Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? TƏKLİF VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda elektromobillərə maraq olsa da, enerji doldurma infrastrukturunun kifayət qədər inkişaf etməməsi bu nəqliyyat vasitələrinin geniş yayılmasını ləngidən amillərdən biri olaraq qalır. Xüsusilə paytaxtdan kənar ərazilərdə enerji doldurma məntəqələrinin azlığı elektromobil almaq istəyən vətəndaşların qərarına təsir göstərir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov bu barədə fikirlərini bölüşüb.
Ekspertin sözlərinə görə, hibrid avtomobillərdən fərqli olaraq, sırf elektriklə işləyən nəqliyyat vasitələrinin gündəlik istismarı üçün enerji doldurma infrastrukturunun əlçatan olması xüsusi əhəmiyyət daşıyır. Hibrid avtomobillərdən istifadə zamanı bu baxımdan əlavə infrastruktur ehtiyacı yaranmadığı halda, elektromobillərin enerji ilə təmin olunması sürücülər üçün müəyyən çətinliklər yarada bilər.
Eldəniz Cəfərov hesab edir ki, problemin həlli üçün dövlət tərəfindən sahibkarlara tövsiyə xarakterli təşəbbüslər irəli sürülə bilər. Onun fikrincə, yanacaqdoldurma məntəqələrində elektromobillər üçün enerji doldurma cihazlarının quraşdırılması bu sahədə infrastrukturun genişləndirilməsinə kömək edə bilər.
Hazırda Azərbaycanın şəhər və kəndlərində benzin və dizel yanacağı ilə təmin edən məntəqələr fəaliyyət göstərir. Həmin məntəqələrdə ən azı bir enerji doldurma cihazının quraşdırılması ilə bağlı sahibkarlara tövsiyə verilməsi məqsədəuyğun olardı.
Ekspert bildirib ki, belə bir yanaşma məcburi tələb kimi deyil, sahibkarları təşviq edən mexanizm kimi tətbiq edilə bilər. Bu halda enerji doldurma imkanları tədricən genişlənər, elektromobillərdən istifadə edən sürücülərin uzun məsafələrə səfəri asanlaşar və elektriklə işləyən avtomobillərə maraq arta bilər.
Qeyd edək ki, elektromobillərin geniş yayılması yalnız avtomobillərin qiymətindən və alıcıların marağından deyil, həm də enerji doldurma şəbəkəsinin əlçatanlığından, doldurma sürətindən və infrastrukturun ölkə üzrə əhatə dairəsindən asılıdır. Bu baxımdan yanacaqdoldurma məntəqələrində enerji doldurma imkanlarının yaradılması alternativ nəqliyyat vasitələrinə keçidi dəstəkləyən addımlardan biri ola bilər.
Eltac Zülfüqaroğlu
bax.tvhttps://player.bax.tv/embed/228308.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 29 Oktyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















