Icma.az
close
up
RU
Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında

Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İclasda çıxış edən Azərbaycanın Baş naziri Rusiyanı cari ildə MDB-də uğurlu sədrliyi münasibətilə təbrik edib, həmçinin 2025-ci ildə quruma sədrlikdə Tacikistana uğurlar arzulayıb. Ə.Əsədov əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən iqtisadiyyat, nəqliyyat və humanitar sahələr, maliyyə və büdcə mövzuları üzrə 20-yə yaxın bəndin daxil olduğu iclasın gündəliyində duran məsələlərin əhəmiyyətinə diqqət çəkib.
Xüsusilə iclasın yekunu üzrə təsdiq olunacaq 2025-2026-cı illər üçün Humanitar əməkdaşlıq sahəsində Prioritet Tədbirlər Planının əhəmiyyəti qeyd edilib. Vurğulanıb ki, 2025-ci ildə MDB çərçivəsində mühüm mədəniyyət və idman tədbirlərinin keçirilməsi planlaşdırılır və bunlara Azərbaycanda fəal hazırlıq gedir.
“Biz “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramı çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Məlum olduğu kimi, Dövlət Başçıları Şurasının bu il oktyabrın 8-də qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasının Laçın şəhəri 2025-ci ildə Birliyin mədəniyyət paytaxtı elan edilib”, - deyə Ə.Əsədov bildirib.
Qeyd olunub ki, işğaldan azad edilmiş Laçın şəhəri bu gün sürətlə bərpa olunur. “Möhtəşəm təbiətə və çoxəsrlik tarixə malik şəhərdə həyatın bərpasına və iqtisadi rifaha yönəlmiş irimiqyaslı infrastruktur, sosial layihələr sürətlə həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq iki mindən çox insan Laçın şəhərinə qayıdıb, gələn il isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır”, - deyə Baş nazir əlavə edib.
Ə.Əsədov Birliyin idman paytaxtı elan edilmiş Gəncə şəhərində gələn il keçiriləcək III MDB Oyunları barədə məlumat verib.
İclas iştirakçılarının diqqəti, eyni zamanda, bu il Azərbaycanın siyasi həyatında baş verən mühüm hadisələrə yönəldilib.
“Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkənin ərazi bütövlüyünün bərpa edilməsindən sonra prezident və parlament seçkiləri onun bütün ərazisində keçirilib, bu isə tarixi hadisəyə çevrilib və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarında təşkil olunmuş seçki məntəqələrində səs vermələrinə imkan yaradıb”, - deyə Əli Əsədov bildirib.
Baş nazir bu yaxınlarda Bakıda başa çatmış COP29 iqlim konfransının nəticələrinə də toxunub. Diqqətə çatdırılıb ki, Konfransın yekunları üzrə mühüm qərarlar, o cümlədən inkişaf etməkdə olan ölkələrə iqlim maliyyələşməsinin təqdim edilməsi, eləcə də İtki və Zərər Fondunun tətbiqi ilə bağlı qərarlar qəbul olunub.
Vurğulanıb ki, Azərbaycanın sədrliyi bir daha güclü siyasi iradənin və peşəkarlığın mövcudluğunu nümayiş etdirib, bu da Azərbaycana qarşı genişmiqyaslı, əsassız kampaniyaya, hətta dünya ictimaiyyətinə belə mühüm hadisəni boykot etməyə çağırışlara baxmayaraq, Konfransın ən yüksək səviyyədə keçirilməsinə, mühüm nəticələrin əldə edilməsinə və çoxtərəfli danışıqlarda irəliləyişə nail olunmasına imkan verib.
Ə.Əsədov, həmçinin COP29 tədbirlərində fəal iştirak edən Rusiya Hökumətinin Sədri Mixail Mişustinə və MDB üzvü olan ölkələrin rəhbərliklərinə təşəkkür edib. Sonda Ə.Əsədov MDB çərçivəsində konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb. İclasın yekununda MDB-yə üzv dövlətlərin hökumət başçılarıtərəfindən bir sıra sənədlər imzalanıb.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azvision.az
archiveBu xəbər 12 Dekabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri