Icma.az
close
up
RU
Elektron attestatlarla bağlı mühüm detallar açıqlandı

Elektron attestatlarla bağlı mühüm detallar açıqlandı

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

2025/2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına attestatların elektron formada təqdim olunması nəzərdə tutulub. Yeni yanaşmaya əsasən, şagirdlər sənədlərini istənilən vaxt onlayn mühitdə əldə edə biləcəklər və bu yenilik ümumilikdə 300 minə yaxın məzunu əhatə edəcək. Bu fonda rəqəmsal həllin tətbiqi ilə attestatların verilməsi mexanizmi, onun tənzimlənmə qaydaları, eləcə də ənənəvi kağız sənədlərlə müqayisədə yaratdığı üstünlüklər və vətəndaşlar üçün təmin edəcəyi praktiki rahatlıqlar aktuallıq kəsb edir. Bununla yanaşı, sistemin regionlarda yaşayan məzunlar üçün əlçatanlığı və rəqəmsal imkanlara çıxışı məhdud olan şəxslər üçün alternativ mexanizmlərin nəzərdə tutulub-tutulmadığı da diqqət çəkir. 

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov bildirib ki, elektron attestatların tətbiqi təhsil sistemində rəqəmsallaşmanın mühüm mərhələlərindən biridir və bu addım həm idarəetmənin səmərəliliyini artırmaq, həm də vətəndaşlara daha çevik xidmət göstərmək məqsədi daşıyır.

Deputat yeniliyin və mexanizmin hansı formada tətbiq ediləcəyi ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Yenilik ondan ibarətdir ki, elektron attestatların verilməsi mərkəzləşdirilmiş rəqəmsal platforma üzərindən həyata keçiriləcək. Bu platforma elektron hökumət sisteminə inteqrasiya olunacaq və hər bir məzunun məlumatları vahid məlumat bazasında saxlanılacaq. Attestat artıq fiziki sənəd kimi deyil, unikal identifikasiya kodu və ya QR kod vasitəsilə təsdiqlənən rəqəmsal sənəd kimi təqdim olunacaq. Bu, həm sənədlərin doğrulanmasını asanlaşdıracaq, həm də saxtalaşdırma riskini minimuma endirəcək. Proses normativ hüquqi aktlarla tənzimlənəcək və məlumatların qorunması, əlçatanlıq və istifadə qaydaları aydın şəkildə müəyyən ediləcək".

V.Qafarov həmçinin qeyd edib ki, elektron attestatların ənənəvi kağız sənədlərlə müqayisədə bir sıra üstünlükləri var:

"Ən başlıcası, sənədin itməsi və ya zədələnməsi riski aradan qalxır. Vətəndaş istənilən vaxt və istənilən yerdən öz attestatına çıxış əldə edə biləcək. Bundan əlavə, ali və ya orta ixtisas təhsil müəssisələrinə müraciət zamanı sənədlərin təqdim edilməsi prosesi avtomatlaşdırılacaq, əlavə təsdiqlərə ehtiyac qalmayacaq. Dövlət qurumları arasında məlumat mübadiləsi sürətlənəcək, bürokratik prosedurlar sadələşəcək. Eyni zamanda, kağız dövriyyəsinin azalması ekoloji baxımdan da müsbət təsir göstərəcək. Bu yenilik vətəndaşlara vaxt və resurs qənaəti, daha şəffaf və operativ xidmətlər vəd edir".

Milli Məclisin üzvü onu da əlavə edib ki, regionlarda yaşayan məzunların əlçatanlıq məsələsinə gəldikdə isə, nəzərə almaq lazımdır ki, rəqəmsal xidmətlərin uğuru məhz inklüzivlikdən asılıdır:

"Dövlət artıq bir sıra sahələrdə “ASAN xidmət”, “myGov” kimi platformalar vasitəsilə regionlarda da elektron xidmətlərə çıxışı təmin edib. Elektron attestat sisteminin də bu mövcud infrastruktur üzərindən əlçatan olması çox müsbət haldır.

Ümumilikdə, elektron attestatlara keçid təhsil sahəsində şəffaflıq, operativlik və müasir idarəetmə baxımından mühüm addımdır. Lakin bu prosesin uğurlu olması üçün texniki infrastrukturla yanaşı, hüquqi tənzimləmə, məlumat təhlükəsizliyi və vətəndaşların rəqəmsal savadlılığının artırılması kimi məsələlər də paralel şəkildə diqqətdə saxlanılmalıdır", - deyə deputat fikrini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Aprel 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see372

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see336

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see284

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see272

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see267

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see256

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see253

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see251

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see245

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see241

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see230

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see223

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see208

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see190

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see189

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see183

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see183

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see181

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri