Icma.az
close
up
RU
Elektron tullantıların idarəolunma mexanizmi və xarici təcrübə Ekspert rəyi

Elektron tullantıların idarəolunma mexanizmi və xarici təcrübə Ekspert rəyi

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 13 noyabr, AZƏRTAC

BMT-nin Təbiəti Mühafizə Komissiyasının “Bizim ümumi gələcəyimiz” adlı konseptual sənədinin tərkib hissəsi olan “Dayanıqlı İnkişaf Konsepsiyası”nda qeyd edilir ki, bəşəriyyətin gələcək inkişafı hazırda üzləşdiyimiz qlobal problemlərin bilavasitə həllindən asılı olacaq. Bu proqram sənədində tullantılar problemi də ekosistem üçün yaratdığı potensial təhlükəyə görə qlobal problemlər sırasına daxil edilib. Həmin tullantıların bir növü də elektron tullantılardır. Elektron tullantılarla bağlı münasibətlər onların üçlü xüsusiyyətləri ilə bağlıdır. Belə ki, onlar ekoloji mühiti pisləşdirməklə əhalinin sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Bu o halda baş verir ki, tullantı halına keçmiş elektrotexniki və elektron avadanlıqları lazımi qaydada təkrar emal edilmir. Yəni ya poliqonlara və ya zibilliklərə atılıb, açıq səma altında qalır, ya yandırılır, ya da torpağa basdırılır. Hər üç halda təbii təsirlər - atmosfer havası, günəş şüaları, yağıntı, külək və s. nəticəsində fiziki aşınır və bir sıra ziyanlı qazlar və birləşmələr yaranır. Elektron tullantılar qapalı təsərrüfat dövriyyəsi konsepsiyasına müvafiq təkrar istifadə məqsədləri üçün bərpaolunmayan təbii sərvətləri əvəz edən ən mühüm alternativ xammal, material mənbəyidir. Onlar, həmçinin yandırılmaqla alınan əlavə enerji mənbəyi də hesab olunur. Elektron tullantıların lazımi qaydada təkrar emalı onların idarəetmə sisteminin yaradılması yolu ilə, yəni onların yığılması, toplanması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, təkrar istifadəsi, ilkin və təkrar emalı, utilizasiyası - yandırılması, basdırılması, ləğv edilməsi və s., həmin əməliyyatlara nəzarət və atıldığı yerlərin zərərsizləşdirilməsi üzrə fəaliyyət prosesləri ilə həyata keçirilir.

Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev deyib.

O bildirib ki, elektrotexniki və elektron avadanlıqları bazarının daim genişlənməsi, bu sahədə innovativ fəaliyyətin yüksək vüsət alması, bu sinif avadanlıqların daha sürətlə yenilənmə xüsusiyyəti onların tullantılarının həcminin ilbəil həndəsi artımına səbəb olub: “Elektron tullantılar problemi ilə məşğul olan bir sıra beynəlxalq təşkilatların verdiyi məlumatlara görə, keçən il dünya üzrə yaranan elektron tullantıların ümumi həcmi 70 milyon ton civarında olub. Bir sıra beynəlxalq təşkilatların, məsələn, BMT Universitetinin Elektron tullantı problemlərinin həlli bölməsinin, Bərk Tullantılar üzrə Beynəlxalq Assosiasiyanın araşdırmalarına əsasən, hazırlanmış “Elektron tullantıların qlobal monitorinqi, 2024. Həcm, axınlar, və dövri iqtisadiyyatın potensialı” 2024-cü ilə aid hesabatında göstərilir ki, respublikamızda hesabat ili ərzində adambaşına 8 kiloqram, cəmi isə 80 min ton elektron tullantı yaranıb. Dünya Bankının keçən il üçün qiymətləndirməsinə görə, dünyada gün ərzində adambaşına əmələ gələn tullantıların miqdarı ölkələr üzrə geniş intervalda (0,11-4,5 kiloqram) dəyişir və orta hesabla cəmi ildə təxminən 2 trilyon ton civarındadır. Elektron tullantılar ümumi tullantıların orta hesabla 4 faizini təşkil edir. Bu hesabla respublikamızda ildə 90 min ton elektron tullantının yarandığı məlum olur”.

Elektron tullantıların idarəçiliyi üzrə xarici ölkələrin təcrübəsi haqqında danışan şöbə müdiri diqqətə çatdırıb ki, inkişaf etmiş, o cümlədən Avropa İttifaqına (Aİ) daxil olan ölkələrdə elektron tullantıların idarəçiliyi məqsədilə xeyli sayda normativ aktlardan ibarət ayrıca qanunvericilik bazası yaradılıb. Həmin sənədlərdən bir neçəsi, xüsusilə çərçivə direktivləri beynəlxalq standartlar kimi qəbul edilib, elektron tullantıların yaranma yerindən selektiv yığım, yəni digər növ tullantılardan ayrıca yığım mərhələsindən tutmuş tam həyat dövrünü əhatə edən mükəmməl infrastruktur formalaşdırılır. Elektron tullantı ilə bağlı idarəçiliyin məsuliyyətini isə “çirkləndirici ödəyir” prinsipinə görə mal, məhsul istehsalçısı daşıyır. “Qərbdə elektron tullantıların idarəçiliyi üzrə iki nümunə barədə məlumat vermək istəyirəm. Belə ki, “Apple”, “Hewlet Packard”, “IBM” kimi şirkətlər məhsullarının satıldığı ölkələrin 95 faizində (Azərbaycan bu siyahıda yoxdur) öz məhsullarının tullantılarının tam həyat tsiklini yerinə yetirir. Amerika Birləşmiş Ştatlarında “Ekoloji tərzdə yaşamaq” devizi üzrə həmin ölkədə elektron tullantıların 54 faizi təkrar emal edilməklə ildə 82 milyon ton yeni xammal, material əldə edilir. Təkrar emal sənayesi həmin fəaliyyətdən ildə 250 milyardan çox gəlir əldə edir, 1 milyondan çox insan işlə təmin olunur”, - deyə o bildirib.

Bikəs Ağayev vurğulayıb ki, Azərbaycanda elektron tullantıların idarəolunması, əsasən, “İstehsalat və məişət tullantıları haqqında”, qismən də “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunlarla tənzimlənir. Hazırda MDB ölkələrində, o cümlədən də Azərbaycanda elektron tullantıların tam həyat tsiklini əhatə edən idarəetmə sisteminin yaradılmasına ehtiyac duyulur. “Düşünürük ki, respublikamızda hələ rüşeym halında olan elektron tullantıların idarəçiliyi sisteminin yaradılması və təkmilləşdirilməsi məqsədilə Aİ modelinin implementasiyası daha məqsədəuyğundur. Ümidvarıq ki, yaxın gələcəkdə müvafiq təşkilatların və ictimaiyyətin qarşılıqlı səyləri nəticəsində respublikamızda elektron tullantılarla bağlı məsələnin həlli istiqamətində lazımi addımlar atılacaq və yüksək göstəricilər əldə ediləcək”, - deyə şöbə müdiri bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri