Icma.az
close
up
RU
Elektron əmək müqaviləsi sisteminə keçidi tam yekunlaşdırmalıyıq Sahil Babayev

Elektron əmək müqaviləsi sisteminə keçidi tam yekunlaşdırmalıyıq Sahil Babayev

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Biz qanunvericilikdə müəyyən edilmiş müddət ərzində elektron əmək müqaviləsi sisteminə keçidi tam yekunlaşdırmalıyıq".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, insanların rifahını təmin etmək üçün ən önəmli faktor məşğulluqdur:

"Məşğulluq iki ana xətdən ibarətdir. Xətlərdən biri iqtisadi güc yaranan iş yerləri, digəri isə insan resurslarıdır. İnsan resurslarının güclənən iqtisadiyyatın tələblərinə cavab verməsi bizim ana hədəflərimizdən biridir. İnsan resurslarının inkişafını təmin etmək üçün silsilə tədbirlər keçirilməkdədir. Bu gün dördüncü karyera inkişaf forumu keçirilir. Forumun məqsədi hər bir əmək resursunun, vətəndaşın ömür boyu inkişafını təmin etməkdir".

Nazir deyib ki, son illərdə orta əmək haqqında iki dəfə artım, eyni zamanda ölkədə əməkhaqqı fondunun leqallaşması və inkişafında ciddi artımlar əldə edilib:

"Əmək müqavilələrinin sayında 609000 ədəd artım əldə etmişik. Bunun səksən faizi özəl sektorun payına düşür. 36 min şəxsə peşə hazırlığı məqsədilə aktual peşə təhsili vermişik".

Nazir qarşıdakı hədəflərdən danışarkən qeyd edib ki, əsas hədəflər işğaldan azad edilmiş ərazilərdə layiqli əməyi təmin etmək, işəgötürənlər, dövlət qurumları və işləyənlər arasında sinergiyanı təmin etmək, əmək bazarı ilə təhsil sistemi arasında bağlantıları gücləndirməkdir.

"Azərbaycanda bu gün əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən 160 xidmət həyata keçirilir və bunun 145-i elektron xidmətlərdir. Elektron əmək müqavilələrinə keçid dövlət qurumlarında 2025-ci il yanvarın 1-dən, özəl sektorda isə iyulun 1-ə qədər başa çatmalıdır", - deyə nazir vurğulayıb (APA).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri