Elektron kitabxana istifadəyə verildi FOTO
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncə Dövlət Universitetində müasir standartlara cavab verən elektronlaşdırılmış kitabxana istifadəyə verilib.
Modern.az xəbər verir ki, artıq tələbələr və akademik heyət Gəncə Dövlət Universitetinin saytına (gdu.edu.az) daxil olduqdan sonra “Elektron kitabxana” linki (gdu.empro.az) vasitəsilə zəngin, müasir təlabata uyğun kitab fondu ilə tanış ola biləcəklər. Universitet kitabxanasının mövcud məlumat bazasında yer alan nəşrlər mərhələli şəkildə elektron kitabxana sisteminə daxil ediləcək.
Əsas məqsəd Gəncə Dövlət Universitetində kitabxana xidmətlərinin müasir informasiya texnologiyalarına uyğun təkmilləşdirilməsinin və daha operativ xidmət göstərilməsinin təmin edilməsidir.
Qeyd edək ki, GDU-da elektron kitabxananın istifadəyə verilməsi ilə bağlı Kitabxana və İnformasiya Mərkəzinin əməkdaşları üçün təlim keçirilib. Təlimdə məlumatların sistemə daxil edilməsi və elektron kataloqla işləmə qaydaları haqqında ətraflı məlumat verilib, elektron kitabxanaya üzvlük və istifadə qaydaları da izah olunub.
Baxış sayı:91
Bu xəbər 10 Fevral 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















