boz gözlülərin qara, bənövşəyi, bulanıq, mavi, yaşıl, ala və qəhvəyi gözlülərə, bənövşə rəngli gözlülərin boz, bulanıq, yaşıl, ala, qəhvəyi, qara və mavi gözlülərə, qəhvəyi gözlülərin ən çox mavi, yaşıl, bulanıq, ala, bənövşəyi, boz və qara gözlülərə nəzəri dəyir.

El arasında deyirlər ki, nəzər daha çox gözəl insanlara, mal-mülk sahiblərinə, xalq arasında şöhrəti olanlara, işində uğur qazananlara, qiymətli əşyalara, yeniliklərə, yeni evlənən gənclərə, yeni doğulan uşaqlara, yeni alınan avtomobillərə, yeni alınan evə, səliqəli və göz oxşayan bağ-bağçaya dəyir. Ümumiləşdirsək, insanı özünə çəkən bütün gözəl şeylərə nəzər dəyir. Körpələrə mənfi enerjinin yüklənməsinin qarşısını almaq üçün əvvəllər yaşlı nəslin nümayəndələri “nə çirkindir”, “meymuna bənzəyir” deyib nəzər qaytarırdılar.

İddialara görə qadın nəzəri kişi nəzərindən daha itidir. Bu hadisə qadınların hər mühitdə gözəl görünmək hissindən meydana gəlir. Çünki qadın başqa bir gözəl qadın görəndə ona həsəd və qibtə ilə baxır və bu səbəbdən qadınlar bir-birlərinə daha çox nəzər vurur. Kişi nəzəri qadınlar üzərində çox təsirli deyil. Kişilərin də nəzəri öz həmcinslərinə daha çox dəyir, işində daha uğurlu olan, yaxşı karyerası olan və daim uğur qazanan kişilər öz həmcinsləri tərəfindən gözdəyməyə - mənfi enerjiyə tez məruz qalırlar. Eyni zamanda nəzər qızıl, almaz, brilyant və gümüş kimi qiymətli əşyalara da dəyir. Ona görə vacib olmadıqca bu kimi əşyaları üzərinizdə gəzdirməyin.

Fizioloji, psoxoloji və parapsixoloji təsirləri

Gözdəymənin fizioloji təsirləri baş gicəllənməsi, mədə bulanması, ayaq sürüşməsi, bulanıq görmə, refleks pozulmaları, gözlərin qızarması, göz almasının böyüməsi, səbəbsiz əsnəmələr, tez-tez baş verən kiçik qəzalar, müxtəlif xəstəliklər, yıxılma, gözdə qansızma, sızanaqlar, çibanlar, əsasən də göz çibanları (el arasında buna itdirsəyi də deyirlər), əldə və ya başqa bir yerdə ziyillər çıxması, qaş və saç tökülməsi, mədə ağrısı, dodaq quruması, ayaq-əl ağrıması, bel ağrısı, qulaqda küy, göz bulanıqlığı kimi qəbul edilir.

Nəzərin psixoloji təsirləri yuxudan sıçramalar, yuxuda qışqırmalar, əl titrəməsi, gözlərin bir nöqtəyə zillənməsi, yorğunluq hissi, yuxu pozğunluğu, bəzən də həddindən artıq yatmaq istəyi, gülmə krizi, stress, adaptasiya problemi, səbəbsiz əzəbilik, dilin topuq vurması, düşüncədə pozğunluq, qarabasma, səbəbsiz göz yaşı, səbəbsiz narahatlıq hissi, ağırlıq hissidir.

Gözdəymənin parapsixoloji təsirləri: - işinizin uğursuz olması, evinizdə narahatlıq, şans və qismətinizin bağlanması, yaşadığınız mühiti sevməmək, sevdiyinizə nifrət etmək, evliliklərdə səbəbsiz davalar, boşanmalar, xəyanət, qısqanclıqlaranın başlaması, dostluqlarınızın pozulması, evlənə bilməmək, yuxularınızda davamlı mavi rəng və ya nəzər muncuğu görmək, ovsunlanma hissi kimi parapsixoloji təsirlər meydana gəlir.

Böyüklər nəzərdən qorunmağın ən yaxşı yolu kimi hər gün evdə üzərlik yandırmağı məsləhət görür. Üzərliyin spesifik qoxusu ilə bəd nəzərləri, şər qüvvələri evdən qovmasına ianınb yaşlı nəslin nümayəndələri. Yeni doğulan körpənin beşiyinə, ərə gecən qızın cehizinə mütləq qaydada üzərlik qoyulur.

Bizim elimizin bir adəti vardı, yeni doğulan körpə 40 gün heç kimə göstərilmirdi, yanına sadəcə ata-anası, nənə-babası girə bilirdi. Bu adət boşuna deyil, yeni doğulan körpə 40 gün nəzərə davamsız olur, əgər ona kimsə pis gözlə baxsa, mənfi enerji ötürsə o bunu qəbul edəcək. Lakin bu adət indi unudulub, gənc nəsil bunun gərəksiz olduğunu hesab edir.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Dekabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1452

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see722

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see510

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see496

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see485

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see458

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see421

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see413

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see357

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see335

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see307

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see306

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see297

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see295

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see282

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see282

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see282

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see280

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see268
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri