Icma.az
close
up
RU
Elə dilənçilər var ki, günə 500 600 manat qazanırlar EKSPERT

Elə dilənçilər var ki, günə 500 600 manat qazanırlar EKSPERT

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ən yaxşı həll yolu dilənməyi birdəfəlik qadağan etmək, küçələrdə dilənməyə kimsəyə icazə verməmək, dilənçiləri küçələrdən yığışdırmaqdır

Amma xüsusi bir sistem tətbiq olunmalıdır ki, belə şəxslərə hər hansı bir formada qayğı göstərilsin. İlk növbədə onlar işlə təmin olunmalıdırlar

Dilənçiliklə məşğul olanların cərimələnməsi və inzibati həbsi artıq hüquqi təsdiqini tapdı. Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 523-1-ci maddə dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnəcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Sosioloq Elçin Bayramlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, dilənçiliyin aradan qaldırılması asan məsələ deyil: 

- Bir qrup insan var ki həqiqətən də ağır xəstəlik keçirir, yaxud əlilldir, sosial vəziyyəti ağırdır, bəzisi işsizdir, dolan bilmir, bir hissə də var ki belə şəxsləri, həmçinin uşaqları diləndirən qruplardır, mafiyalardır. Və insanların mərhəmət hissindən sui-istifadə edərək, istismar edirlər. Ümumiyyətlə, dilənçilik bəyənilən deyil, xüsusən də ictimai yerlərdə icazə verilməməlidir. Xeyriyyə cəmiyyətləri var. Dövlət səviyyəsində müxtəlif sosial yardım paketləri həyata keçirilir. İmkanlı şəxslər var ki, çətin sosial durumda olanlara kömək edirlər. Dilənən şəxslərə də bu cür yardımlar göstərilməlidir.

Amma obyektiv araşdırma aparılmalıdır ki həqiqətən də bu insan ehtiyac içindədirmi? Bəzi dilənçilər var ki, günə 500-600 manat qazanırlar. Dilənməyi rahat biznesə çeviriblər. Saxta ah-vayla insanları o qədər aldadırlar ki, həqiqətən ehtiyacı olanlar da seçilmir artıq. Qurunun oduna yaş da yanır. Ona görə də, ən yaxşı həll yolu dilənməyi birdəfəlik qadağan etmək, küçələrdə dilənməyə kimsəyə icazə verməmək, dilənçiləri küçələrdən yığışdırmaqdır. Amma xüsusi bir sistem tətbiq olunmalıdır ki, belə şəxslərə hər hansı bir formada qayğı göstərilsin. İlk növbədə onlar işlə təmin olunmalıdırlar. Dövlət Məşğulluq Mərkəzinə bu cür şəxslərin işlə təmin edilməsi tapşırılmalıdır. Əgər şəxsin işləmək qabiliyyəti yoxdursa, fiziki imkanları məhduddursa, o zaman dövlət ona yaşayış minimumu qədər sosial müavinət ayırmalıdır, sosial yardım formasında. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 May 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri