Icma.az
close
up
RU
Ələtdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcək FOTOLAR

Ələtdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcək FOTOLAR

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti ictimai dinləmə keçirilib. Dövlət qurumları əməkdaşlarının, ekoloqlar, QHT və KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərə uyğun olaraq tikilən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası, Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisi və Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi layihələrinin ekoloji qiymətləndirilməsi həyata keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib ki, bu gün ictimai dinləmədə Bakı şəhəri və ətraf ərazilərdə, həmçinin Ələt Azad İqtisadi Zonasında nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər planından irəli gələn layihələrin reallaşdırılması həyati əhəmiyyət kəsb edir: "Bakı şəhəri və Abşeron yarımadasında tıxacların qarşısının alınması insanların rahat hərəkət etməsi üçün nəzərdə tutulan tədbirlərdən ən vacibi yol infrastrukturunun bütün normalara cavab verməsi, mövcud yolların genişləndirilməsi, yeni yolların salınması, eyni zamanda, alternativ üsulların tətbiqidir. Amma əsas məqsədimiz ondan ibarətdir ki, bu layihələrin icrası zamanı ətraf mühit normalarına maksimum diqqət yetirilsin. Ətraf mühitə dəyən ziyanın aradan qaldırılması və ya ziyanın minimum həddə çatdırılması üçün alternativ variantlar seçilsin. Həmçinin yolun çəkilişi zamanı mövcud olan torpaq qatının, ağacların və digər ətraf mühit komponentlərinin kompensasiyası layihədə öz əksini tapsın. Əgər bu gün 5-10 ağac layihə altına düşürsə, onlar yeri mərkəzi aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilmiş əraziyə əkilsin. Həmin ağaclara aqrotexniki xidmət göstərilsin, onların tələf olmasının qarşısı alınsın”, - deyə M.Qənbərov bildirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aparıcı mühəndisi Mehman Həsənov bildirib ki, Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası layihəsinin əsas məqsədi Bilgəh, Nardaran istiqamətindən Pirşağı, Kürdəxanı, Fatmayı, Mehdiabad, Novxanı, Saray qəsəbələrini əhatə etməklə mövcud sıxlığı aradan qaldırmaq, yol infrastrukturunu təkmilləşdirmək və hərəkət təhlükəsizliyini artırmaqdır. Layihənin icrası zamanı ətraf mühitin qorunması üzrə bütün komponentlərə töhfəmiz olacaq.

Dinləmədə, həmçinin Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi məsələsi də müzakirə edilib. ADSEA-nın Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun sədr müavini Məmməd Əsədov məlumat verib ki, ərazidə tikilən karqo hava limanının tikintisi ilə əlaqədar çayın məcarasının sözügedən zonadan kənarlaşdırılması nəzərdə tutulur: "Çayın məcrası 14 km uzunluqda dəyişdiriləcək. Çay bolsulu olmasa da, yayda qurusa da, iqlim dəyişikliyi ilə bağlı ərazidə hər hansı sel-daşqın hadisələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər nəzərdə tutulub".

Tədbirdə Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisinin də əhəmiyyətindən söz açılıb. Vurğulanıb ki, bu qovşaq Şimal–Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Ələt–Astara marşrutu üzrə də xüsusi iqtisadi rol oynayır. Yeni qovşağın tikintisi ilə turizm, kənd təsərrüfatı və ümumilikdə ticarət canlanacaq, çünki liman və sərhəd bölgələrə çıxış daha əlçatan olacaq. Belə ki, bu qovşaq nəinki yol hərəkətini daha təhlükəsiz və effektiv edəcək, eyni zamanda Ələt–Astara yoluna qoşulan logistika dəhlizlərinin funksionallığını artıracaq, iqtisadi təsirləri gücləndirəcək, bütün istiqamətlərə çıxış imkanlarını yüksəldəcək.
Layihələrin ətraf mühitə təsirləri qiymətləndiriləcək, o cümlədən layihə altına düşən yaşıllıqların bir hissəsi köçürüləcək, köçürülməsi mümkün olmayanların isə bərpa dəyəri ödəniləcək.
Müzakirələr eskpertlərin təklifləri və jurnalistlərin sualları ilə davam etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Avqust 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see192

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see181

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see132

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri