Əli Əsədov yeni qaydanı təsdiqlədi Dövlət qurumlarında informasiya diaqnostikası ilə bağlı
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Baş nazir Əli Əsədov "Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları"nı təsdiq edib.
Mia.az-ın məlumatına əsasən, yeni qaydalar, Rəqəmsal İnkişaf Konsepsiyasının həyata keçirilməsi çərçivəsində, Prezidentin 2025-ci il 16 yanvar tarixli 287 nömrəli Fərmanının 3.5-ci bəndinin icrası məqsədilə hazırlanıb.
Yeni qaydalar çərçivəsində dövlət qurumlarında rəqəmsallaşma səviyyəsi üzrə illik diaqnostika aparılacaq, biznes subyektləri üçün isə könüllü diaqnostika sistemi tətbiq olunacaq. Diaqnostika prosesinin yekununda hər bir iştirakçı üçün rəqəmsal yetkinlik səviyyəsi müəyyən ediləcək, inkişaf tədbirləri planı hazırlanacaq.
Qiymətləndirmə nəticələrinə əsasən dövlət qurumları "İlkin", "İdarə olunan", "Müəyyən edilmiş" və "Optimallaşdırılan" səviyyələrinə, biznes subyektləri isə "Rəqəmsal həvəskar", "Rəqəmsal təşəbbüskar", "Rəqəmsal tətbiqçi" və "Rəqəmsal qalib" səviyyələrinə görə təsnif ediləcək.
Dövlət qurumlarının diaqnostika nəticələri Prezidentə təqdim olunacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə həm dövlət, həm də özəl sektorda rəqəmsallaşmanın sürətləndirilməsi üçün metodiki və əməli dəstək göstərəcək.
Qaydaların qəbul edilməsi rəqəmsal transformasiyanın ölçülə bilən göstəricilər əsasında idarə olunmasını təmin edir və resursların səmərəli bölgüsü baxımından ölkənin rəqəmsal gələcəyinə doğru atılmış önəmli addım hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 27 Oktyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















