Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət etdi
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın Baş naziri Əli Əsədov Özbəkistana işgüzar səfəri çərçivəsində Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət edib.
Gununsesi.info xəbər verir ki, hökumət başçısına sözügedən kompleksin fəaliyyəti, burada sərgilənən ekspozisiyalar, elmi-maarifləndirici layihələr və İslam dünyasının mənəvi irsinin qorunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Qeyd edilib ki, İslam Sivilizasiyası Mərkəzi Özbəkistanın iri mədəni-elmi komplekslərindən biridir. Burada Mərkəzi Asiya ölkələrinin elm, təhsil, mədəniyyət və İslam sivilizasiyasının inkişafına verdiyi töhfəni əks etdirən materiallar təqdim olunur.
Əli Əsədov regionun görkəmli mütəfəkkirlərinə, alimlərinə və ilahiyyatçılarına həsr olunmuş ekspozisiya, eləcə də mərkəzdə tətbiq edilən müasir rəqəmsal həllərlə tanış olub.
Xatırladaq ki, Azərbaycanın Baş naziri 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistanın paytaxtında səfərdədir./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 16 İyun 2026 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















