Icma.az
close
up
RU
Əli İnsanov Əli Kərimlinin həbsi ilə bağlı danışdı KONKRET

Əli İnsanov Əli Kərimlinin həbsi ilə bağlı danışdı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunaraq istintaqa cəlb edilməsi son günlər sosial şəbəkələrdə geniş müzakirə olunur.

KONKRET.az xəbər verir ki, Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov hadisəyə münasibət bildirib.

Əli İnsanov qeyd edib ki, Əli Kərimlinin həbsinin Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində həyata keçirilməsi heç bir şübhə doğurmur:

“Bu, artıq dedi-qodu deyil. Xatırlatmaq lazımdır ki, illər əvvəl Əli Kərimlinin əməkdaşlıq etmək istəyi ilə bağlı Rusiya rəhbərliyinə yazdığı məktub barədə məlumatlar dəfələrlə mətbuatda yer almışdı”.

Onun sözlərinə görə, son illərdə Dövlət Təhlükəsizlik Xidmətinin istər ölkə daxilində, istərsə də xaricində Azərbaycan dövlətçiliyinə qarşı planlaşdırılmış ağır cinayətləri peşəkarlıqla aşkarlaması və qabaqlayıcı tədbirlər görməsi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Əli İnsanov DTX-nın inandırıcı dəlillər əsasında dövlət çevrilişi və dövlətə xəyanət kimi ağır ittihamlarla Ramiz Mehdiyevin həbs edilməsini “təşkilatın növbəti böyük uğuru” adlandırıb.

HƏP sədrinin fikrincə, uzun illər yüksək vəzifələrdə təmsil olunan Ramiz Mehdiyev öz səlahiyyətlərindən istifadə edərək təkcə yüksək vəzifəli şəxsləri deyil, siyasi partiya rəhbərlərini və deputatları da təsiri altına sala bilib, onları gizli şəkildə cinayət xarakterli fəaliyyətlərə cəlb edib:

“İndiyə qədər aparılan istintaq nəticəsində Ramiz Mehdiyevlə Əli Kərimlinin çirkin əməkdaşlığı barədə məhkəməyə təqdim etmək üçün kifayət qədər dəlil mövcuddur. Bu dəlillər məhkəmədə təsdiqini taparsa, xəyanət yükünü yalnız Əli Kərimli deyil, onun rəhbərlik etdiyi AXCP də daşımış olacaq”.

Əli İnsanov əlavə edib ki, istintaq zamanı ələ keçirilən sənədlər və dəlillər Ramiz Mehdiyevlə Əli Kərimlinin törədilən cinayətlərdə əlbir olmalarına şübhə yeri qoymur:

“Ölkəmizi əsrlərlə işğal edib, sərvətlərini talamış, zaman-zaman soyqırımlar törətmiş bir dövlətin vassalına çevrilmə planı bu cütlüyün vətəndaş hüquqlarından məhrum edilməsinə tam əsas verir”.

HƏP sədri Ramiz Mehdiyevi və onunla birgə fəaliyyət göstərənləri “Azərbaycan dövlətçiliyinə və milli maraqlara qarşı xəyanət”də ittiham edərək lənətlədiyini bildirib. O, həmçinin qeyd edib ki, hazırda bütün dünyanın diqqəti Azərbaycandadır və dövlətə qarşı həm xarici, həm də daxili təhlükələrin mövcud olduğu bir dönəmdə xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi vacibdir.

Natiq Səlim
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Dekabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri