Icma.az
close
up
RU
Ələt Azad İqtisadi Zonası: Saytın anadilli versiyası niyə yoxdur?

Ələt Azad İqtisadi Zonası: Saytın anadilli versiyası niyə yoxdur?

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının yeganə azad iqtisadi zonası olan Ələt Azad İqtisadi Zonası (ƏAİZ), ölkəmizin beynəlxalq iqtisadi arenada mövqeyini gücləndirmək üçün yaradılıb. Zonanın fəaliyyəti haqqında məlumat verən rəsmi internet saytı isə beynəlxalq investorlara xitab edir və yalnız ingilis dilində fəaliyyət göstərir.

Lakin bu vəziyyət, zonanın yerli biznes icması ilə əlaqələrini zəiflədir. Azərbaycan qanunvericiliyinin yerli sahibkarlara verdiyi üstünlüklər fonunda saytın Azərbaycan dili versiyasının olmaması, bir çox yerli sahibkar üçün zonanın imkanlarından xəbərdar olmağı mümkünsüz edir. Bu, sadə bir texniki məsələ deyil, iqtisadi əhatə dairəsini daraldan ciddi bir problemdir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı-alim Eldəniz Əmirovun sözlərinə görə, o bu məsələni zonanın nümayəndələrinə bildirib, qeyd edib ki, bu proses çox vacib bir çatışmazlıqdır:

"Saytın anadilli versiyasının olması investisiya mühitinə müsbət təsir edər, zonanın öz imicini gücləndirər, dövlət dilinə hörmətin göstəricisi olar və ən əsası, yerli sahibkarlar üçün məlumatı daha əlçatan edər. Hər kəsin ingilis dilini bilməsi kimi bir öhdəliyi yoxdur. Üstəlik, qanunvericiliyə görə, yerli sahibkarlar və KOB-lar da bu zonadan yararlana bilər. Rezidentlərə xidmət və təchizat göstərə, müqavilə bağlayaraq xammal, avadanlıq, maliyyə və digər xidmətlər təqdim edə bilirlər. Hətta bunun üçün üstünlüklər də mövcuddur. Yəni bu zona təkcə xarici investorlar üçün deyil, Azərbaycan sahibkarları üçün də imkanlar açır".

Onun sözlərinə görə, sayt kifayət qədər funksional hazırlanıb, amma dil seçimi çatışmazlığının aradan qaldırılması çox vacibdir:

"Elə bu səbəbə görə hətta Asiyadan tutmuş Avropaya qədər hansı ölkələrin azad iqtisadi zonasının saytına daxil olsaq, öz doğma dillərində versiyasını görə bilərik. Ümid edirəm ki, yaxın vaxtlarda ƏAİZ saytını da Azərbaycan dilində də görəcəyik".

Məsələ ilə bağlı Ələt Azad İqtisadi Zonasının rəsmi mövqeyini işıqlandırmağa hazırıq.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Sentyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see203

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see152

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see137

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see125

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri