“Turan Tovuz” son dəqiqə qolu ilə qələbə qazandı
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasının XIII turunda “Turan Tovuz” və “Kəpəz” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüşün 72-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Hayderson Hurtado hesabı açıb. 84-cü dəqiqədə isə qonaqların üzvü Şakir Seyidov penaltidən fərqlənərək hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə Joarlem Santosun vurduğu qol Tovuz təmsilçisinə qələbə qazandırıb.
Bu nəticədən sonra Kurban Berdıyevin rəhbərlik etdiyi “Turan Tovuz” xallarını 27-yə çatdıraraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Azər Məmmədovun baş məşqçisi olduğu “Kəpəz” isə 18 xalla 6-cı yerdədir.
Qeyd edək ki, günün növbəti matçında saat 19:00-da “Sabah” “Araz-Naxçıvan”ı qəbul edəcək.
Baxış sayı:40
Bu xəbər 28 Noyabr 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















