Icma.az
close
up
RU
Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında

Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

İyunun 5-də Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclası keçirilib.

Nazirlər Kabinetindən bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

Tədbirdə çıxış edən Əli Əsədov gündəlikdəki iqtisadi, hüquqi və humanitar sahələrə aid məsələlərlə yanaşı, MDB-nin fəaliyyəti ilə bağlı büdcə və kadr məsələlərinə də diqqət çəkib. Humanitar əməkdaşlığı MDB çərçivəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri kimi qiymətləndirən Baş nazir, könüllülük hərəkatının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. “Məlum olduğu kimi, ötən ilin dekabrında Bakıda MDB-yə üzv dövlətlərin Könüllülük Hərəkatları Forumu uğurla təşkil olunub. Forumda MDB ölkələrindən gənclər fəal iştirak edib, çoxsaylı panel sessiyaları və dəyirmi masalar keçirilib” – deyə Ə.Əsədov əlavə edib.

İclas iştirakçılarının diqqəti, həmçinin 2025-ci ildə MDB çərçivəsində keçiriləcək mühüm mədəni və idman tədbirlərinə yönəldilib. Qeyd olunub ki, cari il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın Gəncə və digər şəhərlərində III MDB Oyunları keçiriləcək. Bu Oyunlar 23 idman növünü əhatə edəcək. “Artıq Oyunların rəsmi internet saytı istifadəyə verilib və orada tədbirin hazırlıq prosesi, yarışların cədvəli və idman məkanları ilə bağlı məlumatlarla tanış olmaq mümkündür”, – deyə Baş nazir bildirib.

Ə.Əsədov, həmçinin Laçın şəhərinin “2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiqləndiyini qeyd edib. Həmin plana əsasən, konfransların, konsertlərin, sərgilərin, teatr və kino festivallarının keçirilməsi, həmçinin müsabiqələrin və media turların təşkili nəzərdə tutulur.

Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə həyata keçirilən tədbirlərdən danışan Baş nazir vurğulayıb ki, Azərbaycan xalqı bu Qələbəyə həm cəbhədə, həm də arxa cəbhədə əhəmiyyətli töhfə verib.

Ə.Əsədov, eyni zamanda, Azərbaycanın MDB-yə üzv dövlətlərlə iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verdiyini xatırladaraq deyib: “Bu baxımdan Azərbaycan ilə MDB ölkələri arasında ticarət dövriyyəsinin müsbət dinamikasının qorunub saxlanılması sevindirici haldır. Belə ki, 2024-cü ildə ticarət dövriyyəsi 7 faiz artıb. Cari ilin ilk 4 ayının yekunlarına əsasən isə 43 faiz artım müşahidə olunur”.

İclas iştirakçılarını Azərbaycanın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atdığı addımlar barədə məlumatlandıran Baş nazir qeyd edib ki, xüsusilə gömrük və tranzit əməliyyatlarının rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirilir. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biri kimi “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin inkişafında əhəmiyyətli rol oynayır.

Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində uğurla həyata keçirilən irimiqyaslı layihələr barədə danışan Ə.Əsədov vurğulayıb ki, Günəş və külək elektrik stansiyalarına dair imzalanmış müqavilələr 2030-cu ilə qədər ölkəyə əlavə 6 giqavat enerji təmin edəcək. “Eyni zamanda, Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ bölgələrində müxtəlif gücə malik su elektrik stansiyalarının tikintisi və istismara verilməsi hesabına hidroenerji potensialı daxili investisiyalar hesabına artırılır. Görülən işlər nəticəsində növbəti beş il ərzində bərpaolunan enerji mənbələrindən enerji istehsalı potensialının ikiqat artırılması planlaşdırılır,” – deyə Baş nazir əlavə edib.

Sonda Baş nazir Əli Əsədov MDB çərçivəsində hökumətlərarası səviyyədə sıx əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu ifadə edib. O, bunun üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini vurğulayıb.

İclasın yekununda MDB-yə üzv dövlətlərin hökumət başçıları tərəfindən bir sıra sənədlər imzalanıb.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyun 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri