Icma.az
close
up
RU
Əli Əsədova qarşı kampaniya aparan kimlərdir? Baş nazirə çamur atan qara qüvvələr

Əli Əsədova qarşı kampaniya aparan kimlərdir? Baş nazirə çamur atan qara qüvvələr

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Vətən müharibəsində parlaq Zəfər qazanmış Azərbaycan regionda yeni reallıqlar yaratdı. Tarixin mürəkkəb və həssas dönəmlərini yaşayan ölkəmiz ideoloji təxribatlarla, təhdidlərlə üz-üzədir. Qələbəmizi hələ də qəbul edə bilməyən qüvvələr fərqli siyasi konseptlər, radikal və məzhəbçi dini-ideologiyalarla dövlətimizi strateji məqsədlərindən yayındırmağa cəhdlər edirlər.
Siyasi texnoloqlar dövləti sarsıtmaq üçün sınaqdan çıxmış müxtəlif üsullardan  istifadə edirlər. Onlar hakimiyyətin monolitliyini pozmaq üçün dövlət məmurlarını ictimai nüfuzdan salmaq taktikasına  əl atırlar. Müasir dövrdə bunu həm medianın, həm də sosial şəbəkələrin vasitəsi ilə həyata keçirirlər. “Çamur at, yapışmasa da, yeri qalacaq” prinsipi ilə hərəkət edən bu qüvvələr yenidən Azərbaycanda fəallaşıblar.
Prezident cənab İlham Əliyevin həm daxili, həm də beynəlxalq aləmdəki nüfuzu qarşısında gücsüz olduqlarını anlayan qüvvələr yaxşı başa düşürlər ki, birinci şəxsə qarşı aparacaqları kampaniya ictimai dəstək qazanmayacaq və bu, daha çox onların əleyhinə işləyəcək. Onlar Prezidentin ən yaxın ətrafında, komandasında olan şəxsləri hədəf seçirlər. Hesab edirlər ki, bununla cəmiyyətdə hakim komandaya qarşı inamsızlıq mühütü yarada, hakimiyyətin monolitliyini poza biləcəklər.
Dövlət məmurunun keçmişini təftiş edən, bugünkü fəaliyyətində lupa ilə səhvlər axtaran, faktları təhrif edərək işanların şüuruna yeridən anti-Azərbaycan qüvvələrin buradakı tör-töküntüləri indi də hörmətli Baş nazir Əli Əsədovu hədəf seçiblər.
O Əli Əsədov ki, onun xüsusi təqdimata ehtiyacı yoxdur və o, heç vaxt öz fəaliyyətini reklam etməyib, siyasi şou yaratmayıb. Amma hörmətli Baş nazirimizi hədəf seçənlərə onun kimliyini xatırlatmaqda fayda var.
22 yaşından iqtisadiyyat üzrə müxtəlif elmi və təhsil mərkəzlərində çalışan Əli Əsədov 35 yaşında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent daha sonra kafedra müdiri vəzifələrində çalışıb. 1995–2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1998-ci ildə  Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə yardımçısı vəzifəsinə təyin edilib. Prezident İlham Əliyevin 10 avqust 2004-cü il tarixli  Sərəncamı ilə Əli Əsədova 1-ci dərəcəli dövlət müşaviri dərəcəsi verilib. O, Prezidentin 22 iyun 2012-ci il tarixli 2302 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Elə həmin il Əli Əsədov Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib. 2019-cu il oktyabrın 8-də isə Milli Məclis Prezidentin təqdimatı əsasında Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verildi. Həmin gündən cənab Əsədov Baş nazir kimi fəaliyyətini davam etdirir.
Cənab Əsədovun xeyli qısaldılmış tərcümeyi-halından da görünür ki, adam sırf savadına, yorulmaz fəaliyyətinə, sadiqliyinə, vətənpərvərliyinə görə önə çəkilib. Bu günə qədər hörmətli Əsədovun və ya ailə üzvlərinin adının hansısa qruplaşmada, korrupsiya qalmaqalında halandığını eşidən olubmu?
Cənab Prezidentin ən peşəkar, etibarlı kadrlarından olan Əsədova qarşı kompromatlar toplamaq istəyənlərin səyləri boşa çıxıb.  Bundan məyus olan təhdidçilər, təxribatçılar təhsilini Bakıda və Moskvada rus dilində alımış Baş nazirin nitqini təftiş etməklə məşğuldurlar. Azərbaycan dilində bəlağətli danışan bəzilərinin yaramaz fəaliyyətinə göz yumanlar nədənsə cənab Əsədovun ölkəmiz üçün etdiklərini görməzlikdən gəlirlər.
Cənab Əsədovun “Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun döyüş meydanında qazandığı zəfərlər və Azərbaycanın təşəbbüskarı olduğu sülh Vaşinqtonda, ABŞ prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi” ifadəsindən “səhvlər” tapan və bunu bəh-bəhlə sosial şəbəkələrdə paylaşan dostlar nə üçün Baş nazirin  2023-cü ildə Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumunda erməni həmkarı Nikol Paşinyana verdiyi cavabı qulaqardı edirlər?
Həmin forumda Əli Əsədov çıxış edərək bildirdi ki, Azərbaycanın bir qonşusundan başqa digərləri ilə çox gözəl iqtisadi və ticarət əlaqələri var: “Nikol Paşinyana demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması haqda öz mövqeyini bildirmişdi.  Azərbaycan 2020-ci il 10 noyabr tarixində imzalanan bəyanata əsasən, kommunikasiyaların açılması istiqamətində uzun müddət çalışıb və öz mövqeyini bildirib. Biz kommunikasiyaların açılmasını istəyirik, amma bu tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq. Digər hallarda bizim kifayət qədər imkanlarımız var”.
Hörmətli Əli Əsədovun Baş nazir kimi fəaliyyətini, gördüyü işləri, etdiyi səfərləri, imzaladığı qərarları yazmaq, sadalamaq niyyətindən uzağıq. Bir neçə kitaba sığacaq fəaliyyəti bir məqalədə göstərmək praktiki cəhətdən mümkün də deyil.
Azərbaycanın Baş nazirinə qarşı qarayaxma kampaniyası aparan dostlara və qeyri-dostlara cənab Prezident İlham Əliyevin çıxışından bir mesajı, xəbərdarlığı çatdırmaq istəyirəm.
“O da həqiqətdir ki, bəzən hansısa şəxsi zəmində dövlət məmurlarına qarşı əsassız ittihamlar irəli sürülür. Xüsusilə özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardadır. Çünki onların əlindən heç nə gəlmir. Onların işi ancaq qarayaxma kampaniyaları aparmaq və bizim işimizə maneçilik törətməyə cəhd göstərməkdir. Ancaq tarix və həqiqət onu göstərir ki, ayağımıza dolaşmaq istəyən bu antimilli qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz. İndi onlar ancaq sosial şəbəkələrdən, bəzi internet resurslarından istifadə edərək dövlət məmurlarına qarşı qarayaxma kampaniyası aparırlar”.
Odur ki, cənab Əli Əsədova qarşı iyrəc kampaniyanın sifarişçilərinə, təşkilatçılarına və icraçılarına səslənirəm.  “Özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə”nin üzvü olmaq istəmirsinizsə, nə qədər gec deyil, bu kampaniyadan əl çəkin. Böhtanlarınız nəinki cənab Əsədovu gözdən salmayacaq, əksinə ona olan etibarı, inamı daha da artıracaq. Necə deyərlər, yel qayadan ancaq toz apara bilər. Sizsə hakimiyyətin qayadan da möhkəm monolit komandasını nəinki laxlatmaq, heç ona toxunmaq gücündə deyilsiniz.
Nahid Canbaxışlı
Vətəninfo.az İnformasiya Agentliyinin
Baş redaktoru
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Avqust 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri