Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Elgün İbrahimov Hadisəsi

Elgün İbrahimov Hadisəsi

Icma.az, Sia Az saytına istinadən bildirir.

“Ciyəri parçalanmış, gözü çıxarılmış, ölümünə döyülmüş…” - bu cümlələr bir romanın qorxu səhnəsindən yox, 11-ci sinif şagirdi Elgün İbrahimovun çəkdiyi ağrının şəkilsiz təsviridir. Bir zamanlar məktəb yolunda addımlayan bu yeniyetmə indi cəmiyyətin üz qarası olan bir zorakılıq hadisəsinin mərkəzinə çevrilib. İndi bütün sosial media, hər bir evin içi, məktəblərin dəhlizləri eyni sualı fısıldayır: “Bu uşaqları bu qədər qəddar edən nədir?”

Uşaq təkcə ana bətnində doğulmur, mühit içində də doğulur, böyüyür, formalaşır. Amma bu mühitdə sevgi yoxdursa, ünsiyyət yoxdursa, uşaq orada sağ qalır, amma böyümür. Valideyn “paltarını geyindin?”, “dərsini oxudun?”, “qiymətlərin neçə oldu?” deyə soruşur, amma “sən bu gün özünü necə hiss etdin?” deyə soruşmur. Bu da uşaqda susmağa, duyğularını basdırmağa və nəticədə içindəki təzyiqin aqressiya şəklində yığılmasına səbəb olur. Freud demişdi: “Bastırılan duyğular bir gün qayıdar. Ya xəstəlik, ya da zorakılıq kimi.”

Məktəb tərbiyə yeridir deyirlər. Amma bu tərbiyə çox vaxt dərs proqramları ilə kifayətlənməməlidir. Müəllimlər uşaqda hansı yarımçıq duyğuların olduğunu görməli, şagirdlərin psixoloji ehtiyacları diqqətdən kənarda qalmamalıdır. Onu döyən uşaqlar bəlkə də bir vaxtlar özləri döyülmüşdü – ya evdə, ya məktəbdə, ya da həyatın özündə. Uşaqlar sevgini görmədiyi yerdə gücü təqlid edir. Əgər güc zorakı şəkildə nümunə kimi təqdim olunursa, uşaq sevgi ilə deyil, qorxu ilə mövqe qazanmağa çalışır.

Zorakılıq indi sadəcə hadisə deyil, kontentdir. Sosial media ekranında “challenge” adı ilə çəkilən döyüş videoları, təhqir dolu “reels”lər, agresiyanı güc sayan “fenomenlər” - bunlar hamısı gənclərin beynində yeni bir normal yaradır: “Döy, paylaş, məşhur ol.” Albert Bandura-nın sosial öyrənmə nəzəriyyəsinə görə insanlar davranışı başqalarını müşahidə edərək öyrənir. Yəni, sosial mediada zorakılıq trenddirsə, bu, davranışa çevrilir. Aqressiya artıq qadağan olunmuş bir şey deyil tamaşa vasitəsidir.

Biz tərbiyəni hələ də “yaxşı oxu, pis söz demə, böyüyə hörmət et” kimi formullar üzərindən veririk. Amma tərbiyə emosional təhlükəsizlik, dinlənmək, duyğulara dəyər verilmək üzərində qurulmalıdır. Əgər uşaq evdə hər dəfə susdurulursa, hissləri bastırılırsa, zamanla o uşaq ya tamam qapanır, ya da içindəki duyğuları zorla çölə çıxarır. Psixoloq Bowlby-nin bağlanma nəzəriyyəsinə görə, uşağın erkən yaşda valideynlə qurduğu münasibət onun sonrakı bütün münasibətlərinə təsir edir. Etibarsız bağlanma yaşayan uşaq sonradan özünü qorumaq üçün ya döyür, ya da döyülür.

Günah kimdədir? Valideyn, cəmiyyət, yoxsa biz hamımızda?
Bu sualın tək bir cavabı yoxdur. Valideyn öz övladına yetə bilmirsə, cəmiyyət uşaq psixologiyasını tanımırsa, məktəb ruhları deyil, sadəcə bədənləri qiymətləndirirsə, o zaman günah da bölüşdürülməlidir. Uşaq doğularkən içində mərhəmət daşıyır. Onu canavara çevirən mühitdir. Elgün İbrahimov adı bu gün bir hadisədir, sabah bəlkə də unutulacaq. Amma onu döyən, gözü çıxaran, canına qıyan düşüncə hər gün yenidən doğulur. Əgər bu düşüncə dəyişməzsə, biz hər dəfə fərqli adlar altında eyni ağrını yenidən yaşayacağıq.

Bu gəncləri bu qədər qəzəbli edən genetik yox, sosial travmadır. Və bu travma o qədər dərindir ki, bir yumruqla yox, bir ölümlə yox, bütün bir nəsillə danışır. Əgər biz bu səssiz üsyanı eşitməsək, bu uşaqlar bizə bir gün qışqıra-qışqıra cavab verəcək. Artıq vaxtdır… Gözümüzü açaq. Ağrının yaşa baxmadığını anlayıb, aqressiyanın kökünü eşitməyə, anlamağa və sağaltmağa başlayaq.

Nigar Şahverdiyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:470
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 May 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see429

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see260

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see206

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see204

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see203

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see193

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see193

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see192

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see190

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri