Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Xəzər in yeni ünvanı Loğman Rəşidzadə yazır

Xəzər in yeni ünvanı Loğman Rəşidzadə yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Hər bir yeni dövr, yeni çağırışlarla səciyyələnir. İnsanlar dövrün tələblərinə uyğunlaşır, mənəvi-psixoloji katarsistlərdən keçir, süzülüb durulur, cəmiyyətin tələblərinə görə düzlənirlər. Bu mənada qloballaşma dövrünün də cəmiyyətə öz diktələri, şübhəsizdir. Homogen dünya bəşəri dəyərləri birləşdirmək, sintez yaratmaq, harmonik insan cəmiyyəti formalaşdırmaqla səciyyələnir. İnsanlar yaxınlaşır, birləşir, planetar şəxsiyyət kimi formalaşır. Bununla dünya da bir dam altına sığınır, yer kürəsi bir az da "kiçilir", əlçatan olur. İndi dünyanın bu başıyla o başı bir təyyarə qanadlarına sığa bilir. Lakin bu hamogenlik rəngarəngliyi ilə, çoxparalelliyilə, müxtəlifliyi ilə seçilir. Hər xalq bu birliyə öz milli-mənəvi dəyərləri, əxlaqi, psixologiyası, yaşam tərzi, ədəbiyyatı, mədəniyyəti, tarixi və fəlsəfi kökləri ilə gəlir. Bu da hamogen dünyanın rəngarəngliyini, müxtəlifliyini, zənginliyini, maraqlılığını təmin edir. Dünya xalqlarını bir-birinə qovuşduran, bir-biriylə tanış edən, son anda doğmalaşdıran vasitələrdən biri də tərcümə sənətidir. Fərqi yoxdur, bu istər ədəbi əsərlər olsun, istər tarixi məzəxlər, incəsənət nümunələri, araşdırma yazıları və s. Bütün bunlar millətlərin bir-birini tanımasına, biri digərinə yaxından bələd olmasına, son anda doğmalaşmasına, qloballaşan dünyada öz yerini tapmasına, mövqeyini möhkəmlədib homagen dünyanın bərabərhüquqla vətəndaşına çevrilməsinə vəsilə olur.

Azərbaycanda tərcümə sənəti, kifayət qədər inkişaf eləyib, deməyə haqqımız çatır. Ötən əsrlərdən, XIX əsrin sonları, XX yüzilliyin əvvəllərində bədii tərcümələr müəyyən inkişaf yolu keçmişdir. Sovet dövründə bu iş daha da geniş vüsət almışdır. Həm klassik, şakral Azərbaycan ədəbiyyatı mətnləri, həm rus və dünya ədəbiyyatı nümunələri dilimizə intensiv tərcümə olunmuşdur. Müstəqillik zamanında, az vaxtda, əcnəbi dillərdən, əsasən ruscadan tərcümə işinin sferası genişləndirilmiş, bundan başqa, ingilis, fransız, alman, italyan, ispan, fars, ərəb və hətta ivrit dillərindən tərcümələr edilməyə başlanmışdır. Tərcümə işinə respublikamızda uzun illər mərkəzləşmiş şəkildə Respublika Tərcümə Mərkəzi və onun nəşri olan "Xəzər" jurnalı flaqmanlıq etmişdir. Tərcümə Mərkəzi bağlanandan sonra "Xəzər" dərgisinin çapı da sual altında qalmışdır. Belə bir vaxtda Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, mədəniyyətimizin seçkin hamilərindən biri Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, tərəddüdsüz şəkildə səhnəsini irəli verdi, "Xəzər" jurnalını bu təhlükədən xilas etdi. Kamal müəllimin təşəbbüsü və təşkilatçılığı ilə "Xəzər" Azərbaycan Dillər Universitetinin nəşri kimi fəaliyyətini davam etdirməyə başladı. "Xəzər"in tərcümə, ədəbiyyat və mədəniyyət jurnalı kimi bu ilin birinci sayı artıq işıq üzü görmüşdür.

"Xəzər"in yaradıcı heyəti, yenə də əvvəlki kimi köhnə kollektiv, tərcümə sahəsinin kamil biliciləri, öz işinin ustası olan ədəbiyyat-sənət adamlarıdır: Etimad Başkeçid (baş redaktor), Mahir N.Qara (məsul katib), yaradıcı heyət - Saday Budaqlı, Nəriman Əbdülrəhmanlı, Yaşar Əliyev, Püstə Axundova, Cavid Zeynallı. Ədəbi cameədə kifayət qədər tanınmış, tərcümə sahəsində puxtə qələm sahibi olan bu imzaların hər biri dərginin rəngarəng mündəricəsi üçün təminatdır. Jurnalın məsləhətçisi və ideya rəhbəri Kamal Abdulladır. Bundan başqa, jurnalda dünyanın tanınmış elm-sənət nəhənglərindən ibarət beynəlxalq şura fəaliyyət göstərir. Bu da, heç şübhəsz, dərginin elmi-bədii səviyyəsinə, beynəlxalq nüfuzuna bir işarədir.

Jurnalın ədəbi-bədii, mədəni platforması baş redaktor E.Başkeçidin "Redaktordan" rubrikası ilə verilmiş "Tərcümənin və tərcüməçinin problemi: bizdə nə yoxdur, nə çatışmır" adlı giriş məqaləsində geniş şəkildə şərh edilir. Kifayət qədər polemikalara və təhlillərə açıq zəngin məzmunlu məqalədə tərcümə işinin tarixinə nəzər yetirilməklə yanaşı, əsasən, müasir tərcümə sənətinin problemləri, qarşıda duran vəzifələr, son dərəcə professional şəkildə incələnmişdir. Məqalədə oxuyuruq: "Azərbaycan tərcümə məktəbinin formalaşmasında müstəsna xidmətləri olan ixtisaslaşmış "Xəzər" tərcümə və mədəniyyət jurnalı Azərbaycan Dillər Universitetində fəaliyyətini davam etdirəcək.

Bu seçim təsadüfi deyil: dünya təcrübəsinə istinadə etsək, bilməliyik ki, öz çoxşaxəli fəaliyyəti ilə bir mədəniyyət mikrokosmuna çevrilmiş müasir dünya universitetləri fundamental və tətbiqi elm sahələrinin problemlərini ehtiva edən dərgilərlə yanaşı, ədəbiyyat, incəsənət, tərcümə, vizual mədəniyyətə aid bir çox elmi-populyar jurnallar da nəşr edir və bu praktika getdikcə genişlənməkdədir.

Bu jurnallar bədii yaradıcılıq, ədəbiyyatşünaslıq, tərcümə nəzəriyyəsinin ən müxtəlif aspektlərini əhatə edən akademik məqalələr, araşdırma yazıları, resenziyalar və bədii əsərlərin çapı üçün platformalar təqdim edir".

Sonra müəllif jurnalın gələcək fəaliyyət yönümünü bəyan edir: "Burada tərcümənin tarixi, inkişaf mərhələləri, perspektivləri, müasir dünyada tərcümə ətrafında aparılan müzakirələr barədə maraqlı materiallarla tanış olacaq, ölkədə nəşr olunan tərcümə kitabları haqqında ekspertlərimizin rəylərini oxuya biləcəksiniz və s.". Bir sözlə, jurnal tərcümənin bütün praktik və nəzəri sahələrini əks etdirəcək, tərcümə mədəniyyətinin formalaşmasında vəsilə rolunu oynayacaqdır.

Dərginin ilk nömrəsindən zəngin mündəricəli, geniş spektrli nümunələrlə qarşılaşırıq. Burada ədəbiyyatşünaslığın mühüm sahəsi kimi tərcümə nəzəriyyəsinin müxtəlif aspektləri ilə, akademik yönümlü məqalələr, araşdırma yazıları, resenziyalar, müxtəlif ədəbi mülahizələrlə tanış oluruq. Bədii, elmi, texniki tərcümələr haqqında düşüncələr geniş miqyasda təqdim olunur. Jurnalda dərin elmi bilgilər sərgilənir: tərcümə texnikası, linqvistika, texnologiya, maşın tərcüməsi, kommunikativ platforma, tərcümə nəzəriyyəsi və praktikası, tərcümə nəzəriyyəçiləri ilə proses işçiləri arasında əlaqə, tərcümə strategiyası, çevirmədə vacib şərt olan dil intonasiyası, nitq düzümü, danışıq tərzi, mədəniyyətlərarası kommunikasiya haqqında da geniş diskussiyalar təqdim edilir.

Jurnalın zəngin məzmunu və mündəricəsi barədə ayrı-ayrı bölmələr də ilkin bələdçi rolunu oynayır. Bu bölmələrin hər biri jurnalın strategiyası, hədəfləri, qarşıya qoyduğu vəzifələr barədə ilkin çağırışlardır. Məqsədə aparan yollar kifayət qədər fərqli, rəngarəng və oxucu marağı doğuran mövzulardır: "İlin nobelçisi", "Şərq mədəniyyəti", "Biz və dünya", "Simalı Amerika ədəbiyyat", "Avropa ədəbiyyatı", "Türk xalqları ədəbiyyat", "Yaxın Şərq ədəbiyyatı", "Tərcümə sənəti", "Tərcümə aləmində: faktlar, yeniliklər" və s. rubrikalarda təqdim edilən materialların hər biri bədii siqləti, akademik səviyyəsi, tarixi-informatik səciyyəsi, peşəkarlıq, professionallıq barədə bilgi xüsusiyyəti və keyfiyyəti ilə seçilir.

Dərgi ənənəvi əməkdaşların yazılarıyla yanaşı, kənar müəlliflərin imzaları ilə də zəngindir. Etimad Başkeçidin tərcümələri, Mahir N.Qarayevin səfər təəssüratları və tərcüməçiləri, Yaşarın, N.Əbdülrəhmanlının, Saday Budaqlının, C.Yusiflinin tərcümələri maraqla oxunur. Akademik Muxtar Kazımoğlunun, fil.f.d. Sadiq Zamanın elmi-təhlili məqalələri jurnalın akademik səviyyəsinə rəng qatır.

Mahir N.Qarayevin "Karakasda poeziya həftəsi" yol qeydləri təkcə səfər təəssüratı kimi maraq doğurmur, həm də elmi təhlilləri, qənaətləri, bədii siqlətilə diqqəti çəkir.

Tərcümə sənəti və professional tərcümə mədəniyyəti barədə dünya klassikləri Q.Q.Markesin və U.Ekonun professional fikirləri yaddaşları təzələyir, peşəkar təhlillərə yeni enerji qatır. Onların fikirləri təkcə araşdırma kimi yadda qalmır, həm də öyrədir, yaxşı mənada maarifləndirir. Q.Q.Markes yazır: "Bir neçə il öncə, isti bir yay günü Siciliyanın cənubundakı adaların birində tərcümə işinin sirləri ilə tanış ola bildim. Belə ki, ömrünün sonunadək mənim əsərlərimin italyancaya tərcüməsi ilə məşğul olmuş qraf Erriko Sikonya o zaman Lesama Limanın "Cənnət" romanının tərcüməsi üzərində işləyirdi. Lima poeziyasının sadiq pərəstişkarı kimi, əlimə yaxşı girəvə düşmüşdü: bu gözəl şairin özünəməxsus nəsri - germetik romanıyla yaxından tanış olmaq fürsətini qaçırmaq istəmədim. Odur ki, gücüm yetən qədər başladım Sikonyaya kömək etməyə, mən mətni açıqlayırdım, o isə çevirirdi. Bax, elə onda başa düşdüm ki, tərcümə, həqiqətən, ən səmərəli mütaliə üsuludur".

Başqa bir dünya ədəbiyyatı nəhəngi Umberto Eko tərcümə sənətinin təbiətindən, anatomiyasından professional mütəxəssis mülahizələri yürüdür: "Tərcümə etmək" nə deməkdir? İlk, eyni zamanda da ümidverici cavab belə ola bilərdi: eyni fikri başqa dildə ifadə etmək. Düzdür, bununla yanaşı, biz, birincisi "eyni fikri başqa dildə ifadə etməyin" nə demək olduğunu müəyyənləşdirməkdə xeyli çətinlik çəkir, həm də bunu nəzərdə tutulan sinonimləri tapmaq bir yana, müəllif fikri, təyin, şərh, başqa cür ifadə etmək kimi əməliyyatların gedişində də yetərincə aydın dərk edə bilmirik. İkincisi, tərcümə olunmalı mətnlə üzbəüz qalanda o eyninin nə olduğunu bilmirik. Nəhayət, bəzi hallarda hətta ifadə etmək sözü də şübhə doğurur". Hər iki böyük sənətkarın fikrinə görə, tərcümə prosesi insanın, ilk növbədə psixoloji halıdır. Bundan başqa, dili bilməklə yanaşı, onu hiss etməlisən. Həm tərcümə olunan, həm də tərcümə etdiyin dili, eyni zamanda. Tərcüməçi həm də dilin səslənməsini və cümlənin alleterasiyasını duymalıdır. Bu və ya digər cəhətlər tərcümə sənətinin təbiətindən doğan keyfiyyətlərdir.

"Xəzər"in Azərbaycan Dillər Universitetinin nəşri kimi fəaliyyətini davam etdirməsi universitetin pedaqoji kollektivi və çoxsaylı müəllim-professor heyəti tərəfindən də razılıqla qarşılanmışdır. Universitet kollektivi elmi-pedaqoji fəaliyyətlə yanaşı, tərcümə sahəsi ilə də intensiv məşğul olur. Bu sahədə "Xəzər" onlar üçün yeni, əlverişli tribunaya çevriləcəkdir.

"Xəzər"in yeni nömrəsi və ümumiyyətlə, onun yeni nəşri barədə çox danışmaq olar. Ən yaxşı vasitə, jurnalın özü ilə tanışlıq, onu vərəqləmək və oxumaqdır. Şübhəsiz, bu, hər kəsə yeni enerji, emosional güc, bilgi və geniş məlumat əldə etməyə yardımçı olacaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri