Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Əli İldırımoğlunun özünə bənzəyən qəhrəmanları Loğman Rəşidzadə yazır

Əli İldırımoğlunun özünə bənzəyən qəhrəmanları Loğman Rəşidzadə yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Loğman RƏŞİDZADƏ
yazıçı-publisist

Əlinə qələm alan, hər kəs ilk növbədə özünü yazır. Formalaşan duyğular, mənəviyyat meyarları, dəyişən və dəyişməyən norma və qaydalar, kabus tək insanı izləyən ömür yazıları, ya qorxudan, ya sevincdən, ya tərəddüddən qaynaqlanan, ya da çarəsizlikdən doğan insan taleləri, bir-birinə zidd, ziddiyyətdə bir-birini tamamlayan yaşantılar qələm əhlinin öz həyatından nəşət tapan keyfiyyətlərdir. Yazıçı bu keyfiyyətləri, başqa sözlə, yaşadığı ömrü dərindən saf-çürük edir, qəhrəmanlarının simasında insanı duyğulara çevirir. Əli İldırımoğlu həmişə yaşadığı həyatı, tanıdığı insanların düşüncə və davranışlarını, qəlbində daim gəzdirdiyi munis duyğuları qələmə almışdır. Bu mənəvi, əxlaqi və estetik keyfiyyətlər onun özünə bənzəyən, öz xarakter və mənliyini yaşadan qəhrəmanların simasında reallaşmış və qələmin gücü ilə həm ürək, həm ruh, həm iradə, həm də istək formalaşdırıb yaşatmışdır. Bununla da ədib öz dünyabaxışını sərgiləmiş və ən əsası daim sadiq qaldığı milli-mənəvi özünüdərk ideyalarını reallaşdırmışdır.

Əli İldırımoğlunun yaradıcılığı müstəqillik dövrü ədəbiyyatı kontekstində xüsusi yerə və rola malikdir. Bu yerin və rolun öyrənilməsi, Ə.İldırımoğlu yardıcılığında milli-mənəvi özünüdərk ideyalarının poetik təzahür səviyyələrinin tədqiqi müasir Azərbaycan ədəbiyyatında yad meyllərin, antimilli, kosmopolit ideyaların gücləndiyi hazırkı şəraitdə milli-mənəvi dəyərlərimizə müxtəlif "izmlər" adları altında təşkil olunan ədəbi-ideoloji hücumların qarşısının alınması baxımından da böyük aktuallıq kəsb edir. Milli kimlik yalnız onu minillər boyunca ayaqda saxlayan, ölməyə qoymayan özünüdərk ideyaları ilə diri qala bilər. Ədəbiyyatımız bu dəyərləri özündə parlaq şəkildə təcəssüm etdirən imzalar və ədəbi mətnlərlə zəngindir. Yaradıcılığında milli-mənəvi özünüdərk ideyalarının qırmızı xətlə keçdiyi Ə.İldırımoğlunun əsərləri bu kontekstdə böyük əhəmiyyətə malikdir.

İndiyədək ədibin həyat və yaradıcılıq yolu ilə əlaqədar geniş səpkili tədqiqat işləri aparılmış, elmi-nəzəri fikirlər söylənmiş, məqalə və resenziyalar yazılmışdır. Ayrı-ayrı dövrlərdə Mirzə İbrahimov, Qulu Xəlilov, Cəmil Əlibəyov, Nizami Cəfərov, Rafael Hüseynov, Arif Əmrahoğlu, Nizaməddin Şəmsizadə, Qəzənfər Kazımov, Qurban Bayramov, Əhəd Muxtar, Gəray Fəzli, Əbülfəz Naxçıvanlı, Ramiz Rövşən, Əfqan, Vaqif Yusifli, Səadət İldırımzadə, Bəsti Əlibəyli, Ağacəfər Həsənli, Ziyəddin Sultanov, Nizaməddin Mustafa və başqaları Əli İldırımoğlunun zəngin, çoxcəhətli əsərləri ilə bağlı düşüncələrini elmi kitab və məqalələr vasitəsilə ifadə etmişlər.

Bu tədqiqatlar içərisində Rafael Hüseynovun "Savabın cavabı", Qurban Bayramovun "Əli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi", Bəsti Əlibəylinin "Durna çırağı", Vaqif Yusiflinin "Əli İldırımoğlu: romanlar, qəhrəmanlar" kitab və monoqrafiyaları geniş şərhə malik dərin məzmunlu və əhatəlidir.

Əli İldırımoğlu bir yazıçı kimi XX və XXI əsr epoxalarının içindən keçmiş ədəbi şəxsiyyətdir. Cəmiyyətdəki ictimai mövqeyi, jurnalistlik fəaliyyəti ona xüsusilə XX əsr sovet reallığının bütün mahiyyətini dərk etməyə imkan vermişdir. Müstəqillik epoxasına gələn dövrü və həmin epoxanının özünü canlı şəkildə yaşamış ədibin yaradıcılığında bütün bu tarixi dövrlər öz poetik obrazı ilə iştirak edir. Yazıçının əsərlərində tarixi gerçəklik, onun epoxal mahiyyəti bədii reallığa sublimasiya olunur, yəni mahiyyəti saxlamaqla yeni forma kəsb edir. Bu cəhət özünü milli-mənəvi özünüdərk ideyalarının bədii təcəssümündə, xüsusən, büruzə verir.

İnsanın həyat və yaşam uğrunda mübarizəsi, onun bu yolda nümayiş etdirdiyi mərdlik, dönməzlik, cəsarət, qorxmazlıq və bu kimi keyfiyyətlər onun əsərlərində həmişə qəhrəmanın mənəvi-psixoloji mükəmməlliyi kimi önə çəkilib. Onun yaratdığı psixoloji cəhətdən güclü, mənən zəngin insanlar (başqa sözlə, azərbaycanlı tipi) mübarizliyi və qətiyyətilə həyatda son anda qələbə qazanmış olurlar. Eləcə, fundamental milli, mənəvi-sosial dəyərləri də öz şəxsiyyətində onlar yaşadırlar. Müdriklər deyir ki, insanın insandan gücü yox, iradəsi artıq olur. Məhz insanı da bu iradə, təpər, daha doğrusu, psixoloji dözümü qələbəyə aparır. Biz məşhur, sanballı, bədii cəhətdən mükəmməl əsərlərin, hətta əfsanələrin, dastanların, mif və nağılların qəhrəmanlarını da belə görmüşük. İnsanın bir şəxsiyyət kimi formalaşmasının əsasında da daxili dəyanət, dözüm, iradə və digər ciddi psixoloji amillər dayanır. İnsanı güclü edən də bu eleksirdir, bu mənəvi cövhərdir. Əli İldırımoğlunun qəhrəmanları da bu keyfiyyətlərdən xali deyildir. Psixoloji cəhətdən yenilməz və səbatlı olan bu insanlar öz "mən"ləri, həm də cəmiyyət, mənsub olduqları xalq və millət qarşısında özlərini daim məsuliyyətli hiss edirlər. Onları sonadək mübariz əhval-ruhiyyədə, döyüşkən ovqatda saxlayan bu ruhi müvazinət, psixoloji dözüm və şəxsiyyətinə, ləyaqətinə hörmət, doğma xalqının dəyişməz-pozulmaz  mənəvi dəyərlərinə, adət-ənənəsinə ehtiramdır.

Həyatın diktə etdiyi birgəyaşayış formaları, ictimai qaydalar, milli kimliyimizi təyin edən normalar və nümunəvi əxlaq kodeksləri insanları həm də ədalətli olmağa, həyatda sosial-ədalət prinsiplərini pozmamağa çağırır. Bu, bədii ədəbiyyatın da təməl mövzularından biridir. Ə.İldırımoğlu yaradıcılığının ideya və məzmun məsələlərindən danışanda bu bədii postulat, heç şübhəsiz, önə çəkilməlidir. Çünki onun əsərlərinin əsas bədii mayasından, başlıca özülündən biri sosial ədalət uğrunda mibarizədir. Onun bütün qəhrəmanları nümayiş etdirdiyi istənilən mövqedən bu məsələni öz həyat amalına çevirirlər. Nazim İlham, Höcət Cahangir, İldırım kişi, Əmrah yüzbaşı və bu kimi insanlar ədalət uğrunda vuruşan dönməz mücahidlərdir.

Yazıçının ədəbi dünyası doğma həyat materiallarından yaranır. Ədibin qəhrəmanlarının hər biri ağır, məşəqqətli, lakin namuslu bir həyat hekayəti yaşayır. Onun qələmə aldığı həyat, sanki hər cür əyləncədən, zövqdən, istirahət və rahatlıqdan uzaqdır. Yazıçının qəhrəmanları, sanki həyata əzab çəkmək, zəhmət təri axıtmaq, dünyanın yükünü öz çiyinlərində daşımaq üçün gəlmişlər. Məsələ burasındadır ki, mənəviyyat, əxlaq, özünüdərk də bu zəhmət yüklü həyat dastanındadır. İnsanın ən böyük tərbiyəçisi və müəllimi də zəhmətdir. Əli İldırımoğlu qəhrəmanlarının milli-mənəvi özünüdərki də bu zəhmət ünvanlı qəhrəmanlıq dastanlarındadır. Onun əsərlərində özündənrazı, boşboğaz, tüfeyli, başqalarına xor baxan, əliəyri, rüşvətxor insanların obrazı da kifayət qədərdir. Amma yazıçı idealı həyatda zəhmətlə yaşayan, əzab çəkən, çırpınan, döyüşən, insanlığın aydın sabahı naminə mübarizə aparan insanlardır. Müəllif xalqımızın ən müsbət  mental dəyərlərini, milli-mənəvi keyfiyyətlərini belə qəhrəman, özgələri üçün çalışıb-vuruşan alturist insanların simasında reallaşdırmışdır.

Ə.İldırımoğlunun əsərlərində ədəbi anlamda humanizm və azadlığın mənası xalqın əvəzsiz xəzinəsi olan dəyərlərə sahib çıxmaq, insanın əsas hüquqlarına təminat vermək, mövcud cəmiyyətdə ədalət hüdudları daxilində zəif insanları müdafiə etmək, milli ictimai dəyərlər əsasında şəxsiyyətə, özünüdərkə, özünütəsdiqə və özünürellaşdırmaya imkan yaratmaqdır. Heç bir mübaliğəyə yol vermədən Ə.İldırımoğlunun əsərləri ilə cəmiyyətə bu sahədə böyük ximətlər göstərə bildiyini vurğulamaq olar. O, yazır: "Cahangir üçatılana baxanda xəyalı çox uzaqlara getdi və özü ilə danışırmış kimi: "Kim bilir, bu silah neçə əldən-ələ keçib?! Kimləri qanına qəltan eləyib?! Şükür kərəminə, ilahi! Necə oldu ki, bu şeytan əməlini yaratdın?! Bax, bu düsər də, lom da, külüng də, üçatılan da hamısı dəmirdəndir. Biri ilə arx çəkilir, yol salınır, ev tikilir, torpaq becərilir, ruzi qazanılır... Biri də ki, qan tökür..."

Bu sadə, təbii, real və ibrətamiz ifadələrin alt qatında dərin fəlsəfi məna, müdrik hikmət və böyük humanizm yatır. Dünyəvi fəlsəfə bütövlükdə insanların dünyagörüşü, özünüdərk və özünüifadəsindədir. Höcət Cahangirin bu sadə kəndçi düşüncələrində, əslində vəsfə gəlməyən dərin fəlsəfi hikmətlər var.

Ə.İldırımoğlu da öz humanist düşüncələri, əsərlərində sərgilədiyi humanizmlə ləbələb səhnələrlə bu məktəbə daxildir. Bu xüsusiyyətlər xalqımızın ayrılmaz mənəvi sifətidir. Ə.İldırımoğlunun əsərlərində də məhz xalqdan gələn bu nəcib keyfiyyətlər onun qəhrəmanlarının simasında təzahür edir. Belə əsərlərdən biri də "Daş yağan gün" romanıdır. Əsərdə diqqət çəkən hər şey humanizm və əxlaq prinsiplərinə tabe etdirilib və yazıçı himayəsinə sığınıb.

Romanda Nəcəfin həyatı fonunda insan əzablarının son həddinin şahidi oluruq. Lakin insan-Nəcəf tabe olmur, öz həyatını, öz taleyini dəyişmək səviyyəsində belə, özündə güc taparaq sonadək mübarizə aparır. Bu mübarizədə ətrafdakı xeyirxah insanlara, ona  qayğı göstərən həmvətənlərinə, dostlarına, yoldaşlarına güvənir. Bu güvənc ona həm bir insan kimi formalaşmaqda, yaşamaq uğrunda çarpışmalarda kifayət qədər güc verir, həm də onu gələcək mübarizələrə hazırlayır.

Ədibin nəsrində qadına münasibət son dərəcə incə, zərif və humanist müstəvidə qərarlaşır. Yazıçı üçün qadın dünyanın düzənini yaşadan bəşəri varlıq və evin, yurdun ocaq qalayanı, od qoruyanı, müqəddəs insandır. Onun üçün qadının ləyaqəti, isməti, abır-həyası, namusu hər şey deməkdir. Onun qadın obrazları ləyaqəti, dəyanəti, namus və sədaqəti ilə diqqət çəkəndir, nəinki bər-bəzəyi, zahiri illüziyasıyla. Əsərlərində rastlaşdığımız nənələri Gövhər, Fatma, igidlikdə ad-san çıxarmış "Kişi Tavat" (yaxud "Xəncərli Tavat"), Rəziyyə, Bəsirə və başqa yaddaqalan qadın obrazları milli kimliyimizi yaşadan, örnək olan, özünüdərk üçün kifayət qədər estetik mahiyyət daşıyan insanlardır. Qənirə də onun sevə-sevə yaratdığı, yazıçı fəhmi və zövqüylə kamala yetirdiyi təmiz, bakirə, namuslu qadın obrazlarındandır. Əsər boyu yazıçı bu zahirən də, daxilən də, simaca da, əxlaqca da gözəl və namuslu qadının keşiyində ayıq-sayıq dayanır. Və bu obrazın namusunu, əxlaqını, təmiz adını qorumaq üçün onu Dəvəbatanın vahimə dolu köpüklü burulğanına qərq edir. Bu, yazıçı idealının, əqidəsinin estetik təntənəsidir. Bu amansız yazıçı hökmü, əslində, mənəvi özünüdərkin, əxlaqi saflığın təsdiqidir.

Ədibin hekayələrində, povestlərində, iri həcmli romanlarında - "Həmin adam", "Zorən jurnalist", "Mənim rəncbər atam", "Qarlı gecələr", "Aqibət", "Közərən sətirlər", "Daş yağan gün", "Əmrahsız qalan dağlar" və sair əsərlərində cəmiyyətdə ədalət uğrunda mübarizənin ayrı-ayrı bədii çalarlarıyla rastlaşır, bu ideyanın təntənəsi naminə müəllifin həm özü, öz daxili aləmi, həm də cəmiyyətlə qovğaya çıxdığına şahidlik edirik. Cəmiyyətdə sosial ədalət uğrunda döyüş, başqa sözlə, kamil insan,  xalqını, millətini sevən, öz ağıl və bacarığını, şüurlu həyatını vətənin gələcəyinə, inkişafına, qorunmasına həsr edən nəcib, mərd, ləyaqətli vətəndaş uğrunda mübarizədir. Onun bütün əsərlərində bu ideya - insanlıq, halallıq, mərdlik, ədalət qabarıqdır.

"Zorən jurnalist" romanında hər birinin ömür yolu, xarakteri, həyat hekayəti olan zəngin surətlər silsiləsi vardır. Bu insanların işığında müəllif özünün ədəbi məramına və həyat idealına güzgü tutur. Onlar xaraktercə qütbləşsələr də, son anda bir mövqedə, yazıçı idealının bəyanı nöqtəsində birləşir, yazıçı məqsədinə xidmət edir. Əsərdə bu obrazların öz mövqeyi, sosial yükü vardır. Müəllif idealının reallaşmasında, vətəndaş formulunun açılmasında, ədalət, humanizm, məhəbbət və demokratik azadlıqlar sisteminin reallaşmasında həmin adamlar sosial funksiya daşıyırlar. Bu obrazların bəzilərinin həyat hekayətləri haqqındakı hekayətlər əsər daxilində əsəri xatırladır.

Öz bitkin süjeti, məna yükü, ideya və məzmunu ilə seçilən bu parçaları müstəqil əsər kimi də almaq olar. Lakin onlar romanın ümumi ideyası və bədii harmoniyasına o qədər qaynayıb-qarışır ki, bunlarsız romanı təsəvvür etmək olmur. Qaçaq Mürsəlin hadisəsi buna parlaq misaldır. Qaçaq Mürsəl ədalətsizliyin qurbanı olub, namus üstə qaçaq düşüb, dağları-daşları, ucu-bucağı görünməyən meşələri məskən seçib. Lakin özü demişkən, azadlığını itirsə də, sifətini, kişiliyini itirməyib, ədalətsizliyin qurbanına çevrilsə də, özü ədalətsiz əmələ yol verməyib. Onun Mənzərə dediyi bir kəlmə söz ən ali mənəvi-əxlaqi bütövlükdür, insani dəyərlərin tərcümanıdır. "Qaçaq Mənzərin ayırıb kənara qoyduğu şeyləri diqqətlə nəzərdən keçirib üzünü ona tutdu:

- Qızım, - dedi. - Nəyin var, hamısını götür. Sənin bir çöpün də mənə lazım deyil. Necə olsa, müsəlmanıq. Bu dünyada qadın qarət eləyib, o dünyaya şüğlüzümmə gedə bilmərəm. Azadlığımı itirsəm də, müsəlmançılığımı, namusumu itirməmişəm..."

Əli İldırımoğlu təbiilik, reallıq, obrazlılıq yaratmaq üçün baş qəhrəmanla tipik həyat hadisələrini sıx əlaqədə və qarşılıqlı təsvirdə verir. Qəhrəmanla həyat hadisələri müvazi gedir. Heç bir hadisəsiz, situasiyasız, sadəcə müəllif təqdimatında və təsvirində İldırım kişi sadə əməyi, namuslu həyat tərzi, haqq-ədalət mücəssəməsi olmasıyla dolğun və informatikdir. Hadisələrin inkişafıyla müxtəlif hal və vəziyyətlərdə, situasiyalarda təqdim edilən İldırım kişinin təbii obrazı müəllif remarkalarını, əsərdəki lirik ricətləri tamamlayır. İldırım kişinin açılan kodları onu ədalət mücəssəməsi kimi səciyyələndirməyə əsas verir. Bu adam haqqı nahaqqa vermir, nəyinsə xətrinə yalan danışmır, mövqeyindən, həyat amalından heç vaxt dönmür. Onunçün yaxın-uzaq, qohum-yad anlayışı yoxdur. Onunçün meyar düzlük, doğruluq, halallıq və ədalətdir. Axı, Əli İldırımoğlu özü də xaraktercə belə olub.

Ümumiyyətlə götürdükdə, onun yaratdığı obrazları özü kimi ədalət uğrunda sonadək mübarizədə görürük. Professor Əliheydər Həşimovun mülahizələri bu mənada çox maraqlıdır: "Əli İldırımoğlu özünün ədəbiyyata gətirdiyi müsbət obrazların - rəftar və davranışında təmkinini saxlayan, ələm, kədər və ağır günlərdə heç vaxt sarsılmayan, bayağı şöhrətə aludə olmayan, ədalət uğrunda mübarizə aparmaqdan yorulmayan, sevimli ədəbi qəhrəmanlarının real prototipi, canlı nümunəsidir".

Şəxsiyyətin formalaşmasında və inkişafında insanın mənəviyyatı və özünüdərki müxtəlif formalarda üzə çıxır. Onun tərkibinə elmi həqiqəti ifadə edən nəzəri müddəalardan tutmuş əxlaqi normalar, estetik dəyərlər, bədii zövq, ictimai rəy və s. daxildir. Xalqın mənən zənginləşməsinə tarixi inkişafın insanlar tərəfindən qəbul olunmuş məqsədi kimi də qoymət vermək olar. Belədə azadlıq, sosial bərabərlik, ədalət, humanizm, demokratiya, ümumbəşəri xarakter daşıyan digər ideallar ümumi mədəniyyət sistemində daha dəqiq oturuşur və ümumən cəmiyyətin, ayrılıqda isə  şəxsiyyətin mənəvi zənginliyində özünü büruzə verir.

"Zorən jurnalist" əsərində saf, təmiz, əxlaqlı və mənəviyyatlı insan uğrunda aparılan mücadilələri əks etdirən ibrətamiz səhnələr, həm də  bədii mükəmməlliyi ilə yadda qalır. Əsərin qəhrəmanı Nazim İlham çətin sınaqlardan, həyatın keşməkeşli dolaylarından, ziqzaqlardan keçə-keçə obraz kimi dolğunlaşır. Bu şəxsiyyəti yetişdirmək, cəmiyyətin kamil bir nümayəndəsi kimi formalaşdırmaq üçün yazıçı bütün məqbul bədii fəndlərdən istifadə etmiş, ən əsası isə onu mənəviyyat və əxlaqi cəhətdən zənginləşdirmişdir. Burada Nazim İlhamın düşüncələri, onun ictimai ədalətsizliyə qarşı daxili üsyanı, barışmazlığı, əslində insanın mənəvi özünüdərk müstəvisindəki cabalarıdır. İnsan, beləcə formalaşır, döyüşə-döyüşə, mübarizə apara-apara şəxsiyyət mərtəbəsinə ucalır.

Yazıçının "Mənim rəncbər atam" romanında təqdim etdiyi İldırım kişi obrazı da şəxsiyyətyaratma prosesində müəllifin yeni uğuru sayıla bilər.

Ə.İldırımoğlu əzəli-əbədi torpaqlarımızın itirilməsilə bağlı daim bir nigarançılıq yaşayır, bunları əsərlərində də əks etdirir. Torpaqlarımız düşmən əsarətindədir və erməni vandalları o yerlərə qəddarcasına divan tutur. Belə  məkanlarımızdan biri də müəllifin  ana yurdu Qubadlıdır. Oralarda təbiət də təbiilikdən çıxıb. Erməni vandallarının amansız fəaliyyəti nəticəsində təkcə ev-eşiyimiz dağılmayıb, insanlarımız qırılmayıb, çaylarımız, göllərimiz, bulaqlarımız da ekoloji tarazlığını itirib. Bəli, müqəddəs torpaqlarımız sahibsiz qalıb, insanla təbiət arasındakı harmoniya pozulub. Yazıçı daim, xəyalən o yerlərdədir, içindəki zaman içində yaşatdığı o guşələrə məlhəm axtarır və tapır! Xəyalən o yerlərə səyahət edir: "Sahildəki qara daşın üstünə çıxıb çaya göz yaşı axıtdım. Çay ağlayanını, axtaranını tapıbmış kimi dirçəldi, çalxalandı, qıvrıldı, ilıq dalğaları əl-ayağımı yaladı, şahə qalxıb yanaqlarımda gilələnən göz yaşımı yudu. Axı doğmasını, istəyənini, sevənini, pasibanını tapmışdı…"

El-obasına, doğma vətəninə bütün varlığıyla bağlı olan yazıçı Azərbaycan təbiətini çox sevir, onun dilini yaxşı bilir. Əsərlərində özünün də, yaratdığı obrazların da təbiətlə təbiət dilində həsb-halı Ə.İldırımoğlu dilinin kodlaşmış yeni bir üslub təzahürüdür. O, təbiətlə tabuyla, qadağalar diliylə danışır. Bütün əsərlərində o simvola, rəmzə çevirdiyi təbiətə, canlı ətraf mühitə müdaxiləni hamı üçün, hətta özü üçün də qadağan edə bilir. Onun əsərlərində təbiətlə söhbət etmək, öz qapalı dünyasında bu dilsiz-ağızsız, lakin dil bilən, gülə bilən, kədərlənə bilən, həssas qəlbli yazıçıyla öz dərd-sərini, giley-güzarını bölüşə bilən varlıqların xüsusi yeri və mizanı var. Əli İldırımoğlu yaradıcılığında təbiətə müraciət, təbiətlə söhbətlər, son anda insanın içinə, daxilinə yönəlir, onu özünü dərk etməyə səsləyir. Təbiət yazıçı üçün ən etibarlı mənəvi - əxlaqi mənbə, özünüdərk ünvanlarından biridir. Bu, onun "Arğalısı itən dağlar" essesindəndir: "Bəzən dəymədüşərliyi, inciməyi, küsməyi də olurdu bu əzəmətli dağın. Bir axşamçağı işdən evə qayıdanda boz dumana büründü. Məndən üz döndərirmiş kimi görünməz oldu. Diqqətimi cəmləşdirib nə qədər vərəvurd elədim, qara hicabını qaldırıb mənnən kəlmə kəsmədi. Heç səbəbini də açıb-ağartmadı, Şah dağı".

Zaman keçdikcə Əli İldırımoğlunun bir yazıçı, publisist və vətəndaş kimi siması daha aydın, daha əzəmətlə boy göstərir. İllər onu bizdən ayırdıqca yazıçının qəlblərdə yaşayan obrazı daha da mükəmməlləşir. Bu, həm də onun yaratdığı obrazların günü-gündən daha canlı və real iradi gücə çevrilməsilə bağlıdır. Hər həyat hadisəsində, hər insan fəaliyyətində yazıçı təzədən doğulur, müasirimizə çevrilir.

Görkəmli qələm sahibləri Əli İldırımoğlu haqqında

Əli İldırımoğlunun yaradıcılığını, onun qəzet səhifələrindəki çıxışlarını maraqla izləyirəm. Bu müəllifin yazılarında məni ən çox qane edən cəhət təsvir etdiyi hadisələrin, lövhələrin mərkəzində duran canlı həyatdır, səfərbərlik duyğusudur.

Mirzə İbrahimov, Xalq yazıçısı

Əli İldırımoğlunun "Mənim rəncbər atam" kitabı ədibin təkcə atası ilə vida akkordu deyil, həm də sabahkı nəslə örnək olacaq sənət abidəsidir. Bu kitab vaxtilə göylərdən bayraq alaraq dünyaya sivilizasiya yaymış, dünyaya hürr gəlmiş, hürr yaşamış ulu bir qövmün öz taleyinə, öz torpağına, öz sabahına çağırış himni kimi səslənir.

Səadət İldırımzadə, Filologiya üzrə fəlsəfə doktoru

Əli İldırımoğlu özünün ədəbiyyata gətirdiyi müsbət obrazların - rəftar və davranışında təmkinini saxlayan, ələm, kədər və ağır günlərdə heç vaxt sarsılmayan, bayağı şöhrətə aludə olmayan, ədalət uğrunda mübarizə aparmaqdan yorulmayan sevimli ədəbi qəhrəmanlarının real prototipi, canlı nümunəsidir.

Əliheydər Həşimov, Professor

Xalq dilindən gələn mükəmməllik müəllif tərəfindən o qədər təbii mənimsənilmiş və əsası o qədər təbii təqdim olunmuşdur ki, bütövlükdə mətnin həndəsi sxemini çəkmək mümkündür.

...Etnoqrafik-əxlaqi kanonlarla yanaşı, müasir ictimai həyatı, təbii (və süni) prosesləri bir publisist istedadı ilə dərindən bilən Əli İldırımoğlunun dil həssaslığı nə qədər ənənəvidirsə, o qədər müasirdir. Və nə qədər müasirdirsə, o qədər ənənəvidir.

Nizami Cəfərov, Akademik

Əli İldırımoğlu qələm adamıdır. Ürəyini qələmə boşaldan söz sahibidir. Və o, dünyaya göz açandan dilini öyrəndiyi yerin-yurdun, dünyadan köçərək həmin yer-yurda qovuşmuş əziz, munis insanların taleyini yazır. Əli İldırımoğlu yazır ki, o dili gələn nəsillər unutmasın. Yazır ki, yazdıqları keçmişlə sabah arasında körpü olsun. O yerlər ki, o ata yurdu ki, Əli İldırımoğlu ondan yazır, onlar lap çoxdandır ki, düşmən tapdağındadır. Lap çoxdandır ki, o yerlərin dağı, daşı, otu, çiçəyi, bulağı, çayı laldır. Bildikləri təkcə bizim dildir: kimlə dərdləşsin, zavallılar. Bəlkə tək o yerlərin quşlarıdır ki, dərdləriylə birgə yurdun azad səmtlərinə uçurlar, danışıb ürəklərini boşaldırlar. Əli İldırımoğlu həmin qəlbi sınıq yerlərin, o yerlərdəki gülün, bulağın, qayanın, mamırın dilindən yazır, o ruh unudulmasın deyə, yazır.

Rafael Hüseynov, Akademik

Əli İldırımoğlunun çox sadə, hər kəsin anlayacağı tərzdə bir üslubu var. Yurdun çobanı da, akademiki də onu eyni dərəcədə (əlbəttə, çoban çoban kimi, akademik akademik kimi) sevəcək... və sevib... Amma bu sadə yazıçı-jurnalist manerasında daha dərin çoxçalarlılıq var, sən düşünürsən, fikirləşirsən, qaşların çatılır, hətta hirslənirsən də... Bax, bədii cazibə budur.

Vaqif Yusifli, Filologiya elmləri doktoru

90-cı illərin əvvəllərində Əli müəllim sözün həm hərfi, həm də məcazi mənasında müxbirlikdən, qəzetçilikdən təqaüdə çıxdı. Və o vaxtdan bir yorulmaz peşəkar yazıçı kimi fəaliyyətə başladı... Və bu əsərlərdə ("Mənim rəncbər atam", "Qarlı gecələr" və s.) o, öz yaddaşının, təxəyyülünün gücünə zaman etibarilə də daha uzaq məsafələrə, 50-ci, 40-cı, 30-cu illərin kəndinə səyahət edir, çoxdan unudulmuş, yoxluğa qovuşmuş insanları, hadisələri bədii sözün köməyilə diriltməyə, yaşatmağa can atır, o illərin təkcə bədii deyil, həm də mənəvi-əxlaqi mənzərəsini göstərməyə çalışır. Və onun əsərlərinin məhz həmin 50-ci, 40-cı, 30-cu illərdə "isti-isti" yazılmış, orta məktəb dərsliklərinə salınmış məşhur kənd romanlarından əsas fərqi də, təsvir olunan hadisələrin və insanların o dövrün sovet ideologiyası baxımından yox, xeyir və şər, haqq və nahaq, vicdan və əxlaq kimi əbədi dəyərlər baxımından qiymətləndirilməsidir.

Ramiz Rövşən, Xalq şairi

Hər bir qələm sahibi əsərlərində istər-istəməz özünü ifadə edir. Kimi özünü olduğu kimi, kimi də olmaq və ya görünmək istədiyi kimi təsvir etməyə üstünlük verir. Əslində, bunun özü də birbaşa yaşanan ömürlə bağlıdır. Keçmiş Tanrı bəndəsinin yalnız dünəni deyil, həm də və bəlkə də, daha çox özündən sonrakı adının və nəslinin dəyişdirilməsi qeyri-mümkün olan sabahıdır. Əli İldırımoğlu təsəlli və təskinliyinə çevrilmiş keçmişini, mənliyini qorumaqla elə yaşayıb ki, indi onun dünəni təmizləməyə və bəzəməyə yox, olduğu kimi çatdırmağa ehtiyacı vardır. Buna görə də onun əsərləri realdır, həyatıdır və ən başlıcası, səmimidir.

Arif Əmrahoğlu, Ədəbiyyatşünas alim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see13505

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see794

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see270

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see241

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see203

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see173

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see155

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see151

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see134

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see134

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see132

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see131

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see130

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see129

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see129

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see127

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see127

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see127

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri