Icma.az
close
up
RU
Elə harada gəldi avtobus xətti çəkirlər, amma fikirləşmirlər ki... Ekspert AYNA nın səhvlərini AÇIQLADI

Elə harada gəldi avtobus xətti çəkirlər, amma fikirləşmirlər ki... Ekspert AYNA nın səhvlərini AÇIQLADI

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda bəzi yollarda avtobus zolağı saatla fəaliyyət göstərsə də, digər avtomobillərin həmin zolağa girişini göstərən qırıq xətt çəkilməyib.

Belə olan halda, sürücülər avtobus zolağına keçsələr, onlara cərimə tətbiq olunurmu?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, bu xətləri düz çəkməyiblər:

"Dönmə yerlərinə 50-100 metr qalmış mütləq şəkildə giriş-çıxış üçün qırıq-qırıq xəttlər olmalıdı. Köhnə vaxtlarda elə çox yerə çəkdilər, sonra isə heç qırıq-qırıq xəttlər qoymadılar. Əslində bu, düzgün məsələ deyil. Çünki, məsələn, biz dönmək istəyirik, orta zolaqda isə yalnız düzünə hərəkət göstərilir. Oradan dönsək də cərimədir. Avtobus xəttidir, 1.1 bütöv nişanlama xəttidir, onu kəsib keçsək də cərimədir. Amma reallıqda cərimələyə bilməzlər. Yəni bu, yolun təşkilində ciddi qüsurlardır. QO standartında olan hər bir şey yollarda yoxdur. Kitabda başqa cürdür, reallıqda isə bizdə tamam başqa cürdür. Əslində biz onu keçib gedirik, ona cərimə yazıla bilər. Amma biz qüsurlu yolla gedəsi deyilik də. Yəni bu yol ayrıcından dönməyə icazə varsa, deməli, burada bu cür məqamlara yol verilməməlidir. Bir də, məsələn, biz dönmək istəyirik, avtobus düz gedir. Dönən zaman baxmalıyıq ki, avtobus var, ya yox. Düz gedənlərə mane olmadan, onları sürət və istiqaməti dəyişməyə məcbur etmədən keçməliyik".

Ekspert əlavə etdi ki, bir çox yerlərdə avtobus zolağı var, altında əlavə bölmə yoxdur:

"Əlavə bölmə isə bir çox yerdə qoyulmalıdır ki, pik vaxtlarda avtobus həmin hissəyə girə bilməsin. Elə yol var ki, iki zolaqlı yoldur, birini avtobusa veriblər, birini də dönməyə. Misal üçün, Qara Qarayev prospektini deyə bilərəm. Yol ayrıcıdır, üç zolaqlı yoldur. Orta zolaq ancaq düz gedir. O böyük prospektdə cəmi bir zolaq düz gedir. Yuxarıda da 5.8.1 nişanlama var, zolaqlar üzrə hərəkət nişanları var. Nişanlama xətti yoxdur. Bu da süni tıxacların əmələ gəlməsi üçün elə bil qəsdən belə edilib. Misal üçün, yol ayrıcında hərəkət elə olmalıdır ki, üç zolağın üçündən də istifadə etmək mümkün olsun. O boyda prospekti dayandırmaq olmaz. Elə harada gəldi avtobus xətti çəkirlər, amma fikirləşmirlər. Heç bir monitorinq aparılmır ki, burada yolun axıcılıq qabiliyyəti nə dərəcədədir, pik vaxtlarında saatda buradan neçə min maşın keçir. Onlar hesablanmalıdır. Onların hamısı nəzərə alınmalıdır. Çox təəssüf ki, nəzərə alınmır. Ona görə də yollar pik vaxtlarında demək olar ki, iflic olur. Bu məsələ çox ciddi məsələdir. Üstəlik, bəzi vaxtlarda sürücülər cərimələnirlər də, sizin dediyiniz məqama görə bütöv xətti keçirlər. Məsələn, qayda-qanunu bilməyən sürücüləri cərimələyirlər, qayda-qanunu yaxşı bilən sürücülər isə özlərini cərimələrdən qoruyurlar. Əksinə, bayaq dediyim məqamlarda bizim sürücülərin heç bir günahı yoxdur. Yolun təşkilində ciddi qüsurlar var. Onlar təcili surətdə aradan qaldırılmalıdır”.

Xatırladaq ki, Azərbaycanda yollarda xətlənmə işlərini, yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmasına nəzarəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) həyata keçirir.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri