Icma.az
close
up
RU
Elektromobillərin batareyalarını neçə il istifadə etmək mümkünür? ARAŞDIRMA

Elektromobillərin batareyalarını neçə il istifadə etmək mümkünür? ARAŞDIRMA

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elektrikli nəqliyyat vasitələri almağı planlaşdıran istehlakçılar və avtopark şirkətləri üçün əsas suallardan biri olan batareya ömrü real istifadə məlumatları əsasında aparılan genişmiqyaslı tədqiqatlarla aydınlaşdırılıb. 

Avtosfer.az xəbər verir ki, araşdırmalar göstərir ki, müasir elektrikli avtomobillərin batareyaları əvvəlki illərdə formalaşmış təsəvvürlərdən daha uzunömürlüdür.

Məlumata görə, yeni nəsil elektrikli nəqliyyat vasitələrinin batareyalarının tutumunun 75%-ə düşməsi orta hesabla təxminən 13 il vaxt aparır. Bu göstərici elektrikli avtomobillərin iqtisadi istismar müddəti, eləcə də ikinci əl bazarındakı dəyəri ilə bağlı narahatlıqların azalmasına səbəb olub.

Araşdırma Kanadada yerləşən avtopark idarəetmə şirkəti “Geotab” tərəfindən aparılıb. Şirkət 21 fərqli markaya aid 22 min 700-dən çox elektrikli nəqliyyat vasitəsini təhlil edib. 2020-ci ildən bu günədək müntəzəm olaraq toplanan məlumatlar əsasında aparılan araşdırmada batareya performansı laboratoriya şəraitində deyil, real istismar mühitində ölçülüb.

Tədqiqat gündəlik sürücülük vərdişlərini, müxtəlif iqlim şəraitlərini və fərqli doldurma davranışlarını əhatə edən geniş məlumat bazasına əsaslanıb. Təhlillər həm sərnişin, həm də yüngül kommersiya tipli elektrikli nəqliyyat vasitələrində batareya sağlamlığının mövcud vəziyyətini ortaya qoyub.

Nəticələrə əsasən, elektrikli avtomobillərin batareyalarında orta illik tutum itkisi 2,3% təşkil edir. Bu isə onu göstərir ki, avtomobil 10 ildən artıq istifadə edilsə belə, hərəkət məsafəsinin əhəmiyyətli hissəsini qoruyub saxlayır. Batareya tutumunun 75%ə enməsi üçün 13 il vaxt tələb olunması uzunmüddətli xərcləri planlaşdıran istehlakçılar üçün müsbət göstərici kimi qiymətləndirilir.

Məlumatlar onu da təsdiqləyir ki, batareyanın dəyişdirilməsinə ehtiyac əksər istifadəçilər üçün uzun illər ərzində aktual olmur. Bununla yanaşı, araşdırma batareya deqradasiyasının bütün nəqliyyat vasitələrində eyni sürətlə baş vermədiyini də üzə çıxarıb.

Xüsusilə DC sürətli doldurma stansiyalarından tez-tez istifadə batareyanın temperaturunu artıraraq aşınma prosesini sürətləndirən əsas amillərdən biri kimi göstərilib. Bunun əksinə olaraq, 2-ci səviyyəli AC doldurma üsullarının batareya sağlamlığını daha yaxşı qoruduğu vurğulanır. Eyni zamanda intensiv sürücülük, eləcə də həddindən artıq isti və ya soyuq iqlim şəraiti batareya performansının azalmasına təsir edən əsas faktorlar sırasında qeyd olunur.

“Geotab”ın əvvəlki hesabatlarında illik batareya deqradasiyası 1,8 faiz olaraq göstərilsə də, son araşdırmada bu göstəricinin 2,3 faizə yüksəldiyi müəyyən edilib. Mütəxəssislər artımı məlumat bazasının genişlənməsi və son illərdə sürətli şarj texnologiyalarının daha geniş yayılması ilə əlaqələndirirlər.

Araşdırmada bildirilir ki, batareya tutumunun azalması avtomobilin enerji saxlama imkanlarına təsir etsə də, bu prosesin gözlənildiyi kimi kəskin və narahatedici templə baş vermədiyi müşahidə olunub. Qabaqcıl texnologiyalarla istehsal olunan mövcud batareyaların avtomobilin istismar müddəti boyunca kifayət qədər performans təmin etdiyi qeyd edilir.

Eltac Zülfüqaroğlu

Oxunub 48

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:290
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Yanvar 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri