Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Müxalifəti qara günə Əli Kərimli qoydu ANALİZ

Müxalifəti qara günə Əli Kərimli qoydu ANALİZ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycanın dağıdıcı müxalifəti özünün tənəzzül dövrünü yaşayır. Yaxın günlərdə bu üzdəniraq müxalif təşkilatlar və onların satqın rəhbərləri tarixin arxivinə göndəriləcəklər. Bununla da siyasi arena daha bir neçə naqislərdən xilas olacaq.

Müxalifətdə olmaq dövlətə müxalifətçilik də olmaq deyil. Cəmiyyətin inkişafına, demokratik proseslərin sürətləndirilməsinə dəstək verilməsi müxalifət partiyalarının başlıca amalı və prinsipi olmalıdır. ”Siyasi partiyalar haqqında qanuna” və digər qanunvericilik aktlarına görə də mövqeyindən asılı olmayaraq bütün siyasi partiyaların fəaliyyət istiqamətləri və hədəfləri açıq şəkildə göstərilib. Təəssüflər olsun ki, Azərbaycanın dağıdıcı müxalifəti qanunvericilik aktlarını pozmaqla yanaşı, ictimai maraqları və tələbləri də nəzərə almırlar. Fəaliyyətlərini yalnız dövlətçilik və milli maraqlara xələl gətirmək üzərindən öz şəxsi mənafelərini təmin etməyə cəhdlər göstərirlər. Bu gün bütün dünya azərbaycanlıları ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışır, Qarabağ iqtisadi ərazilərində ermənilərin törətdiyi vandalizm aktlarını sübut və dəlillərlə dünyada sülhün və təhlükəsizliyin tərəfdarı olan xalqların diqqətinə çatdırır, dağıdıcı müxalifət isə xarici qaranlıq dairələrlə birləşib milli maraqlarımıza ziyan vurmağa cəhdlər edirlər. Bu cəhdlərin isə uğursuzluğa düçar olduğu açıq şəkildə görünür. Çünki hər kəs Əli Kərimlinin, Cəmil Həsənlinin, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbərin və Arif Hacılının və digərlərinin özlərinin müstəqil mövqelərinin olmadığını, daim xarici ağalarının sifarişləri ilə hərəkət etdiklərini bilir. Ona görə də onların hay-küylərini “it hürər,karvan keçər” kimi dəyərləndirirlər.

Dağıdıcı müxalifətin həyat mənbəyi xaricdən verilən qrantlardır

Dağıdıcı müxalif ünsürləri düşüncəsinə görə Azərbaycanda hər şey qara zolaqdan ibarətdir, hansısa bir uğur, qələbə mövcud deyil. Yəni, 30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsini görmək üçün gözləri kor, Azərbaycanın beynəlxalq reytinqlər siyahısında öncül yerlərdə olması, adının hörmətlə çəkilməsini eşitmək üçün qulaqları kardır. Təbii ki, bu cür fəaliyyətlə cəmiyyətdə uğur qazanmaq və siyasi dəstək əldə etmək mümkün deyil. Necə ki, bunun acı nəticəsini müxalif partiyalar yaşamaqdadırlar. Ölkəmizdə keçirilən bütün seçkilərdə müxalifətin rüsvayçı məğlubiyyətlə üzləşməsi cəmiyyətin onlara vurduğu sərt şillədir, ən böyük cəzadır. Buna baxmayaq, onlar seçkilərdə uğur qazana bilməmələrinin səbəblərini elmi-siyasi təhlilini aparmırlar. Ən azı papaqlarını qarşılarına qoyub, seçki məğlubiyyətinin səbəblərini müzakirə etmirlər. Bu da növbəti seçkilərdə onların yenidən acınacaqlı məğlubiyyət yaşamalarına gətirib çıxarır. Fikir verilsə, bir daha aydın olar ki, AXCP, Müsavat, Milli Şura, Real və digər dağıdıcı müxalif partiyaları daim destruktiv fəaliyyətə üstünlük veriblər. Hər zaman milli maraqlarımız, dövlət və dövlətçiliyimizə qarşı əks-kampaniya aparıblar. Sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkilərinin yaxınlaşması ilə bu ünsürlərin separatçı fəaliyyətləri daha da aqressiv xarakter alıb. Demək olar ki, Əli Kərimli, Cəmil Həsənli və onların ətrafında fırlanan trollar bütün günü sosial şəbəkələrdə qarayaxma kampaniyası aparmaqla məşğuldurlar.

Cəmiyyət satqın müxalifətə nifrət edir

Xaricdəki antimilli ünsürlərlə birlik nümayiş etdirən Azərbaycanın dağıdıcı müxalifəti hər cür çirkin vasitə və üsullardan istifadə etməklə ölkəmizin əldə etdiyi möhtəşəm işlər, uğurlu nailiyyətlər gözdən salmağa çalışırlar. Araşdıranda məlum olur ki, onlara Azərbaycana qarşı qarayxama kampaniyası aparmağa təhrik edən xarici maraqlı dairələrdir. AXCP, Milli Şura funksionerləri özlərinə bir sual vermirlər ki, bu dövlət onlara nə edib? Niyə xalqa düşmən kəsiliblər? Qrant o qədərmi şirindir? Axı xarici maraqlı dairələrin sifarişləri əsasında dövlət maraqlarına qarşı çıxmaq onları cəmiyyət önündə gözdən salır. Şübhə yoxdur bu suallar cavab vermək imkanları olsa, məsuliyyətləri artar və yanlış yoldan çəkinərlər. Görünən isə ondan ibarətdir ki, hələ uzun müddət onlar yanlış yollarının yolçuları olacaqlar. Çünki üzərlərinə bir hərfini belə redaktə etmələri mümkün olmayan öhdəliklər götürüblər. Əgər cəsarətə gəlsələr, o zaman Əli Kərimlinin hansısa xarici maraqlı şəbəkə təmsilçisi ilə separat danışıqlarını əks etdirən səs yazısı üzə çıxar və bununla da ifşa olunar. Onsuz da vaxtaşırı olaraq Ə.Kərimlinin başının üstündə bir zaman işbirliyinə dair razılaşma əldə edib, fəaliyyətə başladığı “dost”ları tərəfindən xəbərdarlıq xarakterli buludlar dolaşır. Xaricdəki antimilli ünsürlərdən Qabil Məmmədovun, Trol Sadıqlının, Sevinc Osmanqızının Ə.Kərimliyə ünvanlanan hədə mesajları təsadüfi sayıla bilməz. Bununla xarici maraqlı dairələrinin “boss”ları Ə.Kərimli ilə aralarında olan razılaşmaya dair danışıqlarını və yazışmalarını antimilli ünsürlər vasitəsi ilə ictimaiyyətə açıqlaya bilərlər. Bu digər faktlar önündə boynu tükdən də incə olduğundan Ə.Kərimli tapşırıqları icra edir. Bu fəaliyyət nə qədər davam edəcəyini demək çətin olsa da, hər halda ortada olan fakt ondan ibarətdir ki, Ə.Kərimlinin sonu yaxınlaşır. Onun xilası yalnız könüllü şəkildə Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olması ola bilər. Bu halda bağışlanması, ən azı yüngül cəza ilə uzun müddətli həbsdən qurtulmaq şansı ola bilər. Əks halda fəlakət onun qapısı önündədir. Müxtəlif yollarla xaricə qaçmaq cəhdi də baş tutmayacaq. Çünki Azərbaycanın hüquq- mühafizə orqanları hər cür cinayətin qarşısını almağa və cinayətkarları məsuliyyətə cəlb etməyə ayıq-sayıqdır.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyun 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri