Icma.az
close
up
RU
Elektron sənəd dövriyyəsində (ESD) kibertəhlükəsizlik faktoru Ekspert rəyi

Elektron sənəd dövriyyəsində (ESD) kibertəhlükəsizlik faktoru Ekspert rəyi

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

ESD sistemlərində həm vətəndaşların fərdi məlumatları, həm də qurumların daxili strateji sənədləri cəmləşdiyi üçün bu platformaların kibertəhlükəsizliyi milli və korporativ təhlükəsizliyin bir hissəsi kimi dəyərləndirilməlidir.

Təsadüfi deyil ki, ölkə rəhbərliyi tərəfindən bu məsələ ən yüksək səviyyədə diqqətdə saxlanılır. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Dövlət Komissiyasının yaradılması, eləcə də milli kiber-ekosistemin inkişafı istiqamətində atılan strateji addımlar rəqəmsallaşan sənəd dövriyyəsinin də etibarlı qalalarla əhatə olunmasını tələb edir.

Bu ali qərar dövlət və biznes strukturlarında kiber-müdafiə mexanizmlərinin, o cümlədən elektron sənəd dövriyyəsi sistemlərinin milli kibertəhlükəsizlik standartlarına tam uyğunlaşdırılmasını bir vəzifə olaraq qarşıya qoyur. ESD sistemlərində rəqəmsal qalanın möhkəmliyi bir neçə əsas kibertəhlükəsizlik prinsipindən asılıdır.

Müasir dövrdə dövlət və biznes strukturlarının fəaliyyətində rəqəmsal transformasiya sadəcə texnoloji yenilik deyil, idarəçiliyin effektivliyini təmin edən fundamental şərtdir. Bu transformasiyanın mərkəzində dayanan Elektron sənəd dövriyyəsi (ESD) sistemləri, xüsusilə vətəndaş müraciətlərinin idarə edilməsində şəffaflıq, sürət və resurslara qənaət baxımından inqilabi dəyişikliklərə yol açıb. Əvvəllər uzun çəkən müraciətlərin qeydiyyatı, icraçılara çatdırılması və cavablandırılması prosesləri indi ESD vasitəsilə saniyələr daxilində idarə olunur, insan faktoru minimuma enir, eyni zamanda icra müddətlərinə nəzarət tam avtomatlaşdırılır.

Lakin bu rəqəmsal rahatlıq və kağızsız mühit özü ilə böyük bir məsuliyyət – məlumatların təhlükəsizliyi məsələsini gətirir. Təhlükəsizliyi tam təmin olunmamış hər bir innovasiya rəqəmsal tərəqqi deyil, potensial krizis mənbəyidir.

ESD sistemlərində həm vətəndaşların fərdi məlumatları (FİN, ünvan, əlaqə vasitələri), həm də qurumların daxili strateji sənədləri cəmləşdiyi üçün bu platformaların kibertəhlükəsizliyi milli və korporativ təhlükəsizliyin bir hissəsi kimi dəyərləndirilməlidir.

ESD sistemlərində rəqəmsal qalanın möhkəmliyi bir neçə əsas kibertəhlükəsizlik prinsipindən asılıdır:

Rol əsaslı giriş hüquqları: Sistem daxilində "hamı hər sənədi görə bilər” yanaşması ən böyük daxili boşluqdur. Hər bir əməkdaşın sənədlərə çıxış limitləri ciddi şəkildə müəyyən edilməlidir.

Məlumatların şifrlənməsi: Sənədlər həm sistemdə saxlanılarkən, həm də şəbəkə üzərindən ötürülərkən şifrlənməlidir ki, kənar müdaxilə zamanı ələ keçirilsə belə oxunması qeyri-mümkün olsun.

Elektron imza: Sənədlərin hüquqi qüvvəsinin qorunması və üzərində sonradan dəyişiklik edilməsinin qarşısının alınması üçün gücləndirilmiş elektron imza mütləq alətdir.

Audit izləri: Sistemdə hər bir sənəd üzərində kimin, nə vaxt və hansı əməliyyatı etdiyi saniyəsinə qədər qeydiyyata alınmalıdır.

Nəzərə almaq lazımdır ki, kibertəhdidlər təkcə sistem boşluqlarından deyil, həm də sosial mühəndislik alətlərindən istifadə edir. Bəzən vətəndaş müraciəti adı altında sistemə daxil edilən və ya elektron poçtla göndərilən "şikayət faylı” əslində zərərli proqram (virus) ola bilər. Bu səbəbdən kibertəhlükəsizlik zəncirinin ən vacib halqası insandır – yəni kargüzarlıq mütəxəssisləridir.

Proqram təminatı nə qədər mükəmməl olsa da, kargüzarın kiber-savadlılığı, informasiya gigiyenasına riayət etməsi və şübhəli proseslərə qarşı diqqəti həlledici rol oynayır. Bu baxımdan, kargüzarlıq mütəxəssisləri üçün mütəmadi kiber-gigiyena təlimlərinin keçirilməsi, bulud texnologiyalarından və avtomatik gündəlik ehtiyat nüsxələmədən istifadə innovativ idarəçiliyin ayrılmaz tərkib hissəsi olmalıdır.

Yekun olaraq vurğulamaq istəyirəm ki, elektron sənəd dövriyyəsində kibertəhlükəsizlik sonradan düşünülən bir detal deyil, sistemin təməl daşı olmalıdır.

Çünki rəqəmsal mühitdə itirilən və ya sızdırılan bir sənəd sadəcə kağız parçası deyil; o, qurumun nüfuzu və vətəndaşın dövlətə, eləcə də rəqəmsal təsisatlara olan inamıdır. Hədəfimiz sadəcə elektronlaşmaq deyil, maksimum təhlükəsiz və etibarlı rəqəmsal kargüzarlıq mühiti yaratmaq olmalıdır.

Şəmsi Gülverdiyev

Sənəd dövriyyəsinin təşkili üzrə ekspert

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 İyun 2026 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri