Icma.az
close
up
RU
Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Daşkənd, 23 avqust, AZƏRTAC

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, bu mərkəz Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qərarı ilə təsis edilib. On hektardan çox ərazini əhatə edən mərkəz Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda inşa olunub. Burada 65 metr hündürlüyündə günbəz də var. Mərkəzdə bir neçə şöbə, o cümlədən nadir əlyazmaların milli reyestrinin aparılması şöbəsi, əlyazmalar fondu, kitabxana və arxivlər var. Burada müxtəlif tarixi dövrlərə aid əşyalar, həmçinin əsərlər təqdim olunur. Əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir. Mərkəzin binasında 100 min əlyazma və 1 milyondan çox kitabın olduğu kitabxana yerləşir. Buradakı muzey ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran” adlı zallardan ibarətdir.

Ekspozisiyanın mərkəzində yerləşən “Müqəddəs Quran” zalında müsəlman dünyasının mənəvi incisi – “Osman Quranı” saxlanılır. Zalda müxtəlif dövrlərdə yazılmış “Quran”ın əlyazma nüsxələri və özbək dilinə tərcümələri təqdim olunur.

Yüzlərlə alim, ekspert, dini və ictimai xadim layihənin reallaşmasında iştirak edib. Bu Mərkəz UNESCO və ICESCO da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Avqust 2026 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see328

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see307

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see288

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see282

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see253

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see249

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see238

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see232

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see201

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see197

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see196

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see192

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see190

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see188

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see187

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see178

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see175

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri