“Futbolçular ac qarına məşqə gəlirlər” “Qarabağ”ın məşqçisi
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağ”ın U-19 komandasının baş məşqçisi Rəşad Sadiqov maraqlı açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, o, UEFA Gənclər Liqasının təsnifat mərhələsinin ilk görüşündə Zaqreb “Dinamo”suna evdə 1:2 hesabı ilə uduzduqları oyundan danışıb.
O, futbolçuların fiziki gücünün aşağı olmasının səbəbini belə açıqlayıb: “Mən oyunçuları qınamıram. Burada universitet məsələləri var. Futbolçuların bəziləri 6 saatlıq dərsdən çıxır, ac qarına məşqə gəlir. Onların yarısı səhər növbəsində, yarısı ikinci növbədə oxuyur. Bütün bunlar təsir edir. Çünki belə olduqda bəziləri bizimlə məşq edir, bəziləri əvəzedici heyətdə məşqlərə qoşulur. Bütün bunlar oyunlara təsir edir”.
Qeyd edək ki, “Qarabağ” U-19 komandası bir həftə sonra Zaqrebdə “Dinamo” ilə cavab görüşünə çıxacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 29 Oktyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















