Icma.az
close
up
RU
Ceyhun Bayramov: Azərbaycan TDT çərçivəsində əməkdaşlığın gücləndirilməsinə sadiqdir

Ceyhun Bayramov: Azərbaycan TDT çərçivəsində əməkdaşlığın gücləndirilməsinə sadiqdir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında çıxış edib.

Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazir bildirib ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi dövründə əsas prioritetlər əməkdaşlığın inkişafı, ortaq tarixi və mədəni irsin qorunması, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat bağlantılarının genişləndirilməsi, eləcə də təşkilatın beynəlxalq mövqeyinin gücləndirilməsidir. Bu istiqamətlər 2025-ci ilin oktyabrında Qəbələdə keçirilən TDT Sammitində bir daha təsdiqlənib.

C.Bayramov qlobal münaqişələr, beynəlxalq hüquqa təhdidlər və təhlükəsizlik sistemindəki problemlər fonunda qarşılıqlı etimadın, ortaq maraqların və həmrəyliyin vacibliyini vurğulayıb. O, siyasi dialoqun və təhlükəsizlik sahəsində koordinasiyanın dərinləşdirilməsinin və Bakıda Təhlükəsizlik şuraları katiblərinin görüşünün əhəmiyyətini qeyd edib.

Nazir 2027-ci il üçün birgə müdafiə sənayesi istehsalı və texnoloji tərəfdaşlıq üzrə yol xəritəsinin qəbulunu, eləcə də ticarət, investisiya, nəqliyyat, enerji, maliyyə, rəqəmsal inkişaf və innovasiya sahələrində əlaqələrin genişləndirilməsini diqqətə çatdırıb.

O, Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi, Şuşada dini məsələlərə məsul dövlət qurumları rəhbərlərinin ilk görüşü və Bakıda müsəlman dini idarələri rəhbərlərinin yeddinci toplantısı kimi təşəbbüslərin humanitar-mədəni əlaqələrin inkişafına töhfə verdiyini bildirib.

C.Bayramov TDT-nin BMT Baş Assambleyasında müşahidəçi statusu əldə etməsi üçün Nyu-Yorkda aparılan diplomatik səyləri, eləcə də üçüncü ölkələr və beynəlxalq təşkilatlarla tərəfdaşlıq imkanlarını artıran TDT+ formatını da qeyd edib.

Nazir qərarların icrasının təmin olunmasının, milli qurumların fəal iştirakının və TDT Katibliyinin koordinasiya funksiyasının gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın təşkilatın səmərəliliyini artırmaq və əməkdaşlığı daha məhsuldar etmək istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Oktyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri