Icma.az
close
up
RU
Əli Kərimli mühacirlərdən birini oğlu ilə birgə Rusiyaya göndərib...

Əli Kərimli mühacirlərdən birini oğlu ilə birgə Rusiyaya göndərib...

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

AZAL-ın təyyarəsinin Qroznı səmasında qəzaya uğraması ilə bağlı Qazaxıstanın elan etdiyi ilkin rəy maraqla gözlənilirdi. 

Məhz bu ilkin rəy prosesdə Rusiyanın hansı dərəcədə iştirakı ilə bağlı suallara müəyyən qədər aydınlıq gətirəcəkdi. İlkin hesabat təyyarənin xaricdən təsirə məruz qalması barədə indiyə qədər ki təxminləri təsdiqləmiş oldu və beləliklə, bütün gözlər yenidən Rusiyaya yönəldi. Azərbaycan cəmiyyətində Rusiyaya münasibət tarixin bütün dövrlərində birmənalı olmayıb. Rusiyanın daim imperiya marağını qoruyub saxlamağa çalışan ölkə olması barədə ümumi, yekdil rəy var. 

Təbii ki, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət, əməkdaşlıq prinsipləri əsas götürülür, amma ortaya çıxan faktlar göstərir ki, özünü hətta qatı anti-Rusiyaçı kimi təqdim edənlər arasında da üzünü zaman-zaman şimala tərəf tutub “imdad” gözləyənlər də az olmayıb. 

Bu sıraya illər əvvəl qoşulan AXCP sədri Əli Kərimli də faktiki rəhbərlik etdiyi Milli Şuranın 2013-cü il seçkisindən əvvəl Rusiya lideri Vladimir Putinə ünvanladığı məktubun üzə çıxmasından sonra çıxışlarında ciddi-cəhdlə özünün “Rusiya düşməni” obrazını yaratmağa çalışır. 

Beləliklə, həm də cəmiyyətdə barəsində çoxdan formalaşmış “mənfəət adamı” fikrinin indi də bu faktla möhkəmlənməsindən bərk narahatlıq keçirir. Ona görə də Qazaxıstan tərəfinin təyyarə qəzası ilə bağlı ilkin hesabatını ““nə şiş yansın, nə kabab" prinsipi ilə tərtib olunmuş yarımhəqiqət” adlandırır: 

“Baxmayaraq ki, təyyarəmiz yerdən silahla vurulduğu heç bir ekspertizasız belə, gözlə görünür, Qazaxıstan rəsmiləri həqiqəti olduğu kimi ifadə etməyə cəsarət etməyiblər. "Təyyarə xaricdən təsirə məruz qalıb" tipli yarımhəqiqətlə Rusiyanı qəzəbləndirmədən, Azərbaycanı yola verməyi seçiblər. Gözlənilən də bu idi. Bunu öncədən gördüyüm üçün təyyarəmiz Qroznı səmasında vurulandan dərhal sonra yazmışdım ki, Rusiyanın Qazaxıstana təzyiq etmək imkanları var”. 

Göründüyü kimi, Qazaxıstanı belə Rusiyaya qarşı münasibətdə qorxaq durumuna düşürməyə çalışan Əli Kərimli unudur ki, cəmi bir neçə il öncə həmin Rusiyaya gizli sövdələşmə təklif edən bir quruma rəhbərlik edir. Yadından çıxarmağa çalışır ki, 2013-cü il seçkilərində Rusiya ilə birbaşa əlaqələr qurmaq üçün bütün vasitələrdən istifadəni “mübah” sayırdı. 

Xatırlamaq istəmir ki, elə həmin dövrdə xaricdəki mühacirlərdən birini oğlu ilə bərabər Rusiyaya göndərib görüşlər təşkil etməklə, Milli Şuraya dəstək almaqla görəvləndirmişdi. Nəticəsi isə olmadı, daha doğrusu, nəticəsi Milli Şura üçün istənilən olmadı, Milli Şuranın ilk namizədi, elə o zaman da Rusiyada yaşayan və həmin ölkənin vətəndaşı olan şəxsin seçkidə iştirakı mümkün olmadığından, onun yerinə keçən Cəmil Həsənli səs toplaya bilmədi. 

İndi üstündən illər keçəndən sonra Əli Kərimli Rusiyaya göndərdiyi məktubun, nümayəndələrin, dəstək axtarışının geniş cəmiyyətdə (məhdud dairədə onsuz da bu fakt əvvəldən məlum idi) əks-sədasından qorxuya düşüb. 

Bəs necə? “Əyilməz mübariz siyasətçi” obrazının üstündən xətt çəkilib. Üstəlik də hakimiyyətə gəlmək üçün Azərbaycana münasibətdə imperialist maraqlarından əl çəkməyən bir ölkənin liderindən dəstək istəməsi onun barəsində deyilən “mənfəət adamı” ifadəsinin həqiqiliyini təsdiqləyib.

Əli Kərimli cəmiyyətdə onsuz da olmayan siyasi nüfuzunu illər sonra üzə çıxan bir məktubla tamamilə yerlə bir olmasına göz yuma bilməz. Məhz buna görə də bir zamanlar məktub yazıb, adam göndərib, yardım istədiyi Rusiyanı indi çıxışlarında sərt tənqid edir. 

Həm də bunu təkcə indi yox, bütün bu illər ərzində edib ki, sözügedən məktub ortaya çıxdığı zaman özü barəsində “Mən Rusiyanın düşməniyəm, bu, mənə qarşı qurulmuş oyundur” fikrini yarada bilsin. 

Amma fakt faktdır, onun nə zamansa üzə çıxmaq kimi bir xüsusiyyəti var. O faktlar üzə çıxanda Əli Kərimlinin əsl siması da üzə çıxmış oldu. Hərçənd ki, bundan kimsənin şübhəsi yox idi, geniş ictimai-siyasi cameə Əli Kərimlinin simasına bələd olduğundan, onunla yolları çoxdan ayırmışdı.

Ancaq öz “alovlu vətənpərvər” çıxışları ilə yanına topladığı sıravi cəbhəçilər də artıq onun əslində təkcə öz mənfəəti üçün çalışdığı, yeri gələndə bu mənfəət üçün bu gün düşmən elan etdiyinə dünən məktub göndərdiyini anlayırlar. 

Xəzər
​​​​​​"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Fevral 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri