Icma.az
close
up
RU
Partiya sədri: “Əli Kərimli özü də Ramiz Mehdiyevin trollarından biri idi”

Partiya sədri: “Əli Kərimli özü də Ramiz Mehdiyevin trollarından biri idi”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

O, təbrikini özünün “Facebook” hesabında paylaşıb. “Azərbaycan xalqının və bütün Qafqazın böyük oğlu - İlham Əliyevin doğum günüdür. İlham Əliyev hamımızın arzusunda olduğumuz hər şeyə nail ola bildi: 

Azərbaycan torpaqlarını azad etdi və sülh bərqərar oldu, Azərbaycanı obyektdən dünya siyasətinin çox vacib subyektinə çevirdi. Yaxın tarixdə az sayda dünya lideri belə nailiyyətlərlə öyünə bilər. Əminliklə deyə bilərəm ki, İlham Heydər oğlu tarixə adını qızıl hərflərlə yazdırıb, hələ uzun əsrlər boyu xatırlanacaq. 

Mən fəxr edirəm ki, Prezident Əliyevlə dost olmaq və yaxından işləmək imkanım olub. Bu gün isə o, hər kəsə bütün insanların ləyaqətini müdafiə etməkdə prinsipiallıq və əzmkarlıq nümunəsi göstərir. Əsl lider belə olmalıdır - axına qarşı getməkdən və nəticə əldə etməkdən qorxmayan. Ona uzun ömür, ölkəsinə firavanlıq arzulayıram",- deyə yazıb.

Saakaşvilinin bu paylaşımı hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin trolları tərəfindən "hücum"a məruz qalıb. Onlar Saakaşvilini belə hədəfə alıblar. Ümumiyyətlə, fəaliyyətini məhz belə trol xidmətləri əsasında qurmaq Əli Kərimlinin köhnə şakəridir. Özü həbsdə olsa da, onun trolçuluq yolunu davam etdirənlər var. 

O trolların bir qismi də Avropada oturub Saakaşvilini hədəfə alır. Saakaşvilinin paylaşımına etirazlar artıq Əli Kərimlinin trollarının fəaliyyətinin ölkə hüdudlarından da kənara çıxdığını göstərir. Onlar ölkəmiz, uğurlarımız haqqında istənilən xoş sözə çox aqressiv reaksiya verirlər. 

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu, Əli Kərimlinin trollarının ənənəvi fəaliyyət formasıdır:

“Lakin onların sayı elə də çox deyil. Mən onları Ramiz Mehdiyev və Əli Kərimlinin trolları adlandırıram. Çünki AXCP sədri müstəqil şəkildə özünün trol dəstəsini yaratmaq imkanında deyildi. Əli Kərimlinin özü də Ramiz Mehdiyevin trollarından biri idi. Ümumiyyətlə, belə trollar Əli Kərimli haqqında fikir səsləndirilən kimi hücuma keçirlər. 

Bu adamlar obyektivliyi və reallığı görmək istəmirlər. Bu gün Azərbaycanda kimlərsə dövlət və milli maraqlar baxımından nə isə desə, dərhal həmin trolların hədəfinə çevrilir. Üstəlik, təhqir və söyüş rəyləri yazırlar. Bu, səviyyəsiz mübarizə formasıdır. Siyasətdə belə biabırçılıq olmur”.

Partiya sədri vurğulayıb ki, Mixail Saakaşvili hər şeyi dəyərləndirən insandır:

“O, vaxtilə Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyini alıb. Gürcüstanın və Saakaşvilinin ən ağır vaxtında Azərbaycan lideri dəstəyini göstərib. Saakaşvili həm bunları unutmur, həm də İlham Əliyevin apardığı siyasəti obyektiv qiymətləndirir. Hətta bir müddət əvvəl Gürcüstan hökuməti onun ərazisindən keçən yükdaşımaları ilə bağlı əlavə rüsum tətbiq etmək istəyirdi. 

Hər kəs bunu ölkəmizə qarşı təzyiq forması kimi dəyərləndirirdi. Saakaşvili onda da Gürcüstan hakimiyyətinə etiraz edərək, öz mövqeyini ortaya qoydu. Saakaşvili həm vəziyyəti düzgün dəyərləndirir, həm də Azərbaycan liderini təqdir edir”. 

Süleyman 
"Cebheinfo.az"

Açar sözlər: Əli Kərimli Ramiz Mehdiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Dekabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri