Icma.az
close
up
RU
Elektron qəlyan qadağası sərtləşdirildi: küçədə tutub döyəcəklər

Elektron qəlyan qadağası sərtləşdirildi: küçədə tutub döyəcəklər

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sinqapur hakimiyyəti veyplərlə (elektron qəlyan) bağlı qanunvericiliyi kəskin sərtləşdirdiyini elan edib. Ölkədə fiziki (çubuqla döymək) və uzunmüddətli həbs cəzaları tətbiq olunacaq, cərimələr isə dəfələrlə artırılacaq.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək yeni qaydalar hökumət yeni daimi qanunvericiliyi hazırlayana qədər altı ay müddətinə təcili tədbir olaraq tətbiq ediləcək. Yeni qanun artıq 2026-cı ilin əvvəlində qəbul olunacaq.

Bu sərt tədbirlərin əsas səbəbi gənclər arasında sürətlə yayılan, tərkibində sedativ maddə etomidat olan qeyri-leqal veyplərin populyarlığıdır. Qara bazarda Kpods və ya “zombi-podlar” kimi tanınan bu cihazlar standart narkotik testlərində aşkarlanmayan vasitə kimi reklam olunur.

Son aylarda sosial şəbəkələrdə gənclərin belə veyplərdən istifadə etdikdən sonra qeyri-adekvat davranışlarını göstərən videolar yayılmağa başlayıb ki, bu da hakimiyyətin ciddi narahatlığına səbəb olub. İyul ayında müsadirə edilmiş 100 veypin təsadüfi nümunəsinin analizində onların üçdə birində etomidat aşkar edilib.

İndi isə 2025-ci il sentyabrın 1-dən etomidat və ona yaxın maddələr Sinqapurda C sinifli narkotiklər kimi rəsmi təsnif ediləcək. Etomidat tibbi anestezikdir və qanuni istifadəsi yalnız klinikalarda qısamüddətli narkoz üçün icazəlidir.

Yeni qaydalar aşağıdakı cəzaları müəyyən edir:

İstifadəçilər üçün

•    İstənilən veypi almaq, saxlamaq və ya istifadə etmək üçün cərimə dörd dəfə artırılaraq 500-dən 2000 Sinqapur dollarına (1500 ABŞ dolları) qaldırılıb.
•    İlk pozuntuya görə 700 Sinqapur dolları cərimə nəzərdə tutulub.
•    Etomidatlı veyplərin istifadəsi daha sərt cəza və məcburi dövlət reabilitasiyasına səbəb olacaq.

Adi veyplərin satıcıları üçün

•    2 ildən 10 ilə qədər həbs və 2–5 çubuq zərbəsi.

Etomidatlı veyplərin yayılması və idxalçıları üçün

•    20 ilə qədər həbs və 15 çubuq zərbəsi.
•    Çubuqla cəza (caning) Sinqapurda zorlamaya, qarətə və vandalizmə görə tətbiq olunan ağır fiziki cəzadır.

Əcnəbilər üçün qaydalar

•    Turistlər və qısamüddətli vizası olanlar təkrar pozuntuya görə ölkədən birdəfəlik çıxarılacaq.
•    Uzunmüddətli vizası və iş icazəsi olanlar isə üçüncü pozuntudan sonra deportasiya ediləcək və Sinqapura qayıtmaq ömürlük qadağan olunacaq.

Daha əvvəl Sinqapur hakimiyyəti veyplərlə mübarizə üzrə genişmiqyaslı kampaniya başlatmışdı. Çanqi beynəlxalq hava limanında maarifləndirici plakatlar və xüsusi utilizasiya qutuları quraşdırılıb ki, ölkəyə gələnlər veypləri cəriməsiz ata bilsinlər.

Quru və dəniz sərhədlərində yoxlamalar gücləndirilib, ictimai yerlərdə – nəqliyyatda və parklarda patrullar keçirilir, vətəndaşların çantaları yoxlanılır. Məktəblərdə isə maarifləndirmə proqramı tətbiq olunub.

Qeyd edək ki, ölkədə 2018-ci ildən tam veyp qadağası qüvvədədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Avqust 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri