Icma.az
close
up
RU
Elektron jurnalların hansı üstünlüyü olacaq?

Elektron jurnalların hansı üstünlüyü olacaq?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məktəblərdə artıq ənənəvi kağız jurnallar ləğv edilərək elektron jurnallara keçirib.

Uzun illər kağız jurnallarla işləyən müəllimlərin bu dəyişikliyə adaptasiya prosesi bir qədər çətin ola bilər. Bu yeniliyin təhsil səviyyəsinə təsiri isə maraq doğurur.

Bəs məktəblərdə elektron jurnallara keçid təhsilin səviyyəsinə necə təsir edəcək?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki,  məktəblərdə kağız jurnalların istifadəsi həm maliyyə, həm də ekoloji baxımdan yük yaradırdı:

"Bakı şəhərində ümumtəhsil müəssisələrində kağız jurnalların ləğv edilməsi və bütün proseslərin yalnız “Rəqəmsal məktəb” platforması üzərindən aparılması təhsil sistemində ciddi bir dönüş nöqtəsi hesab edilə bilər.Bu qərarın əsas məqsədlərindən biri tədris prosesində şəffaflığın, hesabatlılığın və çevikliyin artırılması, müəllimlərin üzərindəki inzibati yükün azaldılması və ən əsası, kağız resurslarının istifadəsinin minimuma endirilməsi ilə həm maliyyə, həm də ekoloji baxımdan qənaətə nail olunmasıdır.

Rəqəmsal transformasiya istiqamətində atılan bu addım Azərbaycanın təhsil sahəsində həyata keçirilən islahatların davamıdır və qlobal rəqəmsallaşma prosesləri ilə uzlaşır. Məlumdur ki, hər il ölkə üzrə 10 minlərlə sinifdə aparılan dərs jurnalları üçün minlərlə kağız dəftər çap olunur.

Dövlət Statistika Komitəsinin 2023-cü il məlumatına görə, yalnız Bakı şəhərində 300 mindən çox şagird təhsil alır, bu isə minlərlə sinif jurnalının kağız formatda istifadə edilməsi deməkdir. Hər bir jurnal orta hesabla 200-250 səhifədən ibarətdir və ildə yüz minlərlə vərəqin çapı dövlətin əlavə maliyyə xərcləri ilə yanaşı, ekoloji baxımdan da ciddi yük yaradır.

Kağız istehsalında istifadə olunan resursların xərclənməsi, meşələrin kəsilməsi və tullantıların artması nəzərə alınanda bu addım ekoloji davamlılıq baxımından da müsbət qiymətləndirilə bilər. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 29-cu maddəsində qeyd olunur ki, təhsil müəssisələrində idarəetmə prosesləri müasir informasiya-kommunikasiya texnologiyaları əsasında qurulmalı, təhsilalanların və valideynlərin təhsil nəticələri barədə operativ məlumat əldə etmələri təmin edilməlidir.

“Rəqəmsal məktəb” platformasına keçid məhz bu qanun müddəalarının icrası ilə birbaşa bağlıdır. Burada yalnız idarəetmənin rəqəmsallaşdırılması deyil, eyni zamanda təhsilalanların nailiyyətlərinin valideynlərə açıq şəkildə təqdim olunması da nəzərdə tutulur. Bu isə “Valideyn məktəbdə baş verən proseslərdən xəbərsizdir” kimi illərdir mövcud olan bir problemi aradan qaldıra bilər".

Onun sözlərinə görə, rəqəmsal jurnallar müəllimlərin işini asanlaşdırsa da, texniki çətinliklər yarada bilər:

"Müsbət tərəflərdən biri də odur ki, müəllimlər artıq eyni məlumatı iki dəfə həm kağız, həm də elektron formada doldurmaq məcburiyyətində qalmayacaq. Bu, onların vaxtına qənaət edəcək və daha çox dərsin keyfiyyətinə fokuslanmalarına imkan yaradacaq.

Valideynlər övladlarının davamiyyətini və qiymətlərini real vaxtda izləyə biləcək, şagirdlərin təhsil göstəriciləri ilə bağlı bütün məlumatlar isə mərkəzləşdirilmiş şəkildə Elm və Təhsil Nazirliyinə ötürüləcək.

Bu, idarəetmədə hesabatlılığın artmasına, məktəb rəhbərliyinin və müəllimlərin fəaliyyətinin daha şəffaf izlənilməsinə şərait yaradacaq.
Bununla belə, tətbiqin müəyyən çətinlikləri də gözləniləndir. İnfrastruktur problemləri – xüsusilə də internetin keyfiyyətindəki bərabərsizlik, bəzi məktəblərdə kompüter təminatının yetərsizliyi, yaşlı müəllimlərin rəqəmsal bacarıqlarının məhdud olması prosesin icrasında ləngimələr yarada bilər.

Bu baxımdan, Elm və Təhsil Nazirliyinin yalnız texniki göstərişlərlə kifayətlənməməsi, müəllimlərə mütəmadi təlimlərin təşkili, məktəblərdə internetin keyfiyyətinin artırılması və texniki dəstəyin təmin olunması mühüm zərurətdir.

Dünya təcrübəsinə nəzər yetirdikdə görürük ki, bu addım yeni deyil. Məsələn, Estoniyada “eKool” sistemi vasitəsilə artıq illərdir kağız jurnallar tamamilə aradan qaldırılıb. Finlandiya və Sinqapur kimi ölkələrdə də məktəb idarəetməsinin bütün mərhələləri rəqəmsal platformalar üzərindən aparılır.

Bu ölkələrdə rəqəmsallaşma həm kağıza qənaət, həm də tədrisin keyfiyyətinə operativ nəzarət baxımından müsbət nəticələr verib. Azərbaycanın bu ölkələrin təcrübəsini nəzərə alaraq addım atması qlobal rəqəmsal təhsil sisteminə inteqrasiyanın göstəricisidir".Ekspert qeyd edib ki, elektron jurnalların uğuru hazırlıq və texniki dəstəyə bağlıdır:

"Əgər bu islahat düzgün icra olunarsa, gələcəkdə ölkə üzrə illik xərclərə qənaət olunacaq, ekoloji yük azalacaq, valideynlər tədris prosesində daha aktiv iştirak edəcək və ən əsası, təhsil idarəçiliyi müasir çağırışlara cavab verən rəqəmsal müstəviyə keçmiş olacaq. 

Ancaq əgər texniki problemlər vaxtında həll edilməzsə, müəllimlər adaptasiya prosesində dəstəklənməzsə və valideynlər prosesə cəlb olunmazsa, islahat yalnız formal xarakter daşıyacaq. Buna görə də vacib olan yalnız kağızdan imtina deyil, eyni zamanda məzmunun və idarəetmə mexanizmlərinin də rəqəmsal müstəviyə uyğunlaşdırılmasıdır.

Beləliklə, kağız jurnalların ləğvi sadəcə idarəetmə formasının dəyişdirilməsi deyil, həm də təhsil sisteminin dayanıqlı inkişafına yönəlmiş strateji bir addımdır. Bu qərar həm maliyyə baxımından qənaət, həm ekoloji baxımdan qorunma, həm də pedaqoji fəaliyyətin keyfiyyətinin artırılması üçün imkan yaradır. 

Lakin onun real təsiri yalnız genişmiqyaslı hazırlıq işlərinin aparılmasından və dünya təcrübəsinin düzgün tətbiq edilməsindən asılı olacaq".

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri