XİN başçıları Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət ediblər
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Mərkəzi Asiya ölkələri və Azərbaycanın xarici işlər nazirləri Özbəkistanın paytaxtı Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov "X" sosial şəbəkəsində yazıb.
O vurğulayıb ki, Mərkəz regionun ən mühüm mədəni və təhsil layihələrindən biridir.
"Bu möhtəşəm mərkəz xalqlarımızın əsrlər boyu bütün İslam dünyasında elm, fəlsəfə, incəsənət və ilahiyyatın inkişafına verdiyi töhfələri özündə cəmləşdirən misilsiz intellektual irsi təcəssüm etdirir. Bizim səfərimiz bir daha xatırlatdı ki, biz yalnız ortaq tarix deyil, həm də ortaq gələcəyi bölüşürük. Mədəni əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və ümumi sivilizasiya irsimizin təbliği regional əməkdaşlığın əsas dayaqları olaraq qalır", – B. Saidov qeyd edib.
Qeyd edək ki, bu gün Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məsləhətçi görüşü keçirilib. Görüşdə Azərbaycanın formatın tamhüquqlu iştirakçısı olması barədə qərar qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 16 Noyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















