Icma.az
close
up
RU
Əli İnsanov Vaşinqton Bəyannaməsindən danışdı

Əli İnsanov Vaşinqton Bəyannaməsindən danışdı

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“8 avqust 2025-ci il Cənubi Qafqaz tarixində əlamətdar gün kimi yadda qalacaq.

Uzun onillər boyu davam edən Ermənistan–Azərbaycan münaqişəsi nəhayət Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan Sülh Çərçivəsi ilə yekunlaşdı. Bu sənəd təkcə iki qonşu dövlət arasında qarşıdurmaya son qoymadı ; həm də regionda sülh, sabitlik və əməkdaşlıq üçün yeni imkanlar açdı”.

Gununsesi.info xəbər verir ki, bunu HƏP sədri Əli İnsanov Azərbaycan və Ermənistan araslnda ABŞ-da imzalanan Bəyannaməni şərh edərkən deyib.

“Elə həmin gün Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş zamanı imzalanmış sənədlər ; səslənən bəyanatlar və rəmzi jestlər Azərbaycan–ABŞ münasibətlərinin strateji dərinliyini nümayiş etdirdi.
İmzalanmış Anlaşma Memorandumu əsasında Azərbaycan və ABŞ hökumətləri arasında Strateji İşçi Qrupu yaradılacaq və bu, gələcəkdə Strateji Tərəfdaşlıq Xartiyasına gedən yolda əsaslı platforma rolunu oynayacaq.
ABŞ Prezidentinin Azərbaycan Prezidentinə rəmzi olaraq Ağ Ev açarlarını təqdim etməsi Vaşinqtonun Bakıya verdiyi yüksək siyasi qiymətin və qarşılıqlı etimadın simvolu oldu.
Donald Trampın “Siz böyük xalqa rəhbərlik edirsiniz” sözləri Azərbaycan dövlət başçısına və xalqına yönəlmiş açıq hörmətin göstəricisi idi. İlham Əliyevin bu görüş zamanı səmimi, praqmatik və milli maraqlara əsaslanan mövqeyi isə onun müdrik və uzaqgörən Lider obrazını bir daha təsdiqlədi.
Prezident İlham Əliyev görüş zamanı Exxon və SOCAR arasında imzalanmış əməkdaşlıq memorandumu barədə danışaraq Azərbaycanın yeni enerji imkanlarını vurğuladı. ABŞ Eximbankı ilə aparılan danışıqların infrastruktur və resurs daşınması layihələrinə töhfə verəcəyi gözlənilir.
Enerji sektorunun qarşıdakı illərdə Azərbaycan–ABŞ strateji münasibətlərinin lokomotivi olacağı bəyan edildi. Bu, həm milli iqtisadiyyatın inkişafına, həm də enerji təhlükəsizliyinə xidmət edəcək.
Vaşinqton görüşünün mühüm hissələrindən biri Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı mesajlar oldu. İlham Əliyev açıq şəkildə bildirdi ki, paraflanmış sülh sazişinin imzalanması yubadılmamalıdır.Ermənistan Konstitusiyasından Azərbaycana qarşı əsassız ərazi iddialarının çıxarılması isə prosesin əsas şərti kimi göstərildi.
Azərbaycan lideri Zəngəzur dəhlizinin açılmasının region üçün iqtisadi və siyasi baxımdan yeni imkanlar yaradacağını vurğuladı. Bu yanaşma İlham Əliyevin strateji baxışının bir nümunəsidir: sülh təkcə sənəd imzalamaqla bitmir, o, iqtisadi inteqrasiya və qarşılıqlı fayda ilə möhkəmlənməlidir.
Görüşün digər mühüm hadisəsi ABŞ-ın 33 il əvvəl qəbul etdiyi 907-ci düzəlişin rəsmi olaraq ləğvi idi. Bu sənəd 1992-ci ildən etibarən Azərbaycana birbaşa yardım göstərilməsini qadağan edirdi. Donald Trampın bu qərarı məhz Prezident İlham Əliyevin iştirakı ilə Ağ Evdə elan etməsi həm tarixi ədalətin bərpası, həm də Bakıya siyasi dəstəyin rəmzi idi.
Avropa İttifaqı və Türkiyə görüşün nəticələrini yüksək qiymətləndirərək Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına hazır olduqlarını bildirdilər. Bu, Azərbaycanın diplomatik xəttinin uğurunun daha bir göstəricisidir: milli maraqlar qorunur, eyni zamanda beynəlxalq müttəfiqlərlə əməkdaşlıq dərinləşdirilir.
8 avqust 2025-ci il tarixli Vaşinqton görüşü göstərdi ki, Prezident İlham Əliyevin pragmatik diplomatiyası, milli maraqların qorunması və uzaqgörən siyasi kursu Azərbaycanı qlobal siyasi arenada etibarlı tərəfdaş, regionda isə lider dövlət kimi mövqeyini daha da gücləndirir. ABŞ-la yeni strateji əməkdaşlıq mərhələsi təkcə iki ölkənin maraqlarına deyil, bütövlükdə Cənubi Qafqazda sülh və inkişaf perspektivlərinə xidmət edəcək”.

Günay

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Avqust 2025 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri