Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Əli Kərimli Ermənistan mətbuatında məqalə çap etdirdi ANALIZ

Əli Kərimli Ermənistan mətbuatında məqalə çap etdirdi ANALIZ

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son 6 ay ərzində Milli Şuraya və AXCP-yə müxtəlif xarici fondlardan ümumilikdə 234 min avro və 57 min 345 ABŞ dolları qrantlar verilib

İndiki müasir dövrdə siyasətdə uğur qazanmaq, cəmiyyətin diqqətini özünə çəlb etmək və rəğbət qazanmaq çətindir. Çünki texnalogiyalar o dərəcə də inkişaf edib ki, hər bir bəşər övladı istənilən siyasətdə olan və iddialı çıxışlar edən şəxs haqqında geniş və ətraflı məlumatlar əldə edə bilir. Bu baxımdan Azərbaycan cəmiyyətinin dağıdıcı müxalifətə, xüsusilə də AXCP sədri Əli Kərimliyə, Milli Şuranın rəhbəri Cəmil Həsənliyə, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbərə və Arif Hacılıya və digərlərinə qarşı mənfi münasibətləri başa düşüləndir. İnsanlar internet resursları vasitəsi ilə sözgedən məxluqlar haqqında məlumatlar toplayarkən aşkar edirlər ki, bu şəxslər milli və dövlətçilik maraqlarına qarşı düşmən mövqeyi sərgiləyən şəxslərdir. Nəticənin əldə edilməsi ilə cəmiyyət dağıdıcı müxalifətə qarşı nifrət hissi bəsləyir. Bunu anlayan dağıdıcı müxalifət bütün gücünü və fəaliyyətini cəmiyyətə pisliklər etməyə səfərbər edir. Əli Kərimlinin, Cəmil Həsənlinin və digərlərinin müxtəlif xarici ünvanlara Azərbaycan haqqında göndərdikləri dezinformasiya xarakterli məktublar, hesabatlar qeyd olunanlara misal ola bilər. Bununla kifayətlənməyən Əli Kərimli bəzi ölkələrin Azərbaycana qarşı qərəzli mövqedə olduğunu anladığından ölkəmizin iç məsələlərinə dair qarayaxma xarakterli məqalələr hazırlayaraq, həmin dövlətlərin mətbu orqanlarında çap etdirir. Sonra da çap versiyasını sosial şəbəkələrdə paylaşmaqla özü haqqında “tanınmış siyasətçi” imici formalaşdırmağa çalışır. Halbuki, Ermənistan, Almaniya, Fransa, Yunanıstan kimi daim Azərbaycana qarşı düşmən mövqedən çıxış etmiş dövlətlərin divar qəzetlərində, internet səhifələrində şər və böhtan tipli yazılar çap etdirmək siyasətçi adına iddia edən şəxsə başucalığı gətirə bilməz. Olsa-olsa belə şəxslər daim terroru dəstəkləyən və separatizmin genişlənməsinə maliyyə yardımları göstərən dövlətlərin qrant layihəsindən bəhrələnmək imkanını qazana bilərlər ki, bu da ölkəmizin “Siyasi partiyalar haqqında qanunun” tələblərinə ziddir.

Əli Kərimlinin əməli satqınlıqdır

Ölkəmizin daxili məsələləri ilə bağlı şər və böhtan xarakterli məlumatlarla çıxış etmək və məqalələr yazmaq birbaşa terroru dəstəkləyən dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək deməkdir. Həmin ölkələrin xüsusi xidmət orqanları Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Əli Kərimlinin və Cəmil Həsənlinin qələmə aldıqları və dilə gətirdikləri dezinformasiyalar əsasında Azərbaycana qarşı iddialarla çıxış etmək imkanını qazanırlar. Bu baxımdan Ə.Kərimlinin və Cəmil Həsənlinin əməllərini satqınlıq və xəyanət hesab etmək olar. Hüquq-mühafizə orqanları bu kimi satqınlığı və xəyanəti əsas götürərək sözügedən dağıdıcı müxalif xəyanətkarlara qarşı istintaq araşdırmasına başlaya bilər. Daha doğrusu onlar məsuliyyətə cəlb olunaraq həbs edilə bilər.

Digər diqqətçəkən məqam ondan ibarətdir ki, Əli Kərimli və Cəmil Həsənli cəmiyyətin dəstəyinə deyil, xarici maraqlı dairələrin yardımına ümid etməklə öz zəifliklərini və acizliklərini etiraf etmiş olurlar. Sadəcə, Ə.Kərimli, C.Həsənli, İ.Qəmbər, A.Hacılı acizliklərini dilə gətirməyə cəsarət etmirlər. Bu da xarici qüvvələr tərəfindən heç də yaxşı qarşılanmayacağı ilə bağlıdır. Radikallar anlayırlar ki, məğlubiyyətlərini etiraf edəcəkləri təqdirdə maddi və mənəvi dəstək aldıqları xarici dairələrlə aralarında dərin uçurum yaranacaq. Ona görə də problemdən qaçmaq üçün müxtəlif anormal təkliflər irəli sürür, terror yuvası olan dövlətlərin mətbu orqanlarında suyunu içib, çörəyini yedikləri Azərbaycan dövlətinin ünvanına həqiqətdən uzaq olan məqalələrlə çıxışlar edirlər. Radikallar düşünürlər ki, bu yolla siyasi imiclərini qoruyub saxlaya biləcəklər, həm də yeni qrant qazanmaq imkanı əldə edəcəklər.

Əli Kərimliyə və Cəmil Həsənliyə çatan pullar Böyük Britaniya banklarında saxlanılır

Əli Kərimli, Cəmil Həsənli kimi dağıdıcı ünsürlərin fəaliyyətləri xarici məkrli dairələrin maraqlarına cavab verdiyindən susmağa üstünlük verirlər. Yəni dolayısı ilə radikalların mövqeyinə dəstək nümayiş etdirirlər. Siyasi sabitliyi pozmaq və ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr dağıdıcı ünsürlərin fəaliyyətlərini təxribatlar üçün “universal” fürsət yaradan amil kimi dəyərləndirir. Ona görə də, dağıdıcı məxluqların fəallığının daha da artırılması üçün onlara maliyyə yardımlarını bir qədər də artırırlar. Məlumatlara görə, yalnız son 6 ay ərzində Milli Şuraya və AXCP-yə müxtəlif xarici fondlardan ümumilikdə 234 min avro və 57 min 345 ABŞ dolları qrantlar verilib. Həmin maliyyə vəsaitlərinin bir hissəsi Böyük Britaniyanın banklarına yerləşdirilib. Niyə məhz Böyük Britaniya? Təbii ki, bu sualın cavabını ancaq Cəmil Həsənli verə bilər ki, o da buna cavab verməyə həvəsli olmayacağı şübhəsizdir. Sadəcə, ipucu ondan ibarətdir ki, Əli Kərimlinin övladları, Cəmil Həsənlinin qudası Böyük Britaniyada yaşayırlar.

Radikal təfəkkürün əsasında yalnız xarici məkrli dairələrin maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillər dayanır. Əgər belə olmasa idi, Ə.Kərimli bəyanat yayaraq beynəlxalq təşkilatları Azərbaycan qarşı sanksiya tətbiq etməyə çağırmazdır. Fikir verin, Ermənistandakı revanşistlər, o cümlədən erməni arxiyepiskopu, Fransadakı makronçular, ABŞ-dakı ermənipərəst konqresmenlər və digər qüvvələr Azərbaycana sanksiyaların tətbiq olunması çağırışları ilə çıxış edirlər, eyni mövqeyi Azərbaycanda doğlub çörəyini yeyib, suyunu içən Ə.Kərimli də sərgiləyir. Sual yaranır, niyə Ə.Kərimli erməni arxiyepiskopu kimi düşünür və çağırış edir? Nədən “Yurd” şefi Azərbaycan dövlətinə və xalqına qarşı düşmən mövqe sərgiləyir? Pul, mənəvi dəstək bu qədərmi qiymətlidir? Ola bilər, radikallar pul-para əldə etsinlər, lakin heç bir halda cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllərə nail ola bilməyəcəklər.

Bütün dövrlərdə, o cümlədən Vətən Müharibəsi dövründə sübuta yetirildi ki, xalq ən çətin məqamda öz lideri ətrafında daha sıx birləşir, Onun siyasətini daha böyük qətiyyətlə və əzmlə müdafiə edir. Ona görə də, xarici qüvvələrə arxalanıb, pozuculuq aktları planlaşdırmağa hazırlaşan dağıdıcı müxalifətə ən layiqli cavabı elə xalq verəcək. Əminliklə demək olar ki, xaricdən qidalanıb, daxildə gərginlik yaratmağa çalışan dağıdıcı müxailifət partiyaları və onların rəhbərləri ən qısa zamanda tarxin arxivinə göndəriləcək. Artıq prosesin başlanması da proqnozların reallaşacağından xəbər verir.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 İyul 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see247

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see246

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see211

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see179

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see179

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see157

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see155

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see149

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see137

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see135

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri