Icma.az
close
up
RU
Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sentyabrın 29-da Belarus Respublikasının paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

Məhdud tərkibdə iclasda çıxış edən Baş nazir MDB çərçivəsində müxtəlif səviyyələrdə əməkdaşlığın vacibliyini vurğulayıb.

Azərbaycan hökumətinin başçısı humanitar əlaqələrin, o cümlədən səhiyyə sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O əlavə edib ki, iclasda 2026-cı ildə “Sağlamlığın qorunması İli”nə hazırlıq və onun keçirilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, bu kontekstdə tibb işçilərinin ixtisasının artırılması və səhiyyə sisteminə innovativ texnologiyaların tətbiqi prioritet məsələlərdəndir.

Ə.Əsədov sağlam və dayanıqlı cəmiyyətin yaradılmasında idmanın rolunu xüsusi vurğulayıb. O deyib: “Təsadüfi deyil ki, MDB çərçivəsində müxtəlif idman tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət daşıyır, əməkdaşlığın mühüm sahəsi kimi çıxış edir”.

Baş nazir bununla bağlı sentyabrın 28-də Azərbaycanın Gəncə şəhərində III MDB Oyunlarının açılmasını diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Ümumilikdə 23 idman növü üzrə 1600-dən çox idmançının mübarizə aparacağı belə böyük idman tədbirinin ilk dəfə olaraq ölkənin regionlarında (7 şəhərdə – Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Yevlaxda) keçirildiyini vurğulayan Ə.Əsədov III MDB Oyunlarının dostluğu, idman ruhunu gücləndirəcəyinə, həmçinin idman sənayesini və mədəniyyətini inkişaf etdirəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın MDB-yə üzv dövlətlərlə iqtisadi-ticari əlaqələrinin inkişafına toxunan Ə.Əsədov cari ilin 8 ayında qarşılıqlı ticarət həcminin 21 faizdən çox artdığını bildirib.

Baş nazir beynəlxalq ticarət əlaqələrinin gücləndirilməsində müasir nəqliyyat və logistika infrastrukturunun əsas rolunu qeyd edib. “Azərbaycan Avrasiyanın aparıcı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və hazırda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində sistemli iş aparılır”, – deyə o vurğulayıb.

Ə.Əsədov onu da əlavə edib ki, regionda yaranmış yeni reallıqları nəzərə alaraq Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi üzərində aktiv işlərə başlanılır.

“Yaşıl gündəliy”ə toxunan hökumət başçısı bildirib ki, iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışlar fonunda Azərbaycan “yaşıl enerji” texnologiyalarına, o cümlədən külək və hidroenergetika sahələrinə fəal sərmayələr yatırır.

Baş nazir bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdiyini, xüsusilə Mərkəzi Asiya dövlətləri ilə bərpaolunan enerji mənbələri layihələrinin həyata keçirilməsi üzrə sazişlərin imzalandığını vurğulayıb.

Çıxışının sonunda Baş nazir MDB-nin bütün üzv dövlətləri ilə konstruktiv və qarşılıqlı hörmət əsasında dialoqun davam etdirilməsinin vacibliyinə diqqət çəkib.

Daha sonra hökumət başçıları geniş tərkibdə görüşü davam etdirib, onun yekunlarına dair bir sıra sənədlər imzalanıb.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri