Icma.az
close
up
RU
Əli Kərimli və Mehdiyevin gizli əməkdaşlığı: partiyanın gələcəyi necə olacaq?

Əli Kərimli və Mehdiyevin gizli əməkdaşlığı: partiyanın gələcəyi necə olacaq?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Son günlər siyasi gündəmi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin adı ilə bağlı olan gizli əməkdaşlıq iddiaları zəbt edib. Hər iki şəxs barəsində seçilən qətimkan tədbirləri məsələnin ciddiliyini artırıb və həm siyasi, həm də hüquqi nəticələr barədə suallar doğurub. Xüsusilə diqqət çəkən məqam isə Əli Kərimlinin partiya rəhbəri kimi partiyanı etibarnaməsiz təmsil etməsi və bunun AXCP-nin hüquqi gələcəyinə hansı təsir göstərə biləcəyidir.

Partiyanın qeydiyyatı və fəaliyyəti risk altında qala bilərmi?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, son zamanlar Ramiz Mehdiyev-Əli Kərimli tandemi, yəni hakimiyyətdə yüksək vəzifələr tutmuş bir şəxslə uzun illər müxalifət lideri kimi tanınan digər şəxsin gizli əməkdaşlığına dair iddialar ictimai gündəmdədir:

“Biri ev dustaqlığına, digəri isə həbs-qətimkan tədbirinə məruz qalıb və bu, cəmiyyətdə ciddi rezonans yaradıb. Əgər istintaq və daha sonra məhkəmə tərəfindən hər iki şəxsin və digər iştirakçıların dövlət hakimiyyəti əleyhinə qanunsuz fəaliyyətləri təsdiqlənərsə, onlar qanun qarşısında cavab verəcəklər. Lakin proses bununla bitmir. Siyasi müstəvidə cavablandırılması vacib olan çoxsaylı suallar mövcuddur. Ramiz Mehdiyev uzun illər hakim partiyanın aparıcı simalarından biri, Prezident Administrasiyasının rəhbəri və yüksək dövlət rütbəsinə sahib şəxs olub. Digər tərəfdən, Əli Kərimli uzun müddət müxalifətin lideri kimi çıxış edib və AXCP-nin böyük bir hissəsinin etimadını qazanıb. O, proseslərdə sıravi şəxs kimi deyil, məhz partiya sədri qismində iştirak edib. Bu isə partiyanın digər funksionerlərinin də müəyyən formada məlumatlı olması ehtimalını gündəmə gətirir. Hazırda hər iki şəxs Cinayət Məcəlləsinin ən ağır maddələrindən biri – 278-ci maddə ilə ittiham olunur. Bu ittiham həm hakimiyyət, həm də müxalifət üçün öz cəbhəsinə xəyanət anlamı daşıya bilər”.

Xəyal Bəşirov

Hüquqşünas qeyd edib ki, Əli Kərimli öz partiyasını etibarnaməsiz təmsil etdiyi üçün onun fəaliyyəti AXCP-nin hüquqi gələcəyinə də birbaşa təsir edir:

“Qanuna əsasən, sədrlərin atdığı addımlar partiyanın məsuliyyəti kimi qiymətləndirilə bilər. Bu baxımdan AXCP-nin qeydiyyat məsələsi və gələcək fəaliyyətinin yenidən gündəmə gəlməsi mümkündür. Bundan başqa, qanuna əsasən partiyanın qeydiyyatda qalması üçün 5000 üzv şərti mövcuddur. Əli Kərimlinin həbsi fonunda partiya üzvləri arasında etimadın sarsılması, bunun sosial şəbəkələrdə görünən reaksiyalarda əks olunması üzvlük sayının azalması riskini artırır. Bu isə yenidən qeydiyyat prosesini aktuallaşdırır. Ümumilikdə, həm partiyanın hüquqi statusu, həm də sədrin partiyanı təmsil edərək iştirak etdiyi iddia olunan qanunsuz fəaliyyətlər qanunvericilik baxımından yenidən qiymətləndirilə bilər. Çünki Ramiz Mehdiyevin əməkdaşlıq etdiyi şəxs kimi sadəcə Əli Kərimlini deyil, AXCP sədri olan birini seçməsi partiyanın məsuliyyətini də gündəmə gətirir. Buna görə də yaxın dövrdə partiyanın qeydiyyatı məsələsinin şübhə altına düşməsi və müvafiq qurumların addım atması ehtimalı yüksəkdir”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Dekabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri